Gülümsədim. Gülümsədi...💫

51 7 0
                                    

Kiçik hadisələr, böyük xatirələr...

🌙

Mətinin dilindən

(13:55)🌹

"Başqa nə edə bilərəm? Yəni ən azından biraz üzünü güldürüm. Bütün olan bitənlərə səbəbkar mənəm. Əgər heçnə etməsəm vicdan əzabından ölərəm."deyə düşünərkən pilləkənin yanından gələn səslər fikrimi dağıtdı. Bir qrup bura tərəf gəlirdi. Bunlar?

Hə, xatırladım. Fərrinin tanışlarıdır. Diqqətlə baxdıqdan sonra biri gözümə ilişdi.

Qaşlarım çatıldı.

Bu keçən dəfə də Fərrinlə danışırdı. Onların nə əlaqəsi axı?

Ayağa qalxdım və digər tərəfə doğru getdim. Niyəsə məni görməklərini istəmirdim. Biraz uzaqlaşdıqdan sonra Fərrinin anası ilə birlikdə otağa girdiklərini gördüm və yerimdə dayandım.

Axı mən hara gedirdim? Təkrardan otağın önünə gəldim və oturdum.

"Birdə güllərlə gəliblər. Yox, belə olmaz hamı gül alır mən başqa nəsə etməliyəm." deyə fikirləşməyə dalmışkən qapı açıldı və içəridəkilər bayıra çıxdılar.
O uşağın mənə tərs-tərs baxdığını gördüm.

Bu bəlasını axtarır deyəsən...

Mətin sakit ol. Sakit ol...

Fərrinin anası onları yola salıb qayıtdıqdan sonra mənə yaxınlaşdı və

"Çoxsağol oğlum güllərə görə. Heç ehtiyyac yox idi."dedi. Gülümsədim və

"Siz sağolun. Üzr kimi qəbul edin. Mənim səhvim səbəbindən oldu hər şey"dedim.

"Hər kəs səhv edə bilər, amma əsas o səhvi anlamaqdır. Əminəm bir də maşını elə sürətlə sürməyəcəksən. Həm bax Fərrin indi yaşayır. Əsas nəticədir. "dedi və gülümsədi.

"Əmin ola bilərsiz birdə o qədər sürətlə sürməyəcəm maşını. Əlbəttə əsas onun sağlamlığıdır."dedim.

Fərrinin həkimi otaqdan çıxdı və diqqətimiz ona yönəldi. Ayağa qalxdım. Həkim gülümsəyərək

"Xəstəmiz bir neçə günə artıq evə gedə bilər, amma stressdən uzaq olmalı,bir neçə ay başını zərbələrdən qorumalıdır, çünki ağır zərbə alıb. Bu bir neçə ay içində bir daha güclü zərbə alsa həyatı üçün çox təhlükəli ola bilər. Ona görə ehtiyatlı olun. Bu sözləri ona da demişəm. Sizə də demək istədim. İndi isə Fərrin birinci mərtəbədəki otaqlardan birinə gedəcək. Onu çox yormamağa çalışın. "dedi. Təşəkkürlərimizi bildirdikdən sonra isə həkim getdi. Bu sırada Bahar Fərrini birinci mərtəbəyə yerləşdirdi. Fərrinin yanına bir xeyli adam gəlmişdi. Üstəlik mənim anamla, Fərrinin anası da dəfələrlə Fərrinin yanına getmişdilər.

Axı həkim dedi yormayın onu...

Xəstəxanadan bayıra çıxdım və gedib şokalad aldım. Həkimin dediyinə görə şokalad yeyə bilərmiş. Rahatlıqla verə bilərdim yəni.
Xəstəxanaya girəcəkkən anamla anasının artıq Fərrinin yanında olmadığını və qapının qabağında gözlədiklərini gördüm. Bu mənim üçün fürsət sayılardı?

Təkrardan bayıra çıxıb Fərrinin qaldığı otağın pəncərəsinə yaxınlaşdım. Baharın ona nəsə dərman uzatdığını gördüm. Pəncərəni döydüm və diqqətləri mənə yönəldi. Bahar gəlib pəncərəni açdı. Şokaladı ona verib Fərrinə baxdım. Gülümsəyirdi.

Gülümsədim.

"Səhərdən hamı səni yorur, amma həkim dedi ki, yorulmamalısan. Bu səbəbdən şokalad aldım."dedim.

Fərrin "Təşəkkür edirəm. Gərək əziyyət çəkməzdin. Bu arada narahat olma yaxşıyam"dedi.


Niyə dediyimi bilmədim , amma

"Hamı gəlib rahatlıqla səni görə bilir, bircə mən gələ bilmirəm" dedim.

"Niyə ki? Nə var burda?" dedi Bahar.

"Nə bilim tək gələ bilmirəm. Bizimkilərlə gələndə də danışa bilmirəm."dedim.

Nə danışırsan sən Mətin?

"Belə də marağlıdı"dedi Fərrin.

"Deməli marağlı gəldi?"deyə soruşdum.

"Biraz elə oldu"deyə cavabladı.

"Onda təkrarlayaram"dedim. Gülümsədi.

Daha sonra "nəsə istəyin var?" deyə soruşdum.

"Gündəliyim"dedi.

"Gündəliyin?"deyə soruşdum.

"Anama deyərsən gətirsin mənim üçün? Yadımdan çıxdı demədim ona. İndi evə gedəcəkdi." dedi.

"Deyərəm verər mənə gətirərəm"dedim.

"Çoxsağol"

"Yaxşı sağolun. Gələrəm birazdan"dedim. Tam gedəcəkkən Fərrin

"Mətin" deyə səsləndi. Təkrardan ona tərəf baxdığımda isə

"Amma oxuma, yaxşı?"dedi.

Gülümsədim. Gülümsədi...

"Yaxşı" dedim.

Görəsən o gündəlikdə nələr yazılmışdı?

🌙

"Axı həkim dedi yormayın onu..."

Dualarımda sənWhere stories live. Discover now