Allah amanında...❤

55 4 0
                                    

Bəzi şeylər üçün gec deyil...

🌙

Vərəqlədim, vərəqlədim. Hər oxuduqca qəlbimin üzərinə ağırlıq çökür, özümə hirslənirdim.

Kiməm mən?! Gözünün önündəkini görməmisən Mətin...
Axı onu incitməyə nə haqqım var idi mənim?

Təkrar səhifəni çevirdim.

🌙

Kilometrlərcə, ölkələrcə, şəhərlərcə uzağa getdin. Allaha əmanət ol Mətin. O getdi gündəlik. O getdi...

🌙

Mən getdiyim gün...
Sadəcə bir neçə kəlimə yazıb bura. Yəqin canı çox yanıb və xatırlamamaq üçün uzatmayıb. Üzr istəyirəm Fərrin.
Son səhifəni də çevirdim və oxumağa çalışdım.

🌙

Bir zamanlar vardın, artıq uzaqdasan. Lakin bu məsafə nə yollardır, nə kilometrlər. Qəlblər arasındakı məsafədir bu. Ümid verib bitdin sadəcə.
Bu qədər asanmıydı hisslərimi məhv etmək? Kaşki nömrən məndə olmasaydı da görməsəydim...
4 ilimin qatili. Xoşbəxtliklər sənə...
Eynən belə yazdım gündəlik. Görməsi üçün yazdım, bəlkə anlayar deyə. Düzü "bu 4 ili anlamayan adam, indi anlayar?" deyə düşünsəm də yenə şansımı yoxlamaq istədim. Gündəlik...
Bir daha onu sevməyəcəm. Yəni ən azından sevməməyə çalışacam, amma mən onu çox sevmişdim. Doğurdan çox sevmişdim. Bəlkə də ona görə hər dəfə şəkil paylaşanda qəlbimə nəsə batırdı. Əlimdə olsa şəkildəki qızı şəkildən çıxarıb atardım. O onun yanındadı, mən isə ondam uzaqda. Bilirəm bəlkə də yaxının da olsam belə yenə fərq etməyəcəkdi. Nə mənası var idi, qəlblərimiz uzaq ikən yolların, kilometrlərin yaxın olmasının? Kaşki sevməzdim deyirəm. Qəlbim ilə bacarmadım o zaman. Sevdim. O məni sevməsə də, o məni görməsə də. Onu, o olmadan sevdim. Vazkeçməliyəm...
Mən ondan vazkeçməliyəm...
Artıq yorulmuşam. İllərimi sərf etdim mən onu sevməyə...
O məni sevsə heç əl çəkməzdim bəlkə də. Amma o, onu sevərkən mən onun xoşbəxtliyinə əngəl ola bilmərəm. Allah hər ikimizi xoşbəxt etsin. Ayrılıqda olsaqda, birlikdə olsaq da. İndi bir yerdə olmasaq da, Mətin xoşbəxt ol. Mənə görə isə üzülmə. Bilirsən, qəza olandan sonra necə dərin, içdən gülümsədiyimi?
Sən mənə yaxşı davranırdın...
Gülləri, şokaladları mənim üçün alman, sırf mənim üçün narahat olman, dua etmən, məni qorumağın...
Sonra isə gedişin. Əslində bir an məni sevəbilərsən sandım...
Allahım yardım et...
Bəlkə də bu da mənim uşaqca qurduğum xəyallardan ibarət idi. Bəlkə də mən hələ də uşağam...
Getdiyin gündən sonra neçə dəfə zəng vurmusan mənə, neçə dəfə danışmışıq, neçə-neçə mesaj yazmısan...
Hamısı ulduzludur bilirsən? Hərdən dəfələrlə oxuyuram...
Üzr istəyirəm Mətin. Üzr istəyirəm səndən. Səni bu qədər çox sevdiyim üçün bağışla məni. Səni nə zaman narahat etmişəmsə, nə zaman incitmişəmsə bağışla məni...
Gündəliyim, çoxsağol. Məni heç bezmədən dinlədiyin üçün. İndi isə üzr istəyirəm. Artıq bir parçam kimisən, amma daha sənə yazmayacam deyəsən ...
Çünki sənə yenidən yazsam vərəqlərini oxuyacam və unuda bilməyəcəm...
Onun adı gözümə ilişəcək cümlələrin birindən. Yenə canım yanacaq. Onsuzda qurumayan gözyaşım bir daha axacaq...
İndi isə vəda vaxtıdır. Deyəsən sənə yazdığım ən uzun məktubmu desəm, cümlələrmi desəm bu oldu. Nəysə, boş ver. Allah amanında Mətin, Allah amanında gündəlik...
Salamat qalın...

🌙

Ah, Mətin sən neyləmisən?

Telefonu əlimə aldım öncə Mahirə çoxsağol yazdım sonra isə neçə vaxtdır yığmadığım bir nömrəni yığdım. Amma narahat idim. Götürməz deyə narahat idim...

🌙

"Ah, Mətin sən neyləmisən?"

Dualarımda sənWhere stories live. Discover now