Bəlkə..🖤

20 5 0
                                    

Bir il öncə...

Fərrinin dilindən;

Bəlkə də o sətirlər sənə deyil,ona həsr olunmuşdu. Sən anlamaq istəmirdin və öz istədiyin kimi anlayırdın hər şeyi. Hər şey bir birinin ardına mirvari kimi düzülmüş üç-beş sətrdən ibarət idi. Söyləyə bilmədiklərinsə sətrlərcə deyil,neçə-neçə romanlar qədər idi. Qələmin qırılmışdı sənin,yalanlara həbs olmuşdun sən. Heçnə anlamırdın,heç bir məna verə bilmirdin. Fərrin, əsir olmuşdun Mətinin taleyində nələrəsə. Onun seçimi Aysun idi bəlkə də. Bəlkə də o, səni deyil de onu xəyal edərək yazmışdı bütün sətrlərini, sən özünə görə oxumuşdun. Bəlkə də sən mənasız idin Fərrin. Hamı işığı axtararkən qaranlığa boğurdun özünü. O qaranlığa gömsünlər səni. Bitirdiyin sətrlərə,xatirələrə. Mənə dönmüşdü o, amma əmin deyildim unutduğu keçmişindən. Çox yaralırdı məni onun Aysunun yanında olması,amma bir yandan da düşünürdüm. Hər şey bitsəydi nə olardı?
Çox safca düşünürəm elə deyil? Doğrudur,amma Aysununda qəlbi qırılmayacaqmı? Nəyi gözləyirdin Mətin? Doğrudur, sənin xəbərin yoxdur səndən gizlicə nə qədər ağlamışam sənə görə. İçimi yeyib bitirirsən, amma xəbərin yoxdur. Çox sevirəm, bəlkə də,amma düşüncəsizlik edə bilmərəm. Mən edə bilmirəm, ürəyimi qalib elan. Onun oxutduğu o mahnıya gömsünlər məni..
Şair kəs səsini. Yetər artıq çəkdirdiyin acılar. Hər dəfəsində ölürəm mahnının o hissəsində mən,ölürəm! Onun o mahnını onun üçün dinlədiyini öyrəndiyim gündən,ölürəm şair. Qəbul etmirəm bunu,xeyir bu belə deyil. Mən acı çəkmək üçün dinləmirəm o mahnını...
Amma eləydi. Ağrıdırdı canımı..
Sonralarda bir dəfə mahnı atmaq istədim ona. Cəsarət edə bilmədim,eləyə bilmədim. Problem,ya da cəsarətsizliyim onla ünsiyətdən qorxduğumdan deyildi. Qorxum mənim atdığım mahnıda birdən onu xəyal edər deyəydi. Məndə belə sevmişdim. Başqasının canını yandırmaq yerinə öz canımı yandıraraq. İçimdəkiləri deyə bilməyib,susaraq. Heç kim heçnə anlaya bilməzdi baxışlarımdan. Nə hüzn, nə sevinc, nə də sevgimi. Çox gözəl gizlədirdim baxışlarımdakı mənanı. Hiss etdirirdim bəzən,amma göstərmirdim.
Bu gün günlərdən cümə, qıymaq istədim saçlarıma,kəsmək istədim. Edə bilmədim, bilirsiz niyə?
Mənə "kəsmə saçlarını" demişdi.

Dualarımda sənWhere stories live. Discover now