Kitab...🍃

29 3 0
                                    

Xoşbəxtliyin açarı dualardır

🌙

İçəriyə girdiyimizdə böyük bir ağac gördüm. Üstəlik üzərində rəngbərəng vərəqlər vardı.

"Dilək ağacı"dedi. "Belə bir yerin olduğunu belə bilmirdim"dedim. "Artıq səninlə danışmaq istəyirəm"dedi. "Buyur"dedim. Yerə bir qırağa döşənmiş döşəkçələrdən birinə oturdu. Məndə yanına oturdum. Dərindən nəfəs aldı və,

"1 həftə sonra gedirəm"dedi. Üzümdəki gülümsəmə anidən soldu. Susdum.

"Bəlkə də sənin üçün fərqi yoxdur burdayam, ya da uzaqdayam, amma mənim üçün fərq edir. Düzdür ora yaxşıdır, amma heç yer insanın öz evi kimi deyil. Heç kim sevdiklərim kimi deyil orda. Bu bir neçə ayda belə o qədər darıxıram ki, bura üçün, sizin üçün, sənin üçün. Bilmirəm nə nəzərdə tutduğumu bilirsən ya yox, amma yenə də deyirəm. Bu 1 həftə də sənin istədiyin kimi olacaq. İstəsən qaçmağına gərək qalmaz və bu vaxt ərzində gözünə belə görsənmərəm, amma mən istəyirəm ki bu vaxt ərzində məndən uzaq qalmayasan. Nə bilime. Bütün dostlarımla,sevdiklərimlə birlikdə 1 həftə keçirmək istəyirəm. Yenə də qərar sənindi"dedi.

"Mənim üçün fərq etməz. Yəni sən sevinəcəksənsə" dedim.

Fərq etməz? Niyə bu qədər yalan danışırdım axı bu vaxtlar? Axı mən onunla o qədər xəyallar qurmuşdum. Harasa getmək, film izləmək, kitab oxumaq.

Ən əsası isə mən onunla yanbayan namaz qılmağı, dualar etməyi xəyal etmişdim...

"Son bir şey var. İndi gəlirəm"dedi və ayağa qalxdı. Nə etdiyini anlamasamda gözlədim. Sonra əlində bir kitabla gəldi.

-Nədir o?
-Kitab
-Ay dəli onu bilirəm.

Gülməyə başladım. Oda mənim kimi güldü. Daha sonra mənə vərəq verdi və "yaz" dedi. "Nə yazım?" deyə sual verdiyimdə isə çiyinlərini qaldırıb əlləri ilə bilmirəm işarəsi elədi. "Məndə sənin üçün kitabın arasındakı vərəqə nəsə yazmışam, amma bir şərtim var ki, o kitabı oxuyub bitirmədən o vərəqi oxumayacaqsan"dedi.

"Maraqlıdır"dedim. "Nə bilirdin? İndi əl yazınızı ora düzməyinizi xahiş edirəm."dedi. "Tamam, amma bir problem var. Öz əl yazımı keçdim, sənin xəttin necədi? Başa düşəcəm?"deyib güldüm.

"Lap əla olmasa da başa düşərsən"dedi və oda güldü.

Nə yazacağımı çox fikirləşdim. Darıxıram yazsam pis olar, heçnə yazmasam pis. Ağlıma gələn şeirlə gülümsədim.

💜

Bir neçə sətir şeir yazmaq istəyirəm.

Hey danışsam sənə dinməz hisslərim,
Unutdum desəm də inanma mənə.
Rahatca üzünü görməsəm belə,
Arada uzaqdan səs ötür mənə.
Darıxıram yarım, bitmir nəğmələr...

Yazmağa başqa nəsə tapmadım, amma bunu bilki, istəyirsən get, istəyirsən qal mən hələ ki, buralardayam. Ehtiyacın olduğunda, ya da nə vaxtsa kədərlənib, sevinəndə. Sirrini paylaşmaq istədiyində...
Buralardayam.
Yaxşı yol. Yaxşı ki, varsan.

Fərrindən Mətinə xatirə...

💜

Vərəqi qatladım və əlimdə saxladım. Biraz vaxt keçdikdən sonra oradan çıxdıq və evə doğru yola qoyulduq. Evə çatanda elə sağollaşıb gedəcəkkən.

"Ağıllım"dedi. "Nə?" dedim.

"Öz yazdıqlarımızı oxuyacayıq?"deyib gülməyə başladı.

"Sənin yaddaş problemin üçün mən neyləyim?"dedim və vərəqi ona uzatdım. Oda aldı. "Sağol" dedim və tam gedəcəkkən qolumdan tutub,

"Bu qaldı"dedi. Çevrilib baxdığımda ondan kitabı almadığımı xatırladım.

Off çox ağıllıyam. Kitabı alandan sonra gülüb,

"Başqa nəsə qalmadısa gedim?"dedim. "Get, get. Sağol"dedi. "Hələlik"dedim.

"Görüşərik"

"Görüşərik"

Düşündüyünüz və xəyal etdiyiniz, ən əsasə isə Allahdan istəyib dua etdiyiniz çox şey gerçəkləşir. Sadəcə səbr edin. Səbr xoşbəxtliyin açarıdır elə deyilmi?

🌙

"Yaxşı ki, varsan"

Dualarımda sənWhere stories live. Discover now