Dönəcəyini bilirdin...💕

38 4 0
                                    

İllər keçər, günlər keçər
unutdum deyə düşünərsən. Qayıdar bir dəfə gülər, təkrardan vuruldum deyərsən...

🌙

Axı sən burada nə edirsən? Niyə gəlmisən?

"Sən?"dedim dodaqlarım titrəyərkən.

"Hə mən"dedi. Çətinliklə də olsa əllərini çəkdim əllərimdən. Qəribə-qəribə baxdı gözlərimə. "Nə oldu?" deyə soruşdu. İçimdən dilimə sus deyərkən, gözlərim dolmuşdu belə...

"Heç bir şey. Nə ara gəlmisən? Sadəcə təəccübləndim"
"Dünən"
"Dünən?"deyə soruşdum.
"Hə"deyə cavabladı.
"Xoş gəlmisən"dedim gülümsəməyə çalışaraq.
"Xoş gördüm"dedi.

Şəbnəm Laləyə baxıb,

"Bunlar hardan tanışdılar?"deyə soruşdu. Lalə də bilmirəm deyər kimi çiyinlərini tərpətdi.

Nə olar nəsə olsun və gedim. Burada qalmayım xahiş edirəm. Yaxşı deyiləm..

Və o, məni bu vəziyyətdən xilas edən zəng..
"Üzr istəyirəm"dedim.
Telefonumu çantadan çıxardım və açdım.

"Alo?"
"Heçnə sən neynirsən?"
"Yaxşı bu dəqiqə"dedim və telefonu söndürdüm. Bir bəhanə uydurub gedəcəkdim. Üzümü onlara tutub,
"Getməliyəm. Çox çox üzrlü sayın."dedim. Lalə,
"Ay qız hara gedirsən?"
"İşim var idi tamam yadımdan çıxıb. İndi çağırdılar"deyə bəhanə uydurdum. Mətin gülümsədi və
"Gəl mən apararam səni"dedi.
"Yox, narahat olma özüm gedəcəm"dedim.
"Olmaz. Maşınlayamda aparım səni"dedi.
"Bura yaxındı onsuzda, gedəcəm özüm."dedim. Şəbnəm,
"Eh indi nə deyirsən de öz dediyini eləyəcək. Qoy getsin"dedi. "Ona görədə sağolun"dedim və çantamı götürüb əl elədim. Çıxışa doğru yaxınlaşarkən beynimdə minlərlə sual var idi.
Məsələn ilin yarısından niyə gəlmişdi ki?
Başım döndüyündən divardan tutdum. Olmaz, yeni-yeni unudarkən təkrar sevə bilmərəm...

Əlimi soyuq divarsan çəkib, qapıdan bayıra çıxdım. Təmiz hava ağciyərlərimə dolarkən dərin bir nəfəs aldım.
"Bir gün onun geri dönəcəyini bilirdin"deyə içimdən danışdım. Sonra isə özümü susturdum. İndi isə sadəcə bir problem var idi. Hara gedəcəkdim?

Biraz yol getdikdən sonra bir restorana daxil oldum. Yemək sifarişi verəndən sonra gəlməsini gözlədim. Telefonumu bildirim səsi ilə əlimə götürdüm.

" Bu arada yeməklərdə gəlmişdi. Elə yenicə yeyirdim ki, qapı açıldı və içəri girənin kim olduğunu mən deməmiş anlayırsız.


"Bu məni izləyir. Başqa cür ola bilməz."deyə pıçıldadım. O tərəf, bu tərəfə baxdıqdan sonra göz-gözə gəldik. Mənə tərəf yaxınlaşdı.

"Yanında əyləşə bilərəm?"
"Hə, əlbəttə"deyə cavabladım. Mənimlə üzbəüz oturdu.

"Niyə qaçdın məndən?"deyə sual verəndə dilim tutuldu. Daha sonra özümü toplayıb,
"Qaçmadım ki"dedim.
"Əminsən?"
"Hə, ətbəttə. Niyə qaçım ki?"
"Bəs burda tək niyə oturmusan?"
"Nə bilim dedim yemək yeyim"
"Qızlarla da yemək yeməyə toplaşmamışdız?"
"Yoxe məni boş ver." dedim. O isə sadəcə gülümsədi.
"De görüm oralar necəydi"
"Səssiz idi oralar. Buralar qədər gözəl deyil"
"Niyə?"
"Çünki sevdiklərim orada yoxdu."
"Marağlıdır. Mən düşünmüşdüm ki, ora sənin üçün daha sərfəli olar"
"Heçnə yoxdu orada. Anlamışam ki, insan üçün ən gözəl, ən rahat yer ailəsinin, sevdiklərinin yanıdır. Düşünə bilirsən?
Orada ad günümü belə ailəmsiz keçirdim. Səninlə görüntü ilə danışmışdıq, amma yanımda olmağınızı o qədər çox istəyərdim ki."deyib ah çəkdi. Deməyə söz tapmadığım üçün,
"Başa düşdüm."dedim.
"Yaraların sağalıb?"
"Hə. Hətta izləri belə qalmayıb"
"Vicdan əzabı çəkirəm hələ də"
"Elə etmə."
"Hər şey mənə görə olmuşdu"
"Yox,özünü qınama"
"Yaxşı. Mən gedim. Səni də narahat etdim."
"Etmədin."dediyimdən sonra ayağa qalxdı. Qapıya doğru gedərkən arxaya çevrildi və cibindən nəsə çıxardı. Bir əlindəkinə, bir də üzümə baxdı. Daha sonra təkrardan geri qayıdıb ovcumu açdı və əlindəkini əlimə qoyub,
"Bu məndə qalmışdı. Nəysə. Görüşərik"dedi.
"Görüşərik"dedim və çıxıb getdi.

Ovumun içinə baxanda itirdiyim biləkliyimi gördüm. Bu qədər vaxt ərzində ondaymış?
Üstəlik yanında gəzdirirmiş?

Axı bu, bu necə ola bilər?

🌙

"Niyə qaçdın məndən?"

Dualarımda sənWhere stories live. Discover now