Allahın izni, sənin vasitənlə...🍁

46 7 15
                                    

Günahsızmıdır heç kimi incitməyə qıymayanlar?

🌙

Mətinin dünyası başına fırlanarkən, əməliyyatxananın qapısı açıldı. İçəridən gülər üzlə çıxan cavan həkimə və köməkçisinə baxa qaldı eləcə. Aralarından biri

"Keçmiş olsun. Əməliyyat uğurla bitdi." dedi. Mətin anlamazca bir o həkimin, bir də digər həkimin üzünə baxdı.

"Sən Kərimin dostu deyilsən?"deyə soruşdu ölüm xəbəri verən həkim.

"Kərim? Səhv salmısız Ayxan bəy . Bu oğlan qəzaya düşən qızın tanışıdır"dedi həkimin yanında dayanmış köməkçisi. İstəmsizcə üzü güldü Mətinin.

"Həkim Fərrin yaxşıdır? Yaşayır yəni?"

"Narahat olmayın xəstəmizin əməliyyatı uğurla keçdi. Lakin oyanması üçün bir az vaxt lazımdır."

"Çoxsağolun həkim. Məni sevindirdiz. "

"Siz sağolun" dedi cavan həkim və gülümsəyərək köməkçisi ilə oradan ayrıldı. Hadisənin şokundan çıxa bilməyən Mətin gah gülümsəyir, gah da kədərlənirdi.

Ya ölümü gerçək olsaydı? Onda nə edəcəkdi?

"Şükürlər olsun Allahım. Şükür sənə Rəbbim. Şükür..."

Əməliyyat otağından çıxarılan Fərrinə baxdı gözlərim.
Gözləri bağlıydı, amma yaşayırdı. Bu üzümü güldürürdü mənim. Yaxşı ki, yaşayır. Deyəsən indi anlamışdım itirmə qorxusunun nə olduğunu. Bu nə idi belə?
Başımı şüşəyə söykətdim və Fərrini izlədim bir müddət.

"Orada elə uzanmaq yaraşmır sənə. Qalx ayağa"dedim pıçıldayaraq. Tam bu anda səslər bir-birinə qarışdı. Başımı qaldırmadım şüşədən.

Bizimkilərlə Fərrinin ailəsi gəlmişdi.

"Oğlum nə olub?"dedi anam. Üzümü onlara tərəf çevirib boş-boş baxdım. Nə deyəcəkdim ki? İki dəqiqə qabaq Fərrinin öldüyünü düşündüyümü? Ya olanlara səbəb olduğumu?

Göz yaşlarına boğulmuşdu Fərrinin ailəsi. Atası hər nə qədər bildirməsə də içəridən yanırdı bəlli idi. Anası isə ağlayırdı.

"Mətin nə olub bir danış"dedi anam yüksək səslə. Üzümü təkrardan Fərrinə tərəf çevirib başımı əvvəlki vəziyyətimi aldım və Fərrinə baxmağa başladım.

"Mətin eşidirsən məni sən?"dedi təkrardan. Yenə susdum. Deyəcək heç bir sözüm yox idi. Fərrinin anası

"Çox getməyin üstünə. Oda indi pis hiss edir inanın." dedi. Bir insan qızını incitmiş, maşınla oəvurmuş biri üçün belə kəlimələr qurmamalıydı. Vicdanlı olmamalıydı...

"Gəlin vurun, öldürün məni. Vicdan eləməyin mənə...
Mən qızınızı vurmuşam sizin. Çünki böyük bir axmağam. Mənə ən böyük cəzadır vicdanlı olmağınız. Yaşıma baxmayın, cavanlığıma verməyin cəzalandırın məni. Bəlkə vicdan əzabım soyuyar..."dedim.

Dediklərimə qarşılıq olaraq hamı susmuşdu.

"Gəlin öldürün məni nə olar. Vurun maşınla atın bir qırağa. Mən ona zərər vurdum. Zərər vurun mənə də. "deyə qışqırdım istəmsizcə. Anam gözyaşlarına boğularkən atam üzümə baxırdı.

"Ata mən birinci dəfədir məni bağışlamağınızı istəmirəm. Sizsə bağışlayırsız. Bağışlamayın məni. Əmi sizdə, xala sizdə bağışlamayın."dedim. Heç gözləmədiyim anda Fərrinin atası yanıma gəldi və əlini çiynimə qoydu.

"Biz sənə zərər vura bilmərik, çünki hər nə qədər ona zərər yetirmiş olsanda onu orada qoyub qaçmamısan. Xəstəxanaya çatdırmısan, yanından ayrılmamısan. Sən cəzalandırılacaq insan deyilsən. Oğlum, bax əgər qızım indi nəfəs alırsa bəlkə də bu Allahın izniylə, sənin vasitənlədir. Ona görə özünü günahlandırma" dedi mənə.

Fərrinin anası pəncərəyə doğru yaxınlaşmış qızına baxırdı. Ağlayırdı lakin azca sakit idilər. Böyük güman ki, həkim hər şeyin yaxşı olduğunu onlara da demişdi. Anam gəlib onu pəncərədən uzaqlaşdırdı. Gedib anamın yanında dayandı. Atam mənə baxdı və

"Evə get. Gözləmə burada"dedi.

Evə get? Ata mən o qızı burada, bu vəziyyətdə qoyub gedə bilərəm?

Susdum və o getməyəcəyimi anladı. "Yaxşı"dedi və Fərrinin atasının yanına oturdu. Bu sırada isə anam Fərrinin anasına ürək-dirək verirdi. Bircə mən heçnə etmədən, heç kimə təsəlli vermədən Allaha dua edirdim. Tək edə biləcəyim bu idi, çünki.

Tam bu sırada reanimasiyadan səs gəldi.

"Aparat belə niyə edir?"dedim. Hamı anlamazca üzümə baxdı. Çünki bu sualın cavabını heç kim bilmirdi.

Həkim köməkçisi bayıra çıxıb "Həkim" deyə həkimi səslədi. Həkim sürətlə otağa girdi. Pərdələr örtüldü və o an hər kəs gözyaşlarına boğuldu.

Fərrinin anasının halı gözümün önündədir indi. Taqətimi saxlaya bilməyib divara söykəndim daha sonra isə döşəməyə oturdum.

Bütün bunlar mənim üzümdən idi...

🌙

"Orada elə uzanmaq yaraşmır sənə. Qalx ayağa..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin