52 zəng, 163 mesaj...🌹

53 8 11
                                    

İnsanın qəlbindən, könlündən gəlir yaxşılıq...

🌙

15 dəqiqədən sonra pərdələr açıldı. Bir səssizlik aldı hər yanı. Otağın qapısı aralandı və həkim bayıra çıxdı. Ayağa qalxdım və həkimə doğru yaxınlaşdım.

"Gözünüz aydın qız oyandı" dedi cavan həkim. Hamımız bir-birimizə baxa qalmışdıq. "Çoxsağolun həkim"dedi dodaqlarım. Fərrinin anası anamı qucaqlayarkən, atasıyla atam gülümsəyirdilər. Mən isə duyğularımı itirdim bir an.

Pəncərəyə doğru yaxınlaşdım. İçəridə gözlərini açmış, təkrar aramıza qayıdan Fərrini görürdüm. Əlimi pəncərənin şüşəsinə qoydum. Fərrin oturaq vəziyyət almağa çalışdı. Həkim köməkçisi ona kömək etdi. Sonra isə gözlərini zillədi gözlərimə. Azacıq gülümsəməyə çalışdım içimdəki ağrılarla. Oda gülümsədi. Sonra hər kəs pəncərəyə doğru yaxınlaşdı. Gülümsəməmi azaltdım ki, anlasın gələn var deyə. Birdən birə üz ifadəsini dəyişdirdi. Bu halına gülməmək üçün çətin tutdum özümü. İndi oyanmısan sən. Necə gülümsəyirsən səni az qalsın öldürəcək insana?

Hələ az öncə vicdan əzabı çəkirdim mən. Nə ara güldürdün üzümü?

Ailəsini və bizimkiləri görəndən sonra təkrar üzü güldü. Oda mənim kimi duyğu qarışıqlığı yaşadı bir anlıq. Həkim Fərrinin birazdan adi otağa aparılacığını və o zaman onunla danışabiləcəyimizi dedi.

2 saat sonra🌙

Yazarın dilindən

Hər kəs birlikdə otağa girmişdi. Mətin çəkinərək bir kənarda dayanmış heç danışmamışdı. Çünki hələ də vicdan əzabı çəkirdi içində. Sonradan hər kəsin otağdan çıxmalı, Fərrinin biraz dincəlməyə ehtiyyacı olduğunu söyləmişdi həkim. Hamı bayıra çıxmışdı. Tam o sırada Fərrinin qardaşıda gəlmiş Fərrinlə danışmışdı. Bir az zaman keçdikdən sonra polislər gəldilər. Mətindən olan-bitənləri soruşmadılar və ondan daha sonra soruşacaqlarını söylədilər.

Otağa girib Fərrinlə danışmağa, olan-bitənləri öyrənməyə çalışdılar.

-Xanım hadisə necə baş verdi?
+Yolu keçərkən diqqət etməmişdim
-Bu hadisənin bilərəkdən olmadığına əminsiniz?
+Əminəm. Ola bilməz bilərəkdən olsun.
-Necə əmin ola bilirsiz?
+Siz bilərəkdən öldürmək istədiyiniz birini xəstəxanaya çatdırardız?

Fərrinin bu sözündən sonra polis bir neçə sual daha verdi. Sonra isə

-Şikayət etməməkdə qərarlısınız? Bir daha fikirləşin.
+Şikayət etməyəcəm. Sağolun.

Polislər otaqdan çıxandan sonra Mətinin atası

"İndi sizinlə gəlməlidir?"deyə soruşdu.

"Xeyr. Hər şey bitib"dedi polis.

"Necə yəni?"deyə soruşdu Mətin.

"Xanım sizdən şikayət etmədi"dedi polis.

Mətinin dilindən

"Necə yəni şikayət etmədi?" dedim heyrətlə.

"Etmədi. Bilmirik. Bir daha olmasın. Başqa biri o xanım kimi şikayəti geri qaytarmayacaq yəqin ki. Maşını ehtiyatla sürün"dedi qarşımda dayanan polis. Onların getməsi ilə mən də xəstəxanadan çıxdım.

Axı o necə?
Necə məndən şikayət etməz?

Beynimdəki fikirlərlə addımlayırdım. Saatın gec olmasına baxmayaraq küçələr dolu idi adamlarla. Bir yerdə oturub telefonumu əlimə aldım. Hər kəs bir qəribə baxırdı mənə. Niyə?
Başımı aşağı salıb telefona baxdım.

52 cavabsız zəng, 163 mesaj...

Daha sonra üstümdəki köynəyin qanına ilişdi gözüm. İndi bəlli oldu qəribə baxışların səbəbi. Nədə olsa hər kəs hər gün qanlı köynəklə gəzən adam görmür. Tam o sırada,

"Xanımına çiçək almaq istəyən var? Çiçək kimi xanımlara, çiçəklər..."deyə səsləyən adama ilişdi gözüm. Ayağa qalxdım və ona yaxınlaşdım.

"Cənab? Buyurun?"

"Burda nə qədər qızılgül var?"

"15 ədəd cənab"

"Hamısını verərsən?"

"Əlbəttə. Təki siz istəyin"dedi çiçəkçi. Sevindiyi hər halından bəlli idi. Ən azından biraz yaxşılıq etmiş olum.

"Nə qədər verəcəm sizə?"deyə soruşdum.

"Cənab nə versəz qəbuldu" dedi. Pulqabımdan pulu çıxardım. Pulu ona uzadarkən oda çiçəkləri mənə verdi.

"Cənab Allah köməyiniz olsun. İnanın mənə bu çiçəklər hər kimə veriləcəksə çox sevinəcək. Xanımlar çiçəkləri çox sevirlər" dedi gülər üzlə.

"Elə umuram"dedim və gülümsəyərək "Sağolun" deyib uzaqlaşdım.

Xoşbəxt olmaq üçün, başqalarına kömək edə bilərsən və başqalarının da üzünü güldürə bilərsən...

🌙

"Necə əmin ola bilirsiz?"

Dualarımda sənWhere stories live. Discover now