O an..🌙

30 3 0
                                    

Bəzi hadisələr olmalıdır, qovuşmaq üçün...

🌙

Bu hadisənin üzərindən zamanının necə yetişdiyini anlamamışdım. Uzun bir həftə qısa gəlmişdi.
Oysaki mən onun heç getməyəcəyini düşünürdüm . Belə bilməzdim sanki zaman su yerinə axdı. Sabah getməlidi. O hadisədən sonra əfsus ki getməyəcəyini düşünürdüm. Əlbəttə bu 1 həftə mənim üçün çox önəmli idi .Mən onu öyrənmişdim ki əvvəlcə türkiyəyə ordan isə oxuduğu yerə gedəcəkdi. Sadəcə susdum axı mənim ona deməyə sözüm qalmamışdı, amma içimdə qəribə bir narahatlıq var idi. Bəlkədə gedəndən sonra heç qayıtmayacaqdı. Bunları düşünərkən mənə gələn zəngin səsi ilə irkildim. Cavab verməyib,telefonu söndürdüm. Axı indi danışacaq halda deyildim.
Sonra gülümsədim. Bəlkədə bütün baş verənlər hamısı bir yuxuydu və yuxudan oyananda hamsı yadımdan çıxacaqdı. Lakin hər nə olursa olsun mən onu unutmayacaqdım və yadıma düşdü. Sabah kitabı bitirib o vərəqi oxuyacaqdım. Çox maraqlıdır görəsən o ora nə yazıb.

Onun yazdıqlarını oxumaq üçün səbirsizlənirdim, amma orada yazılanlar məni sevindirəcək və ya incidəcək bir şey ola bilərdi. Ağlıma gələn problemlə yenə susdum, axı bundan başqa problemlər də var idi. Məsələn dünyanın dörd bir tərəfində yayılan virus. Hələ ki ölkəmizdə yoxdur. Bir tərəfdən virusun ölkəmiz üçün çox qorxulu olduğunu, digər tərəfdəm isə burada yayılmayacağını düşünürdüm.

Bir gün sonra

Mətin yola düşməyə hazır vəziyyətdə hava limanında gözləyirdi. Kağızı oxumuşdu ,sadəcə nə deyəcəyini bilmirdi. Oxuduqdan sonra heç danışmamışdılar. Mətin nədənsə özünü qəribə hiss edirdi. Fərrin isə otağında idi. Əlində isə kitabın içindən tapdığı vərəq var idi. Açıb açmayacağını bilmirdi. Bəzi hadisələrdən narahat idi. Sonra gözlərini yumdu. Oxumayacaqdı. İndi oxumayacaqdı. İçində narahatedici bir hiss var idi. Sanki nəsə olacaqdı, sanki nə isə dəyişəcəkdi. Qalxdı və vərəqi masaya qoyub mətbəxə keçdi.
Su içmək üçün stəkanı əlinə aldı və anidən televizorda "son dəqiqə xəbəri" deyildi. Fərrinin fikri ora ilişib qaldı.

"Azərbaycandan türkiyəyə gedən sərnişin təyyarəsi qəzaya uğrayıb. Hələ ki,sərnişinlərin vəziyyəti məlum deyil. Hadisənin səbəbləri araşdırılır"

"Bu təyyarə"dedi Fərrin. Əlində saxladığı stəkan yerə düşdü. Gözləri doldu.

Donub qaldı. Taqətini saxlaya bilməyib yerə çökdü. "Mətin"deyə pıçıldaya bildi sadəcə. Sanki otağın divarları üzünə gəlirdi. "Yox o təyyarə deyil" dedi özlüyündə. Sonra yadına bu gün təkcə o təyyarənin Türkiyəyə yola düşəcəyi gəldi. Düşdüyü yerdən qalxdı və otağına qaçdı. Qapını açıb masanın yanına gəldi. Titrək əlləri vərəqə uzandı. Vərəqi götürdü və açdı.
Orada yazılan söz ilə üz-üzə qaldı bir an.
Və o iki kəlimə bütün dünyanı vermişdi ona dünyası yıxılarkən.

Səni sevirəm

Telefonu açdı. Mətinə zəng vurdu, amma ona zəng çatmırdı,çatmırdı. Nə edəcəyini bilmədi. Nə olduğunu bilmədi..
Qısa müddət sonra qapı döyüldü. Fərrin qapını açmadý. Bayaqdan tutduğu gözyaşları daha da çox axmağa başladı. Başının döndüyünü hiss edib yerə oturdu. Həm də qapının yanına. Tam bu sırada telefonuna zəng gəldi. Mətinin olduğunu düşünüb telefona baxdı. Kamran idi. Hansı ki Mətinin bura gəldiyi gün ona yazıb kitab soruşan əvvəlki tanışlarından biri. Telefonu açmadı və məşğula basdı.

Daha sonra sadəcə dua etdi. Allahım nə olar pis heçnə olmasın deyə. Bir müddət sonra qapı döyüldü. Fərrin ayağa qalxdı, ağlamaqdan qıpqırmızı olmuş gözlərini düşünmədən qapını açdı və o an. Qapının arxasındakı insanla göz-gözə gəlişi.

🌙

"Və o an"

Dualarımda sənWhere stories live. Discover now