Xatırlatdı mənə...🌟

38 6 0
                                    

Sus...
Sən danışmasan da oxuyuram ağlından keçənləri. Sadəcə gözlərimə bax...

🌙

Mahir susdu və içəri keçə bilməyəcəyini anladı. Ülkər gələr-gəlməz getdilər. Baharsa Fərrinin yanına-otağa keçdi.

Bu olanlar mənə çox ağır gəlmişdi. Sadəcə bir neçə günün içində neçə insanın həyatı dəyişmişdi...

Burada boş-boş dayanmaqdansa otağın qapısını döyüb içəri girdim. Hamının diqqəti mənə yönələrkən, mənim diqqətin yalnızca birinin üzərinə yönəlmişdi...

Fərrinin...

"Yaxşısan?"deyə soruşdum.

"Yaxşıyam"dedi. Keçib bir küncdə dayandım. Tam o sırada qapı açıldı. Həkim içəri girdi və Fərrindən özünü necə hiss etdiyini soruşdu. Fərrin isə cavabında "Hər şey yaxşıdır həkim. Özümü yaxşı hiss edirəm. Ağrılarımda yoxdur artıq"dedi. Həkim heyrətlə ona baxdı və,

"Belə tez yaxşı ola biləcəyini düşünməmişdim. Bahar bir neçə analiz var idi onlarıda yoxla əgər hər şey yaxşı olsa, onda Fərrin sabah evə gedə bilər, amma bir şərtlə başına diqqət etməlisən. Üçüncü zərbə çox təhlükəli olar"dedi.

"Yaxşı həkim. Daha diqqətli olacam"dedi Fərrin gülümsəyərək. Həkim "Valideynlərindən biri aşağı enib çıxış işləri üçün müraciət etsinlər. Əgər analizlərdə bir problem olmasa gedə bilərsiz. Keçmiş olsun" deyib otaqdan ayrıldı. Fərrinin anası " Mən gedim çıxış üçün müraciət edim"deyib ayağa qalxdı. Anam da "Tək getmə mənimlə bir yerdə gedək"dedi və birlikdə otaqdan çıxdılar. Fərrinə yaxınlaşdım və "telefonunu olar xanım qız?"deyə soruşdum. Təəccüblə mənə baxıb telefonu uzatdı. Nömrəmi yazdım və

"Bu mənim nömrəmdi. Bir iki həftəyə gedəcəm mən. Yenə də nəyəsə ehtiyyacın olsa, mən lazım olsam çəkinmə bir zəng, bir mesaj yazmağın yetərlidir."dedim. Gülümsədi və "sizin telefonu olar cənab?"deyə soruşdu. Üzümə yayılan gülümsəmə ilə telefonu ona uzatdım. Nömrəsini yazdı və

"Bu da mənim nömrəmdi. Söylədiklərinin hamısı sənin üçün də keçərlidir"dedi. Bahar bizə baxıb

"Mən sizinlə əlaqəni kəsmək istəmirəm. Mənim də nömrəmi yazın"dedi. Onun nömrəsini yazdıqdan sonra o da bizim nömrələri qeyd elədi. Artıq içim rahat gedə bilərdim. Fərrin Bahara baxdı və

"Bahar dəftər o biri otaqda qalıb deyəsən. Gətirə bilərsən mənim üçün?"deyə soruşdu.

"Aha, deyəsən oradadır. Gedim gətirim"dedi və otaqdan ayrıldı. Gecə çox gec və az yatmışdım deyə gözlərim axırdı artıq. Fərrin bu halımı görmüş olacaq ki,

"Mətin səndə evinizə get artıq. Narahat olma bax mən yaxşıyam, sabah çıxacam buradan Allah qoysa. Həm neçə gündür burada yuxusuz qalırsan. Özünə zərər yetirmə. İstəsən sabah yenə gələrsən, amma indi get dincəl. Mən deyirəm sənə, yaxşı?"dedi.

"Yox narahat olma yorğun deyiləm"dedim.

"Mətin ,narahat oluram yaxşı? Yorğunsan bilirəm. Get dincəl. Sonra özümü pis hiss edirəm mənə görə bu haldasan"dedi.

Yalan danışdığımı hardan anlayır axı?

"Yaxşı, amma özünü pis hiss etmə, çünki burada özünü pis hiss edəcək biri varsa oda mən olmalıyam"dedim.

"Sən günahkar deyilsən." dedi. Susdum...

Daha sonra,

"Gələcəm Allahın izniylə. Sağol"dedim.

"İnşəAllah. Görüşənədək"dedi, "Görüşənədək"dedim və otaqdan çıxdım. Anama zəng vurub evdə olacağımı bir şey lazım olsa mənə zəng vurmasını dedim. Daha sonra isə maşını işə salıb evə doğru getdim. Radionu açdım və qarşıma çıxan ilk mahnı Koray Avcı-Yine aylardan kasım oldu. Mahnı beynimdə öz dilimə çevrildi niyəsə...

Bir təsəlli ver,
Qırılan qürüruma...
Bir təbəssüm et,
Unudarsan zamanla...
Yenə dalmışam güzgüdə,
Üzüm ağlar,
Yenə dalmışam,
Əlimdə şəkil...

Sözləri çox mənalıydı ya mənə elə gəlmişdi? Bəlkə də mənalı olmasının səbəbi mənə Fərrini xatırlatması idi...

🌙

"Gələcəm Allahın izni ilə..."

Dualarımda sənWhere stories live. Discover now