İki yarımcan...💔

55 5 0
                                    

İmkansız sadəcə kəlimələrdədir, gerçəkdə deyil...

🌙

Mətinin danışmadı. Bəlkə də hər şey doğru idi. Bahar Mətinin susduğunu gördü və gülümsəyib,

"Hər şey yaxşı olacaq"dedi. Təkrardan xəstəxanaya getdi.

Bu hekayə nə zaman başlamışdı axı? Başlanğıcı nə idi, sonu nə olacaqdı?

"Baharın dedikləri doğru idi? Mən Fərrinə dəyər verirəm? Fərrin bəs?"deyə düşündü.

🌙

Onun gözləri intihardı, ya da yeni bir başlanğıcdır...
Onun sözləri ya ölümdür, ya da dərmandır...
Mən onsuz yarımcan, o mənsiz yarımcan.
O səhər idi, mən gecə. O mənim qaranlığımı aydınladır, mən onun aydınlığını qaraldırdım...
O buludlarla gözəl, mən ulduzlarla...
O və mən yox, biz...
Bəlkə də ayrı-ayrıydıq, fərqliydik, amma bir-birimizi tamamlayardıq. İki yarımcan deyil, bir can olardıq...

🌙

"Geri dönüşü var bu yolun? O və mən? Bir başqası anlasın hiss etdiyimi. Kilometrlər olacaqdı aramızda, məsafələr, yollar. O sevə biləcəkdi məni məndən uzaqda? Yanında olsam sevərdi? Mən sevsəm sevərdi? Uçurum var idi axı aramızda..."deyə düşündü Mətin.

Bilmirdi.

Fərrin sevirdi. O getsə də sevmişdi, burada olsa da sevmişdi. Mənası yoxdur məsafələrin, mənası yoxdur uçurumların...

"Allahım qovuşdur sevənləri. Önəmsiz eylə məsafələri. Yox eylə uçurumları. Amin..."

Yağış töküldü buludlardan dənə-dən. Göy güruldadı. Fərrin oyandı yuxusundan. Qalxdı ayağa çarpayıdan və pəncərəyə doğru getdi. Açdı pəncərəni, torpaq qoxusunu içinə çəkdi. Sonra xəstəxananın həyətinə baxdı. Kimisi qaçırdı yağışdan islanmasın deyə, kimisi çətirini açmış xəstəxanaya doğru irəliləyirdi. Gecənin qaranlığı, yağış... Bəzi insanların təşvişləri oxunurdu gözlərindən. Biri çarpdı Fərrinin gözünə. Nə qaçırdı yağışdan, nə də çətirini açmışdı. Sadəcə skamekada oturmuşdu və sanki nəsə fikirləşirdi.
Yağışın yağması fərq etmədi. Fərrin pencəyini geyinib otağdan çıxdı.  Qardaşının qapının önündə yuxuya getdiyini gördü. Gülümsədi. Daha sonra isə otağına yaxın olan çıxışa tərəf irəlilədi. Bayıra çıxdı və gəlib sakitcə Mətinin yanına oturdu. Mətin Fərrini görər-görməz.

"Sən burada nə edirsən?"deyə soruşdu Mətin.

"Gələ bilmərəm?"deyə sual verdi Fərrin.

Mətin "Qalx, qalx. Soyuqdu bura. Yeni qəzadan çıxmısan sən yağışlı havada özünü xəstə etmək istəyirsən?"deyə soruşduğunda Fərrin güldü.

"Yayın yağışından nə zərər?"dedi.

"Yaxşı görüm qalx ayağa. İçəri gedirik" dedi və ayağa qalxdı Mətin. Fərrin də ayağa qalxandan sonra təkrardan xəstəxanaya gəldilər.

"Bu havada bayıra çıxma da"dedi Mətin. Fərrin isə cavabında,

"Birini gördüm qara-qara fikrə dalıb getmişdi yağışın altında mən də dedim görəsən nə olub?"dedi. Mətin gülümsədi və

"Heçnə olmayıb. Sadəcə biraz fikrə getmişdim. Sən isə indi dərhal otağına. Tez!"dedi ciddiləşərək. Fərrin güldü, Mətin güldü.

"Yaxşı, yaxşı əsəbləşməyin Mətin bəy"dedi Fərrin.

"Siz də əsəbləşdirməyin Fərrin xanım"dedi Mətin. Fərrin otağa girdikdən sonra Mətin Fərrinin qardaşının yanına oturdu. Qardaşı yatmışdı deyə səssiz olmağa çalışdı. Daha sonra oda yuxuya getdi.

Bir neçə gün. Sadəcə bir neçə günün içində olmuşdu bütün bunlar. Mətin Fərrini maşınla vurmuşdu, Fərrin Mətinlə uzun müddət sonra danışmışdı. Sadəcə bir qəza ilə dəyişmişdi bəzi şeylər.

Allah taleylərinə yazmışdı olanları və onlar da yaşamışdılar. Məsələn Mətin itirmə qorxusu yaşamışdı, bəlkə də Fərrinə dəyər vermişdi...
Fərrin ilk dəfə Mətindən qızılgül almışdı. Çox ilklər olmuşdu bu bir neçə gündə...

🌙

Gündəlik...

Sətirlərim bitdi gündəlik. Sevdim mən. Birini sevdim...
O məni sevməsə də, hər şeyi bir kənara atıb sevdim. Məsafələri əngəl bilmədim, yolları önəmsəmədim. Onu sevdim...
Allaha dualar etdim onun üçün. Yaxşılığını istədim. Yaxşı olmasını dilədim. Məni xatırlamasını...
Hər şey bir anda oldu. Daha dünənin uşağı böyüdü, gündəlik...
Fərqinə vardı öhdəliklərinin. Yıxıldığında yalnız başına ayağa qalxmağı, bir küncə çəkilib ağlamağı öyrəndi. İnsanların necə olduqlarını gördü. Bəzən ağladı, bəzən güldü. Amma indi xoşbəxtdir...
Xəyallarını gerçəkləşdirməyə , səhv etməməyə çalışır...
Bütün ümidini isə insanlara yox, Allaha bağlayır...

🌙

İki insan, iki həyat...
Sevənlərin verdiyi dəyər, itirənlərin itirdikləri dəyər...
Yalanlar və gerçəklər arasındakı o balaca körpü...

🌙

"Allahım qovuşdur sevənləri..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin