Amma baxışların...🍃

71 8 11
                                    

Bilə bilməzsən olacaqları. Yalnız təxmin edə bilərsən...

🌙

Çarpayımdan qalxdım və kompuyuter stoluna oturdum. Gündəliyimi götürüb yazmağa başladım.

🌙

Gündəlik...

Yuxularıma gəlirsən yenə. Əslində sevinirəm səni gördüyümə. Ən azından görürəm...
Görəsən bu yuxular gerçək olarmı?
Yarım, Mətinim deyə bilmirəm. Bax canımı yandıran səbəblərdən biridir bu...
Bəzən imkansız kimi gəlirsən mənə. Bilirəm imkansız deyə bir şey yoxdur, çünki Allah var. Sadəcə mənə elə gəlir ki, imkansızsan, amma yox. Sən imkansız deyilsən.
Deyirlər ki, biri nəsibində yoxsa onun üçün dua etmək belə istəməzsən. Mən sənin üçün dua edirəm. Bəzən içimdən gəlməsə də.  Bilmirəm nəsibimizdə kim var, amma yenə də dua edirəm. İkimiz üçün də yaxşı olsun. İnşəAllah...

🌙

Bir gün gələcək dualarımız, arzularımız, xəyallarımız gerçəkləşəcək Allahın izni ilə. Lakin bizə zərəri dəyməyəcək formada gerçəkləşəcək bu arzular. Allah bizim zərər çəkməyimizə izin verməyəcək. Sənə zərəri dəyəcək dualarını, arzularını, xəyallarını birazca dəyişəcək və sənə verəcək...
O günə qədər bəlkə də çox şey dəyişəcək ya da heç nə dəyişməyəcək, amma fərq etməyəcək, çünki hər şey yolunda olacaq. Ancaq çox səbr etməli və çox dua etməlisən. Unutma, bunun qarşılığında hər şey yaxşı olacaq...

Bir kitab yazmaq keçdi qəlbimdən. Bəlkə həyatımdan yazardım, bəlkə başqa nəsə, amma içimi tökərdim vərəqlərə...
Mətinlə özümdən yazardım, ya da yeni səhifə açardım kitabıma. Mətinsiz...

Ürəyimə bir ağırlıq çökdü o an. Yenə hıçqırıqlara boğuldum.

Neçə vaxdır görmürəm onu. Xəyalıyla yaşamağın necə acı olduğunu bir bilsəz...
Bəlkə də başqası var. Öldürür məni bu düşüncə. Nəfəsim kəsilir,boğulacaq kimi oluram. Ölürəm, amma yaşayıram...
Bəlkə də gülür mənə. Bəlkə də gülüncdür bu halım onun gözlərində. Gülmə mənə xahiş edirəm. Səni belə sevdiyim üçün, bu qədər dəyər verdiyim üçün gülmə...

Bəlkə məndən sonra çoxları sevəcək səni, ya da məndən əvvəl çoxları sevib səni, amma mənim kimi sevən olub görəsən, ya da olacaq?
Hər kəsin duyğuları başqadır, əlbət. Ən azından mən elə düşünürəm. Yəqin sən də nə vaxtsa kimisə sevmisən. O zaman yəqin ki, azca belə olsa anlayarsan məni. Şəkillərinə baxıram gah gülümsəyərək, gah ağlayaraq. Yəqin bu duyğu qarışıqlığına səbəb sənsən...

Səni ilk gördüyüm günü xatırladım indi...
İlk baxışda "sakit birinə bənzəyir" demişdim özü-özümə. Görəsən sən mənim haqqımda nə fikirləşmisən o an? Nəysə.
Sonra getdikcə tanımağa çalışmışdım səni. Utancaq biri olduğunu düşünmüşdüm. Sonra nələrsə demişdilər mənə sənin haqqında. İlk dəfə inanmaq istəməmişdim. Ancaq onların bu dediklərini unutmaq o qədərdə asan deyildi. Ağlamışdım həm də necə...
Səni incitməyim deyə unutmağa çalışmışdım bildiklərimi. Doğurdan axı necə incidəcəkdim səni sənin vecinə deyilkən?

Dönməzsəm soruş "səbəbi nə?" deyə. Sevdim bu mənim məsələm...

Gözyaşlarımı silib ayağa qalxdım. Axı nə qədər ağlamaq olar? Artıq ağlamaq istəmirəm. Yorulmuşam...

Bəzən getmək istəyirəm uzaqlara. Bəlkə getsəm unudaram deyə düşünürəm. O getdi uzaqlara...
Bəs unuddu olan bitənləri? İtirdi baxışlarını? Dəyişdi?

Unudub unutmadığını, dəyişib dəyişmədiyini deyə bilmərəm, amma baxışları...
Qorxduğum baxışlarının dəyişməsi idi. Şükürlər olsun Allahıma baxışların dəyişməmişdi. Yenə eyni baxışlarla baxırdın mənə...
Görəsən bu baxışlarının mənası nədir?
Amma sən elə baxanda sevinirəm...
İnan ki sözlərim yığılıb qalıb qəlbimdə. O qədər çox kəlimə var ki, danışmağa. Amma səni görəndə dilim tutulur, ürəyimin üzərinə bir ağırlıq çökür və sanki ayaqlarım yerdən kəsilir...
Yəni heç nə deyə bilmirəm...

Əlim biləyimə getdi nədənsə.

"Biləklik? Biləkliyim hanı? Axı çıxarmamışam əlimdən. Yəqin harasa qoymuşam yadımdan çıxıb. Buralarda olar."

Ətrafa göz gəzdirdim.

"Yox, buradada yoxdur."dedim özü-özümə. Yəni haradasa itirmişəm?

🌙

."

Dualarımda sənWhere stories live. Discover now