Sən möcüzəmsən...❤

29 4 0
                                    

Bəzi xoşbəxtliklər sən gözləmədiyin anda gələrlər

🌙

"Kamran?"deyə təəccüblə ona baxdı Fərrin. O isə,

"Narahat etmədim? Yaxşı görünmürsən"deyə soruşdu.

-Yox narahat etmədin. Yaxşıyam.
-Bəs telefona niyə cavab vermədin?
-Birindən zəng gözləyirdim ona görə.
-Hə anladım
-Bəs niyə zəng vurmuşdun?
-Heç. Sadəcə kitaba görə çoxsağol deyəcəkdim
-Dəyməz

Fərrinə biraz qəribə gəlsə də səsini çıxarmadı. Hər halda bir çoxsağol üçün o uzunluğunda yolu gəlməzdi.

-Mən gedim onda. Nəsyəsə ehtiyacın olsa xəbər edərsən
-Yaxşı. Salamat.

Kamranın getməsi ilə Fərrin dayana bilməyib Elaya zəng vurdu. Zəng açıldı və

-Alo. Elay?
-Fərrin Elayın telefonu evdə qalıb. Nəsə lazım idi?

Fərrin təəccüblə,
-Mətin?,-,dedi
-Nə var bunda bu qədər təəccüblənəcək?
-Xəsdəsən sən? Niyə zənglərimi açmırsan? Dəli oldum ki, hardasan sən.
-Nə olub ki?
-Heçnə,deyib telefonu Mətinin üzünə söndürdüm.

Vəziyyətim çox acınacaqlıdır deyəsən. Qorxdum ki,nəsə olub, qəzaya uğrayıb off.

Nəysə deyib otağıma qalxdım. Hələ də olanların şokunu üstümdən ata bilməmişdim. Axı bu gün getməli idi.

Özümü çarpayıma atdım. Tam o anda telefonuma zəng gəldi. Az-çox kim olduğunu bilirdim və ekrana baxanda doğru düşündüyümü anladım.

-Hə Mətin
-Fərrin nolub?
-Heçnə
-Necə yəni heçnə?
-Eh, hər nə
-Danış görüm

Fərrin olan bitəni Mətinə danışdı. Bəzi yerlərini demədən.

-Ahahahahah
-Bəsdir gülmə.
-Necə gülmə? Ahahah
-Ay insan fərqindəsənsə o təyyarədə olsaydın indi yox idin?
-Amma indi varam. Sənə görə. Möcüzəmsən sən mənim.
-Nə möcüzəsi? Nə axmaq, axmaq danışırsane. Ələ salıre məni. Söndürürəm. Hələlik.
-Gözlə, gözlə. Ələ salmıram.
-Bəs nə edirsən?
-Möcüzəmsən deyəndə doğrusunu deyirdim.
-Görəsən niyə? Oturub ağlamışam deyə?
-Ahahah əlbəttə ona görə yox. Sənə görə getməmişəm.
-Anlamadım.
-Kağızı oxumusan?
-Nə kağız?
-Kitabdakı

Budur artıq qırmızı rəng olmuşam. Yox desəm, ya hə desəm?
Daha heç nəyi gizlətməyəcəm.

-Hə görmüşəm
-Bəs sən necə?
-Susmağı seçirəm
-Bəs dediyimə fikrim nədir? Çünki hər an qonaq göndərə bilərəm anamı.
-Nə?
-Hələlik

Telefonu söndürmüşdü. Yox daha nələr anamı qonaq göndərəcəm nəydi? Yox zarafat eləyir, ələ salır deyə düşündüyümdə telefona mesaj gəldi.

'Zarafat eləmirəm' deyə.

Bu gerçək idi?
Arzuma çatırdım mən?
Allahım şükürlər olsun.

Sevincimdən nə edəcəyimi bilmirdim. Yəni bu ilk elçi olmasa da sevdiyim adam idi. Bəs ailəm razı olmasa? Yox onlar Mətini çox istəyirlər. Yəqinki yox deməzlər, amma anama necə deyim elçi gələcəklər deyə?

Bir neçə saat sonra mən beynimdə ssenarilər qurarkən bütün ailə bir yerə toplaşmışdıq. Anam mətbəxə gedərkən məndə arxasınca getdim.

-Ana
-Buyur qızım.
-Heçnə xırdalamıram anidən deyəcəm. Məndə qurtulacam, sən də.
-De gəlsin.
-Elçi gələcəklər
-Kim?
-Təxminin var?
-Mətin
-Hə
-Hardan bildin?
-Bilirdim. Məndə səninlə danışacaqdım. Mətinin anası mənə zəng vurmuşdu. Danışdıq biraz.
-Bunu məndən gizlatmısan? İnanmıram.
-Yox əlbəttə. Bayaq zəng vurdu.
-Bəs nə olacaq?
-Bilmirəm qərar sənindi. Mən Mətinin ailəsini yaxşı tanıyıram, amma Mətini o qədər də tanımıram. Belə düşünəndə yaxşı uşaqdır. Mən tərəfdən problem yoxdu.
-Bəs atam?
-Sən qəbul eləsən atanda heçnə deməz. Oda tanıyır onsuzda. Səndə öz qərarlarını verəcək yaşdasan.
-Yaxşı.

Bu danışığın ardından otağıma getdim. Doğurdan hazır idim? 5 ilə yaxın müddətdir bunun xəyalını qururdum. Başımı yastığa qoydum və sabah nə olacaq onu fikirləşmədən yuxunun əsiri oldum.

🌙

"Zarafat eləmirəm."

Dualarımda sənWhere stories live. Discover now