Onunla danışa bilərəm?...🌸

41 7 12
                                    

Bəzən kiçik bir hədiyyə böyük xoşbəxtliklər gətirə bilər...

🌙

"Buda o deməkdir ki, sənin beynində nələrsə var"dedim.

"Həmdə nələr nələr. İndi sən yat. Gülməyəsən, yaxşı?"dedi. Gülümsədim və "Çoxsağol" dedim.

"Dəyməz. Adım Bahar bu arada"dedi.

"Mənimki də Fərrin. Məmnun oldum" dedim.

"Mən də. Həm sənin adını bilirdim mən."dedi. Gülümsədim.

"İndi sən yat." dedi. Niyə mənə kömək edirdi ki? Axı nə tanışıyam, nə dostu?

Deməli bəzi şeylər qarşılıqsızdır...

Başımı yastığa qoydum və üzümü Bahara tərəf çevirdim. Zərfi qızılgüllərin arasına qoydum. Daha sonra gözlərimi bağladım. Sonra Baharın qapını açıb səsləndiyini eşitdim.

"Kimsə kömək edə bilər? Pəncərə açılmır. "dedi Bahar. Atam "Hansı pəncərə?"deyə soruşarkən Mətinin səsini eşiddim.

"Siz narahat olmayın mən baxaram indi" dedi. Bütün bunlar vicdan əzabındandır Mətin?

Bahar onu içəri alıb qapını bağladı. Mətin pəncərəni açıb baxdı və "axı bir problem yoxdur?"dedi. O an dodaqlarımı dişlədim gülməmək üçün.

"Yəqin mən bağlaya bilməmişəm. Nəysə çoxsağolun. Mən indi Fərrini oyadacam. Siz gedə bilərsiz." dedi Bahar.

"Fərrinə verdiz məktubu?"deyə soruşdu Mətin.

"Aha vermişəm. Hətta vərəq istədi nəsə yazdı qoydu güllərin arasına. Sizə çatacaq yəqin ki" dedi Bahar. Tez üzümü əvvəlki vəziyyətinə gətirdim. Daha sonra yanımda hərəkətlənmə hiss etdim. Sonra məktubu götürdüyünü anladım.

"Onunla danışa bilərəm?" deyə soruşdu.

"Əlbəttə."dedi Bahar. Gəlib yanıma məni səslədi və gözlərimi açdım.

"Sabahın xeyir Fərrin. Bu canab səninlə danışmaq istəyir"dedi Bahar.

"Hansı cənab?"deyə soruşdum bilmirəm kimi.

"Mən"deyən səslənən səsə doğru- arxaya baxdım. Niyəsə titrədi əllərim. Sanki heç bilmirdim buradadır.

Bahar yan otağa keçdi. Mətin danışmağa başladı.

"Sən məni niyə şikayət etmədin? Axı nə yaxşılığım dəyib sənə onun qarşılığında belə edirsən?"

"Məktubu aç"dedim sadəcə. Çünki, bütün cavab oradaydı. Üzümə təəccüblə baxdı. Sonra isə məktubu açdı.

Bəzi şeylər qarşılıqsızdır. Üzr istəməyinə gəlincə isə ehtiyyac yoxdur. Çünki sən heç nəyi bilərəkdən etməmisən. Qızılgüllərə görə isə mən təşəkkür edirəm. Təkcə qızılgüllərə görə də yox, məni orada qoyub qaçmadığın üçün təşəkkür edirəm.

"Dəyməz və çoxsağol" dedi üzümə baxarkən.

"Sən çoxsağol. Hər şeyə görə həm onca qızılgül. Hamısı çox gözəldi"

"Dəyməz təki sən yaxşı ol mən daha çox alaram" dedi. Gülümsədim.

"Evdəkilər görüblər gətirdiyində?"

"Yox, amma dedə. İçimdən gəldiyi üçün almışam. Üzr kimi sayarlar." dedi.

"Elə elə deyəcəm" dedim. Bahar araya girərək

"Bu pəncərə nə gec düzəldi?"deyə Mətinə baxaraq danışdı.

"Yaxşı, yaxşı gedirəm. Yanlarında danışa bilməsəm bil ki, mənlik deyil. Niyəsə danışa bilmirəm. Nə danışım onların yanında?" dedi.

"Yaxşı"dedim. Gülümsədi, gülümsədim...

"Hələ gör sənə nələr, nələr danışacam Fərrin. Mətin bəyin getmək fikri yoxdursa oda dinləsin "dedi Bahar gülərək.

"Nə?"deyə soruşdum.

"Mənə də marağlı gəldi" dedi Mətin.

"İndi bu Mətin bəy əməliyyatının qurtarmasını gözləyir bu arada bir həkimimiz var Ayxan onun əməliyyatı uğursuz qurtarır çı..."

"Deməsəz?"deyə danışdı Mətin.

"Desin də" dedim.

"Yox deməsin. Xahiş edirəm demə"dedi Mətin. Bahar biraz susub "Yaxşı, yaxşı sirrinin əmin əllərdə"dedi.

"Əlbir olub məndən nələr gizlədirsiz siz? Eybiyoxdu öyrənəcəm ənində sonunda" dedim. Gülümsədilər. Göz süzdüm,daha sonra isə mən də gülümsədim.

Tam o sıra da qapının döyülmə səsi gəldi. Mətin ayağa qalxıb məktubu tez cibinə qoydu və yanımdan uzaqlaşdı. Baharda tez yanımda dayandı. Mən də özümü yatmış kimi göstərdim. Nə qədər yatacam hələ?

Bütün bunlar hansı sürətdə oldu bir bilsəz.

Atam qapını açıb pıçıltıyla  "Düzəldə bildin oğlum?" deyə soruşdu.

O an ki, həyəcanımız və Mətinin "Düzəltdim" deyib atamla birlikdə bayıra çıxması...

"Ah..."

🌙

"Hansı cənab?"

Dualarımda sənOù les histoires vivent. Découvrez maintenant