Sevgi bəs?..💌

24 4 0
                                    

Bunu təsadüf adlandırmaq doğru olardımı, o taleyindirsə?

🌙

2 ay sonra

"Şəbnəm bəzəyi al"dedi Fərid.

"Gözlə Fərid"deyə Şəbnəm cavabladı.

"Ülkərin qabağına çıxmalıyam." dedi Fərid.

"Ver mənə saxlayım"dedim və yaxınlaşıb bəzəyi Fəriddən aldım.

"Bir dənəsən"dedi və tələsik addımlarla məkandan çıxdı. Şəbnəmlə biri-birimizə baxıb güldük. Gülməyi biraz azaldıb;

"Sanki ilk dəfədir sevgilisi olur,elə əsir ki, üstündə"dedi Şəbnəm.
"Bir ara küsmüşdülər də, yəqin yenə itirmək istəmir"dedim.
"O oların öz işləridi artıq"deyə cavabladı.
"Məncə də"dedim.
"İndi nə edək? Mən bura çıxa bilmərəm"dedi.
"Saxla bunu, mən asaram"dedim və əlimdəki bəzəyi ona verdim. Nərdivana çıxıb bəzəyi yenidən aldım. Bir yandan Şəbnəmlə danışarkən, bir yandan bəzəyi asırdım.  Tam nərdivandan düşəcəkkən qapı açıldı. Üzümü çevirdiyimdə Yusifi gördüm. Ayağımın altına baxarkən bir anda ayağımı yalnış yerə atdım və yıxıldım. Nərdivan da üzərimə düşdü. Yusifin mənə tərəf qaçmasıyla, nərdivanı qaldırması bir oldu. Şəbnəmdə məni qaldırdı. "Yaxşısan?"deyə soruşduqlarında "hə,yaxşıyam. Davam eləyək "dedim. Elə iki addım gedəcəkkən başım döndü və tutmaq üçün yer axtardım Yusifin köməyi ilə stula oturdum. Şəbnəm su verdi və biraz özümə gəldim sanki.

"Başın dəymədi?"deyə Şəbnəm soruşarkən,
"Elə də yox"dedim.
"Bəs niyə belə başın döndü ki?"deyə soruşdu Yusif.
"Başına güclü zərbə olmaz onun. Yəni ən azı bir il başını qorumalıydı ki, bir ili təzə keçir"dedi Şəbnəm.
"Niyə ki?"deyə soruşdu.
"Avtomobil qəzası keçirmişəm"dedim.
"Doğurdan? Keçmiş olsun"dedi.
"Çoxsağol"dedim. Şəbnəm dodağının altından "Birnəfərin əl işləridi hamısı" dedi. Qoluna vurdum.
"Kimin?"deyə soruşduğunda, "Heç, boş ver"dedi. Yusif mənə baxdı. Tam bu sırada Ülkərlə Fərid gəldi.

"Nəsə olub?"deyə soruşduqlarında qısaca danışıb çox uzatmadan məkanı bəzəməyə davam etdik. Sabah Şəbnəmin ad günüdür və bütün bu bəzəklərin səbəbi də odur.

Hər şeyi bitirdikdən sonra tort ilə, məkanın önünü bəzəmək qalmışdı. Tort işini mən həll edərəm dedim. Yusifdə mənə kömək edəcəkdi. Digərləri də məkanın önünü bəzəməyə getdilər. Saata baxdığımda 8 olduğunu görmüşdüm. Nəhayət tortu bəzəməyi bitirib, soyuducuya qoymuşdum. Yusifə baxıb, "çay istəmirsən?"deyə soruşdum. "Heç soruşmayacaqsan sanmışdım"dedi. "Uşalarıda çağır 10 dəqiqəyə gəsinlər. Qoy qaynasın çay"dedim. Başını tərpədib uşaların yanına getdi. Biraz sonra gəlib oturdu və "heç özündən danışmırsan"dedi.

-Biraz qapalıyam.
-Bu qəza məsələsi nədi bəs?
-Eh, heçnə sadəcə kiçik bir qəzaydı.çox böyüdürlər.
-Məncə o qədərdə kiçik bir qəza olmayıb, sən gizlədirsən.
-Olmaz keçmişdən danışmayaq?
-Olar.
-Onda başqa sual ver.
-Sual vermək barəsində heç yaxşı deyiləm.
-Məndə.
-Nə etməyi xoşlayırsan?
-Mahnı dinləməyi. Bəs sən?
-İdmandı mənimki. Əlbəttə mahnınında öz yeri var,amma idman başqadı mənim üçün.
-Hə sağlamlığın üçün yaxşıdı.
-Bəs gələcək planın nədir?
-Kariyera.
-Sevgi bəs?
-Kitabını bağlamışam.
-Məncə bağlama
-Niyə?
-Taleyindəki insan səni tapacaq,bəlkə də tapıb.
-Bilirəm. Ən azından o məni tapana qədər bağlamışam. Bilirsən bir zamanlar onun taleyim olduğunu düşünürdüm,ondan heç vaxt vaz keçə bilmərəm deyə düşünürdüm. Bu qədər ildən sonra necə unudacam deyirdim,amma heç çətin olmadı bu dəfə. Düz 1 ildir nifrətdən başqa heç bir duyğu bəsləmirəm ona. Bir gün gedəcəm buralardan və onu bir daha əsla görməyəcəm.
-Bilirsən? Mən də o qızı unuda bilmərəm deyirdim, ta ki başqa biri həyatıma girənə qədər. Ən azından onu həyatıma salana qədər. Düzdür özünündə bundan xəbəri yoxdur bəlkə,amma ona dərdimi açdım, hər şeyi dedim, oda öz dərdini dedi. Dərdimizin bir tərəfi eyniydi sanki və bəlkə də biz biri-birimiz üçün yaradılmışıq. Onu uzaqdan tanımağıma rəğmən bir günün içində sanki ən doğmam olmuşdu.
-Qovuşmağınızı diləyirəm.
-Qovuşmağımızı diləyirəm.

🌙

"Qovuşmağınızı diləyirəm"

Dualarımda sənTempat cerita menjadi hidup. Temukan sekarang