Bax, dəniz burdadı..✨

20 3 2
                                    

Kiçik yollardan uzaq gerçəkliyə doğru.

1 ay sonra

Səhərin gözü daha yeni açılmışkən Fərrin diqqətini tavana yönəldib olanları gözdən keçirdi. Bu bir ay ərzində Yusifə və Mətinə qarşı düşüncələri o qədər dəyişmişdi ki...

Yusif onun düşündüyü kimi biri çıxmamışdı. Onsuzda hər şeyin yalan olduğunu hamıya açıqlamış, Yusifdən uzaqlaşmışdı. Bütün həyatı yalandan ibarət olmuşdu sanki. Hər şeyi bilsə də Yusif haqqında heç bir şey bildirmədi ona. Sevgisinə isə əsla cavab vermədi Yusifin. Bir daha anlamışdı sevə bilməyəcəyini,heç kimə inana bilməyəcəyini. Təkrardan Mətini xatırladı. Ağladı yenə, niyə etmişdi axı Mətin bunu ona. Niyə dağıtmışdı,darmadağın etmişdi hər ikisini uzaqdan. İçində bir yerdə hələ də nəsə qalmışdı. Boşuna demirlər ilk sevgi unudulmur deyə. Bəlkə ikinci dəfə alınardı onlarda, amma inana bilmirdi Fərrin ona. Qəlbi dözmürdü Mətinin hər gün qapısının önünə gəlməsinə. Zənglərini isə açmırdı. Unutmaq istəyirdi,amma onu da edə bilmirdi. Gözləri dolurdu hər düşündükdə onu. Gözlərinə baxdığında isə qəlbi sızıldayırdı.
Anidən nəsə sıxıntı gəldi ürəyinə. Qalxdı açdı pəncərəni. "Məni sevməmişdi onsuzda." deyə keçirdi içindən. Yəqin Aysunun yanındadır indi deyə düşündü. Bu anda Şəbnəmdən zəng gəldi ona.

-Alo?
-Fərrin tez ol dəniz qırağına gəl.
-Nə olub?
-Mətin.
-Ay qız açıq danış.
-Tez ol gəl. Sual cavab vaxtı deyil.
-Yaxşı.

Qəlbimə nəsə batdı sanki. Sürətli addımlarla evdən çıxdım. Sahilə burdan azı 30 dəqiqə yol var idi. Necə çatacam, axı nolub?
Əllərim əsərkən sakit olmağa çalışdım. 10 dəqiqə sonra qaçaraq sahilə çatmışdım. Şəbnəmə zəng vurdum.

-Hardasan?
-...

Uzaqdan bizimkiləri görərkən dayanıb nəfəs aldım. Şəbnəm və Fərid oradaydı. Yaxına gedəndə Mətini görməyimlə donub qaldım. Mətin məni görüb gülümsədi.

"Fərrin?"dedi. Çətinliklə ayaq üstündə dayanırdı,Fərid onu tutmuşdu. İçkili olduğu hər halından bəlliydi. "Fərrin"dedi birdə. Əliylə dənizi göstərib "Bax, dəniz burdadı" deyib ağlamağa başladı. "Dalğalar gəlsin nə olar"dedi. Dayana bilməyib göz yaşlarımı axıtdım.
Fəridi itələyib "tutma məni" dedi. Mən isə elə çökmüş haldaydım ki, nə yaxınlaşa bilirdim nə də geri qayıda bilirdim. Güldü, Dənizə tərəf addımladı, ayaqları icazə vermədi ona və yıxıldı yerə. Fərid onu qaldırmağa çalışdı, alınmayınca əl çəkdi. Yanına getdim. Gözündən axıtdığı damlayla birlikdə, "Fərrin, bax çata bilmədim dənizə. Fərrin, qoyub getmə məni. Fərrin, bağışla nolar" dedi. Başını aşağı əydi və bir əliylə üzünü tutdu, sanki gözyaşlarını gizlədirdi. Anidən dayanmadan yerə vurmağa başladı. "Tərk elədi dalğalar dənizi. Dəniz aldatdı dalğaları, getdi dalğalar, getdilər" daha da möhkəm qışqırmağa başladı. Göz yaşları su yerinə axırdı. Mətinin bu halı hamımızı ağlatmışdı. Ürəyim dözmədi. "Mətin dayan" dedim, dayanmadı. Əlini tutdum. "Eləmə" dedim. Gözlərimə baxdı, "sən olmasan ölərəm mən. Sən olmasan bitərəm mən Fərrin. Buraxma əlimi nolar, buraxma" dedi, digər əlimi də tutdu. Şəbnəmə baxıb, "həkim çağırın" dedim. Şəbnəm əlinin tərsi ilə gözyaşını silib başını aşağı yuxarı tərpəddi.

Xəstəxanada

Şəbnəmə baxdım. Heçnə danışmırdı. Fəridlə ona baxıb sual verdim.

-Hardan bildiz axı o ordadı?
-Zəng eləmişdi, dedi Şəbnəm.
-Sənə?

Telefonunu açıb yaddaşa yazılan səsi mənə atdı. Daha sonra,

-Məncə bunu yalnız başına dinləməlisən, dedi. Gözlərim dolmuş şəkildə gülümsədim. Heçnə demədən xəstəxananın həyətinə çıxdım.

Telefonu açıb səsi qulağıma tutdum.

-Açdın nəhayət telefonu? Dinləyirsən məni? Hə, Fərrin. Dinlə xahiş edirəm.
Bax dənizdəyəm, sənin yanında. Görürsən dənizi? Bax mən getmədim, səndə tək qoyma məni. Geri gəl nə olar. Mən burada itərəm axı sənsiz, dəniz aparar məni. Heç bağışlamazsan məni? Heç dönməzsən mənə? Səni istəyirəm axı mən. Lənətə gələsi qəlbim dinləmir məni sənsiz. Yalandan sevirəm demirəm sənə, unuda bilmirəm mən səni. Aysun yalandı Fərrin, yalandı. Sevmirəm onu mən. Unuda bilmədim sanmışdım, məni atıb getməsə hələ də onu sevəcəm sanmışdım. Tapmadım ki, heç kimdə səni. Tapa bilmədim. Bilirəm çox ağladın mənsiz, bilirəm çox yandırdım canını. Amma yanıma gəl nə olar, yanıma gəl. Soyuqdur mənə, amma sən gəlsən heç hiss etməyəcəm. Yanıma gəl nolar. Tək soyuqdur buralar, sənsiz dözülmür bura. Niyə əl çəkmirsən demə. Sevirəm səni. Həm də çox. Başqasını sevsən, məni atıb getsən nəfəs ala bilmərəm. Sən Yusifi sevmirsən, aldatma məni. Axı hər dəfə baxıram gözlərinə, axı mənə baxdığın kimi baxmırdın ona sən. Məni aldadırdın elə deyil? Sevməyə çalışma onu, yaxşı biri deyil o.
Niyə boş-boş baxırsan axı mənə hər dəfə. Hardadı gözlərindəki məna? Axı hardadı saçların, əllərin...
İçim yanır mənim, içim! Bitirəm mən, titrəyirəm, soyuqdu. Amma sən narahat olma, yaxşı? Öyrəşmişəm soyuğa heçnə olmaz mənə.
Yanıma gəl, amma toplama saçlarını, vur ətrindən üzərinə, lap azca, birdə gülümsə yaxşı? Səni sevirəm...

Geriyə qalan ətrin idi, balaca bir kağız və bir tutam saç...
Soyuq şəkillər, soyuq divarlar...
Geri gəl, yaşanmır sənsiz, dözə bilmirəm gözlərindən uzağa. Qucaqla məni, bilirsən dözümsüzəm mən. Bilirsən ki, sənsiz bir heçəm, yoxdu mənim adım, mən yoxam. Sənsiz heç kim dəyər vermir mənə, ya da sən yoxsan deyə fantaziyalar qururam beynimdə. Aman Tanrım, dəli oluram deyəsən. Hər gün görürəm o soyuq baxışlarını, hər gün qarışdırıram yuxularımı. Sonra bir ayılıram ki, yenə yoxsan. Sanki yanımdasan, bax tam burda, qəlbimdə hiss edirəm səni. Nə eləmisən mənə? Necə tilsimləmisən məni? Necə bağlanmışam sənə?

Heç olmazsa son dəfə, tutarsan əllərimi? İzin verərsən sığallayım saçlarını? İzin verərsən nəsə məna axtarım gözlərində? Son dəfə də olsa sarılım sənə, ətrini çəkim ciyərlərimə. Bəlkə bu son istək yaşadar məni, hə? Nə olar, gəl. Sən mənim kimi olma, buraxma məni...

"sən mənim kimi olma.."

Dualarımda sənजहाँ कहानियाँ रहती हैं। अभी खोजें