Bilmirdim..❣️

20 3 0
                                    

Xəstəxananın həyətinə çatmışdım ki, yenidən bir qayğı sardı içimi.
Barışsam hər şey düzələcəkdi, yoxsa bu dəfə də qəlbimi qıracaqdı?

Birinin yanında keçmiş sevgilindən danışırsansa hər dəfə, o sənin onu unutmadığını düşünəcək. Əgər sən bunları danışdığın insanla bir gələcək istəyirsənsə, bir zamanlar kimisə niyə sevdiyini danışsan belə artıq onu sevmədiyini de. Demə ki, eşqimin yeni çağları idi, bu mahnı onu xatırladırdı. Demə ki, paylaşdığım hər sətir ona yazılmışdı. Demə bunları. Əgər qarşındakını sevirsənsə və ona açılmaq istəyirsənsə bunu demə. Bunları desən o qədər sınacaq ki, sənə. Sən düşünəcəksən ki, bu ona adi gəlir, bəlkə də sirrlərini açırsan ona görə sənə yaxın olacaq,amma o hər dəfəsində daha çox sınacaq. Düşünəcək ki, keçmişini unutmamısan və hələ də o qızı və ya adamı sevirsən. Keçmişindəkini demə demirəm, sadəcə onu necə sevdiyini, necə yollarını gəzdiyini, onun qapısının önündə gözlədiyin günləri demə. Sındırma səni sevən bir qəlbi. Sındırma sənin aşiq ola biləcəyin qəlbi, ya da aşiq olduğun qəlbi...
Mətin kimi olmayın, aldatmayın...

Fəridin yanına gəldim. Mətinin oyaq olub, olmadığını soruşdum, sonda isə artıq hər şey ilə üzləşməyin vaxtı idi. Fərid mənim burda olmağımı xahiş edib, bir saatlıq gedəcəyini dedi. Daha rahat danışa biləcəkdim demək idi bu. Fərid gedəndən sonra əlimi o soyuq qapıya apardım. Mətinlə aramızda yalnız o qapı qalmışdı, ya aşacaqdım, ya da ilişib qalacaqdım. Dərin nəfəs aldım və qapını döyüb, içəri daxil oldum. Mətin məni görər-görməz ayağa qalxmağa çalışdı, amma "qalxma"dedim. Oturub kürəyini yastığa söykədi. Eləcə səssiz-səssiz o mənə baxırdı, məndə ona. Deyirlər, gözlər yalan söyləməz. İndi biz susmuşduq, gözlərimiz danışırdı. Daha sonra sakitliyi pozdu. Ona tərəf addımladım.

"Fərrin"dedi.

-Bəli?
-Sən gələrdin yanıma heç?
-Gəlməzdim.
-Nə oldu bəs dəyişən?
-Sən.
-Bağışla.
-Bilmirəm.
-Niyə inanmırsan deyə bilmərəm, çünki bilirəm ki, inanılacaq bir şey eləməmişəm.

Əlimi tutub ürəyinin üstünə qoydu.

-Gözlərimə bax Fərrin, yalan demirlər, qaçırma gözlərini. Əgər onlara inanmırsansa ürəyimə bax,susmur səni görəndə..

Əlimi çəkdim.

-Hər şeyi ən başdan dinləmək istəyirəm.
-Hər şeyi?
-Hə.
-Yaxşı, danışacam təki sən istə.

Başımla təstiqlədim.
"Bir il bundan öncə Aysun gəlmişdi, bilirsən. Açıq danışacam. Sevmişdim onu, həmdə çox. O məni atıb gedəndə çökmüşdüm, ömrümün sonuna qədər onu sevəcəyimi düşünürdüm. Sonra sən gəldin. Ona verdiyim illərimə yazığım gəldi. Səninlə yeni bir səhifə açdım,vuruldum sənə, sevdim səni. Həqiqətən sevdim. Sənin məni sevdiyini öyrəndiyim günü heç unutmaram, əlim ayağım elə əsirdi bir görsən gülərdin"dedi və gülümsədi. Daha sonra sözünü kəsmədim və davam etdi.

"Sonra açıldım sənə. Bilirdim heç vaxt incitməzsən məni, səni və qəlbini, tanıyırdım. Hər şey çox yaxşı idi. Bilirsən, gecəm gündüzüm sən idin, heç xatırlamırdım Aysunu. Sonra geri gəldi. Bu dəfə keçmişə döndüm. Sən məni o qədər anlayışla qarşıladın ki, o gün sanki məni sevmirdin,qısqanmırdın. Üzərimə gəlmədin, o isə gəldi. Mən, həyatımın ən böyük səhvini onda etdim, onu unuda bilmədiyimi düşündüm. Səninlə onu qiyaslamadım,bu belə deyil, sadəcə o məni atıb getməsəydi hər şey yaxşı olacaqdı deyə düşündüm. Bilirsən, o bir şey yarım qalar və tamamlansa çox gözəl olacağını düşünərsəne, elə. Amma bilmirdim Fərrin, bəzi şeylərin yarım qalmasının ən yaxşısı olmasını bilmirdim.."

Boğazım düyümləndi, gözlərim doldu,amma dinləməyə davam etdim.

"Sənlə danışacaqdım, hər şeyi deyəcəkdim sənə. Onun yenidən yoxlamaq istədiyini, qərarsız olmağımı, hər şeyi,amma üzüm gəlmədi. Sən məni layiq olmadığım qədər sevərkən mən sənə bunu edə bilməzdim, amma sən hər şeyi öyrəndin. Yalnış anlama, ikinizi birlikdə idarə etməyəcəkdim, o qədər xaraktersizlik etməzdim, amma Aysuna şans verəcəkdim. Və çox peşmanam ki, o şansı sənə yox ona verdim. Canının necə yandığını bilmədim mən. Sənin güclü olduğunu və bir qələmdə məni siləcəyini bildiyim üçün dayandım. Bəlkə də o an hər şeyin ən yaxşısı budu deyə düşünmüşdüm. Sənin mənə nifrət etməyin..
Mənim səni orda yalnız qoyub getməyimə səbəb bu idi. Mənə nifrət edəsən deyə etmişdim. Məni sevməyəsən deyə, nifrət etdiyin adama sınmazsan axı. Bilməmişdim sevginin bu qədər güclü olduğunu."

Dualarımda sənWhere stories live. Discover now