İlk🌿

28 3 0
                                    

Bəzi ilklər deyilməz, sadəcə yaşanar...

1 il sonra

🌙

Heç içinizdə kimisə öldürmüsüz? Mən, öldürdüm. Düz bir il bundan öncə. Canımı yandırdı, çox həmdə, amma mən onu bir qələmdə sildim. Canın yanırmı deyə soruşsaz, artıq qəti yanmır...
Sizcə də bəs etmədi, beş il?
Bu bir ildə Aysunu və Mətini hər yerdən silmişdim. Qısaca hamısından qurtulmuşdum.

***

"Fərrin ora bax"dedi rəfiqəm.

"Hara?"
Başımı yuxarı qaldırdım. 2 nəfər dayanmışdı.

"Fəridlə Yusif"

"Məndə deyirəm kimdi"deyib güldüyümdən sonra, uşaqlardan biri əl elədi. Şəbnəmdə əl elədiyində birdə baxdıq uşaqlar yanımızdadır. Belə başa salım Fərid Şəbnəmin qardaşıdı, yanındakını isə tanımıram. Uzaqdan bildiyim qədər Fəridin dostudur.

***

Yusifin dilindən;

"Qızlar necəsiz?"dedi Fərid. Mən də "salam"dedim. Şəbnəmin yanındakı qız "şükür siz necəsiz?"dedi. Baxmağımla diqqətimi ayıra bilmədim ondan. Necə də zərifdir. Sanki toxunsan hər an sınabiləcəkmiş kimi görsənir. Məni düşüncələrimdən ayıran Şəbnəmin səsi oldu.

"Yusif sən neynirsən? Bu tərəflərdə görsənməzdin nə əcəb səndən?"dedi.

"Bir işim var idi Fərid sağ olsun tək qoymadı getdik həll edib gəldik"dedim.

"Nə iş?"deyə soruşduğunda, Fərid "Çoxbilmiş gör nə çox sual verir."deyə sözün ortasına atıldı. Mən də ona ilişim deyə, "Bilinir kimin  bacısıdı" dedim. Fərid "heç eybiyox"dedi və güldü. İşin qəribəsi odur ki, bütün bunlar olarkən hələ də qıza baxıram.
Kim olduğunu öyrənməliyəm. Fərid "Nəysə siz buna baxmayın. Hara gedirsiz?"deyə soruşdu. Şəbnəm, "Heç özümdə bilmirəm"dedi. Güldüm, "Boş-boş gəzirsən yəni?"deyə soruşdum. "Görünüşə görə bulvara tərəf gəzirəm"cavabını verdi. "Bizdə gələk?"deyə Fərid soruşdu. Şəbnəm "Fərq eləmir"dedi. Fərid isə cavabında "Onda bizdə gəlirik"dedi.

Bizdə onlarla birlikdə addımlamağa başladıq. Fəridi yanıma çəkib, "o qız kimdi?"deyə soruşdum. Öncə şübhəli-şübhəli baxdıqdan sonra "Fərrini deyirsən? Şəbnəmin yaxın rəfiqəsidir." dedi. Daha sonra Şəbnəmin yanına keçdi, mən də adının Fərrin olduğunu öyrəndiyim qızın yanında qaldım. Diqqətimi ala bilmirdim qızın üzərindən. İlk dəfədir belə oluram. Nəsə söhbət açmalıyam.

"Sən Şəbnəmin rəfiqəsisən?"deyə soruşdum, çünki soruşabiləcək ən ideal kəlimə o idi hal hazırda.

"Aha."

"Hə. Adın?"

"Fərrin"

"Məmnun oldum"

"Məndə"

Daha sonrasında isə danışmadı. Gülümsədim. Davranışı, hərəkətləri o qədər şirin gəldi ki, mənə. Beləliklə 3-4 saat keçdi. Birdə baxdıq ki, hava qaralıb. Evə dağılışacaqkən öyrəndim ki,məndən bir stansiya uzaqda qalır. İşim var deyə bəhanə edib onunla eyni yerdə düşdüm. Səssiz,sakit gedəndən sonra, nəhayət ki, iki-üç kəlimə danışmışdım. Sonrasın da, su almağa iki addım uzağa getmişdim. Fərrin də gözləyirəm deyib gəlməmişdi. Geriyə döndüyümdə yanında bir oğlan görmüşdüm. Əsəblə oğlana nə isə deyirdi. Oğlanda nəsə deyirdi, amma eşitmirdim. Fərrin tam gedəcəkkən oğlan qolundan tutdu.  Deyəsən Fərrini qısqanmışdım.

Doğru oxuduz. Mən, tanımadığım birini kimdənsə qısqandım. Mən..

Adını bilmədiyim oğlan,

"Sən kimsən? "deyərkən Fərrin önümə keçdi.

"Sənin onu soruşmağa haqqın yoxdu Mətin bildin? Get burdan"

"Fərrin sən məni dinləmirsən ki, hər şeyi açıqlayım sənə"

"Mən eşidəcəyimi öz qulaqlarımla eşitmişəm sağ ol"

"Bu oğlan kimdi?"deyə əsəblə soruşarkən Fərrin heçnə demədi. Sınıq bir səslə "bir gün məni dinləyəcəksən?" deyib, Fərrinə baxdı. Fərrinsə heçnə demədən, "gedək"dedi. Mətini geridə qoyduq. Bir qədər sakitlik çökdükdən sonra,

"Gəl 5 dəqiqə otur"deyə skamyanı göstərdim. "Yaxşı" dedi və oturduq. Suyu ona verdim,amma götürmədi. "Daha yaxşısan?"deyə soruşdum.

"Hə. Çoxsağol."dedi. "Niyə elə edirdi ki? Kimdi ki o?"deyə soruşdum. Qısaca hər şeyi danışdı.

"Sonda isə sənə niyə dediyimi bilmirəm, amma belə olub"dedi.

"İndi də dərdindən ölürəm deyir?"deyə soruşdum.

"Mən həkim deyiləm ki, kiminsə yaralarını sağaldım, sonra gedib yaralanıb yenə yanıma gəlsin"dedi. Niyəsə mən də danışmaq istədim. Yalan olsa da,

"Sən tək deyilsən,məndə yaşamışam elə bir hadisə" dedim. Qəribə-qəribə üzümə baxdı.  "Nə hadisə?"deyə soruşarkən,

"Bir neçə il bundan qabaq sevdiyim qız, sevdiyi oğlanı qısqandırmaq üçün məni sevdiyini demişdi. Mən isə bundan xəbərsiz elə 'oda məni sevir' deyə-deyə ortalarda gəzirdim."dedim. Mən gülüncə oda güldü,

"Heç vecimə belə deyil mənimlə olmaması. Ona nifrət edirəm"

"Məncə də. Sözün açığı heç yaraşmırsız da, sən çox gözəlsən."dedim.

"Belə insanları tapmaq biraz çətindir"dedi. Yəqin ki, açıq sözlü olmağımı nəzərdə tuturdu.

"Əslində elə deyil, amma indi niyə elə oldu bilmirəm"dedim.
Yusif indi olmaz, indi deyə bilməzsən, yeri deyil.

"Öncədən tanımadığım üçün rəy deyə bilmirəm"deyib güldü.

"Artıq tanıyırsan"dedim.

"Demək olar ki,biraz"dedi. Sadəcə susdum və gözlərinə baxdım. Mənim ondan xoşum gəlmişdi, həm də çox...

🌙

"Sən tək deyilsən."

Dualarımda sənWhere stories live. Discover now