Heç görmüsən dalğalar dənizi tərk eləsin?..🌊

38 4 1
                                    

Allah sizin taleyinizi birləşdiribsə. Sizi heç kim ayıra bilməz.

🌙

-Aysun əminsən?
-Əminəm. Nə qədər başa salım?
-Xəbərin var onların həyatına baş salırıq?
-O qız sevirsə, məndə sevirəm Kamran bildin? Lazım olanı eləyəcəm. Qızda hər şeyi bilməlidi.
-Nə olsun? Məndə sevirəm. Qarışmayaq bəlkə?
-Sənin xoşun gəlir deyəsən Fərrinə belə uzaqdan baxmaqdan.
-Sən doğurdan düşünə bilmirsən? Elə bilirsən onlar ayrıldılar Fərrin gəlib məni sevəcək, ya Mətin səni?
-Sevəcək.
-Bilmirəm Aysun.
-Deyirəm sənə ki, sevəcək. Sənin kimi biri burada qalıb, o qız gör kiminlədi.
-Yaxşı, amma bir şərtlə razılaşıram.
-Nə şərt?
-Olmayacağını anladığımız an əl çəkirik.
-Elə olsun.

Birinin xoşbəxtliyinə qarışmaq. Birinin kədərinə sevinmək. Bu necə qəribə hissdir? Heçmi vicdanı sızlamaz sizi incidənlərin? Onlar neçə illər sonra qovuşmuşkən, bunu onlara etmək doğru idi? Deyildi. İnsanı sevdiyindən ayırmaq doğru deyildi..

Fərrin Mətinin yanından bir neçə dəqiqəliyinə ayrıldı, çünki telefonuna zəng gəlmişdi və səsdən heçnə eşitməyincə sakit bir yerə keçmişdi.
Aysun bunu görər-görməz cəld və həyəcanlı addımlarla Mətinin  yanına getdi.

"Sıxılmırsan?" deyə sual verdi. Bu sırada Fərrin geri qayıtdı və Mətinin yanına gedəcəkkən Aysunu yanında görüb ayaq saxladı. Nə danışdıqlarını eşitməliydi,çünki beynini qarışdıran bir çox sual yaranmışdı.

-Nə istəyirsən Aysun?
-Sual verirəm. Nəsə istəyirəm ki?
-Əl çək.
-Nə danışdığını bilirsən?
-Çox yaxşı bilirəm. Uzaq dayan məndən yoxsa yaxşı olmayacaq.
-Elə bilirsən o qızla məni qısqandıra bilərsən?
-Xəsdəsən sən? Sən kimsən ki, mən Fərrinlə səni qısqandırım.
-Sən hələ də məni sevirsən. Məni geri qaytarmaq üçün başqasından istifadə etməyə ehtiyyac yox idi. Hələ o qədər ziddinə getmək? Təəccübləndirirsən məni Mətin.
-Səni sevmirəm anlamırsan? Onu sevirəm mən. Səni sevsəydim, sənin üzüyünü barmağımda daşıyardım. Bildin?
-Bir gün mənə geri dönəcəksən.
-Gözlə, yuxunda görərsən.

Fərrin heç nəyi eşitməmiş kimi yanlarına gəldi.

-Nə əcəb buradasan?
-Biraz keçmişi xatırladım.
-Nə keçmişmiş o elə?
-Məktəb vaxtları.

Fərrin qızın nə etmək istədiyini anlasa da ona məhəl vermədi, amma Mətin getdikcə əsəbləşirdi. Fərrinin əlini tutub,

-Biz gedirik. Sağolun,- dedi və oranı tərk etdi. Fərrin Mətinin əsəbi olduğunu gördüyündən susurdu ki, aralarında anlaşılmazlıq olmasın. Dəniz qırağına yaxın bir yerdə Mətin maşının sürətini artırdığında artıq danışmağın vaxtı idi. Fərrin,

"Bir dəqiqə saxla maşını" dediyindən sonra Mətin maşını anidən saxladı. Fərrin maşından düşdükdən sonra Mətin də ardınca düşdü. Sahilə tərəf yol aldıqlarında Mətin gülümsədi.

-Yenə dəniz?
-Hə, hər dəfəsində.
-Sakitlik.
-Dənizi bu qədər mənalı edən nədir səncə?
-Bilmirəm. Nədir?
-Dalğaları.
-Necə yəni?
-Dalğasız dəniz gözəlliyini itirir. İnsanda sevgisiz.
-Əlbəttə,elədi.
-Bəs heç görmüsən dalğalar dənizi tərk eləsin?
-Elə şey olar?
-Olmaz elə deyil?
-Hə.
-Nə olursa olsun, keçmişdə nə olmuşsa səni incitməsin. Mən nə qədər ki, yanındayam mənə hər şeyi danışa bilərsən. Səni məndən əvvəl kimisə sevməyinə görə günahlandırmaram, amma mənimlə ikən başqasını sevsən, bax onda vəziyyət dəyişər.
-Eşitdin hə?
-Eşitdim.
-Hamısını?
-Hamısını.
-Açıq danışacam səninlə. Onu sevmişdim, amma səndən qat-qat öncə. Bir müddət belə davam etdi. Sonra sevə bilmədim. Bilmirəm niyə, amma sevmədim. Ayrıldı, amma o hələ də onu sevmədiyimi qəbul eləmir.
-Dediyin üçün çoxsağol.
-Bunu sənə çoxdan deməliydim.
-Mənə maraqlı deyil məndən əvvəl kimi sevmisən. Sadəcə bilməyini istədim ki, yalanın bir parçası olmaq istəmərəm.
-Sən mənim tək gerçəkliyimsən.
-Sən də.

🌙

Bir gün qarşılaşacaqsız onunla. Hansısa küçədə, yolda, qatarda, təyyarədə ya da başqa bir yerdə. Gördüyünüz anda elə titrəyəcək əlləriniz, ayaqlarınız ki, 'nə oldu mənə?' deyə düşünəcəksiz. Hələ qəlbinizi demirəm. Böyük bir ağırlıq çökəcək qəlbinizin üzərinə. Baxışları ən doğma gələn, amma baxışları qədər yad olacaqsız bəlkə də biri-birinizə. Olmayan işarələri, gerçəklik göstərməyən şəkilləri o qədər böyüdəcəksiz ki, gözünüzdə özünüz belə inanmayacaqsız. Sonra ona baxmadan bir damcı tökəcəksiz gözlərinizdən. Sanki içinizi yandıran ağrını soyudacaq bu damcı. O an hönkür-hönkür ağlamaq istəsəz də, baxışlarınızı qaçıracaqsınız gözlərindən. Necə demiş bir sözcü: 'əgər gözlərinizi bir yerə zilləmisinizsə, orada sizi marağlandıran bir şey ola bilər, lakin əgər gözlərinizi ora baxmamağa məcbur edirsinizsə, orada marağlandığınız, sevdiyiniz nəsə var.'
Unutmaq, 7 hərfli sadə bir söz. Axı necə belə çətin olur altındakı məna?
Səbəbi isə içində bitib tükənməyən ümidlərdir, bəlkələrdir. Hələ beynində ki, hər xatirəni dəfələrlə canlandıran neyronları demirəm...
Əslində hər şey sözdə asanddır, lakin heç olmadığı qədər çətin görsənir.

🌙

"Dənizi bu qədər mənalı edən nədir səncə?"

Dualarımda sənOù les histoires vivent. Découvrez maintenant