Sevdiyim adamın, sevdiyi xanım..💔

47 4 11
                                    

Kimə gərək idi zülmü zalımın,
Zülmünü qəlbimə gətirdin yarım..

🌙

Saat 5ə 10 dəqiqə qalır. Hələ də ortada görsənmirlər. Kamran yalan deyirdi yəqin, axı Mətin məni aldatmaz. Elə deyil?

Budur gəlir Aysun. Papağımı daha da gözümün üzərinə çəkdim. Mənim burada olduğumu anlamamalıdırlar.

6ya 10 dəqiqə işləyib. Sevdiyim adam gəlməyib. "Yox, o məni sevir, Aysunu yox" deyə özümü ovudarkən Mətin görsəndi.

Fərrin diqqətlə dinləməyə çalışdı olan-bitəni.

-Deməli gəldin.
-Hə, gəldim.
-Bəs gedəcəksən?
-Bilmirəm.
-Mətin nə hiss etdiyimi məndən çox anlayırsan. Sən onunla nişanlanacaqsan. O səni mənim qədər xoşbəxt edə bilər, qəlbin məndəykən?
-Edə bilməz. Mən düşündüm. Keçən onca ilimizə xətt çəkmək istəmirəm. Fərrinlə danışacam.
-Doğru deyirsən?
-Hə, səni silə bilməmişəm Aysun. Bəlkə də o örtmək istədiyim yaralara məlhəm oldu, amma o yara sağalmadı. Anlayırsan? Axı niyə atıb getdin məni?
-Nə edəcəyimi bilməmişdim Mətin. Doğurdan bilməmişdim. Uzun müddət düşündüm, səni, məni, bizi...
-Səni sevirəm.

Aysun Mətini qucaqladı, Mətin də onu. Geriyə qalan nə idi bəs? Fərrin və xəyal qırıqlığı. Budur artıq Fərrin onların yanındadır. Mətin Aysundan aralandı və Fərrinə baxdı. Fərrin döndü, getdi. Mətin çağırdı,

"Fərrin"deyə. Bir daha çağırdı və yenə çağırdı. Fərrin sonda döndü elə baxdı ki,sanki qəlbində yüzlərlə ümid öldürmüş, gözlərində qandan mürəkkəb ilə yazılmış şeirləri yandırmış, üz cizgilərində onlarca xatirəni basdırmışdı...
Mətinin nitqi tutuldu, Fərrin isə qaçar addımlarla parkdan çıxdı. Heçnə fikirləşmirdi. Sadəcə onca zamanına yazığı gəldi. Qəlbindəki ağrı isə, sözlərlə göstərilə bilməzdi.

Mətin Fərrinə çatıb qolundan tutdu. Fərrin ona baxdı. Mətin,

"Fərrin hər şeyi açıqlayacam. Xahiş dinlə məni" dedi. Fərrin qolunu Mətinin əlindən çəkib "sus" dedi. Mətin susub ona baxdı, o isə bu suskunluğu təkrar pozub,

"Bilirsən? Sən məni sevməsəydin də, mən səni sona qədər sevərdim. Lakin sevməyəcəm. Bilirsən niyə? Sən mənim ümidlərimi öldürdün.
Sevmirdinsə niyə elə baxırdın, hə? Niyə canımı yandırırsan? Niyə sevirəm deyirdin? Niyə, hə, niyə?"dedi və yerə çökdü. Mətin göz yaşlarını saxlaya bilmədi, qaldırmağa çalışdı Fərrini.

"Rədd ol burdan. Çıx, get"deyə qışqırdı Fərrin. Mətin getmədi. "Fərrin"dedi. Fərrin üzünə belə baxmadı. İtələdi onu, "Eşitmirsən? Get."deyə qışqırdı yenə. Mətin dayana bilmədi. Qalxdı ayağa, gözyaşları dayanmaq bilməzkən  addımlamağa başladı. Fərrin başını aşağı əydi, əli ilə yeri yumruqladı, ağladı. Sonra ayağa qalxdı və Mətinin ardınca pıçıldadı.

"Mən onu sevirəm, çox sevirəm"

Mətin bunu eşitmədi, amma dözə bilməyib arxaya döndü. Qaçdı Fərrini qolları arasına aldı, bərk-bərk qucaqladı. Fərrinin günahı onu belə sevməsi idi?

"Bilirsən? Mənə bir dəfə belə dilinlə sevdiyini deməmisən. Deməli, sevməmisən. Niyə qucaqlamısan indi məni? Nə mənası var Mətin?"

"Fərrin elə demə nolar. Bağışla məni, üzr istəyirəm. Mən səni incitmək istəmirdim, doğurdan istəmirdim"dedi Fərrinə. Fərrin uzaqlaşdı ondan.

"Mətin, get sevdiyinin yanına. Məni isə elə sil ki, beynindən sanki heç olmamışam. Birdə mənə elə baxma, aldatma. Heç qarşılaşma mənimlə. İlklərimiz belə olacaqmış. Get, Mətin get. Qalsan heç olmadığı qədər nifrət edəcəm sənə."

"Fərrin, bağışlayacaqsan məni?"

"Get"dedi titrək səsiylə Fərrin. Mətin getdi.

"Sevdiyim adamın sevdiyi xanım. Sevdiyim adama yaxşı bax, olar?"

Sən məni bilirsən, unudan deyiləm.
Çünki sənsizliyin ağrılarını çəkib , gəlmişəm.
Papatyaları çox sevirdin unutmaram heç vaxt,
Ona görə sol yanımda, bəyaz güllər əkib gəlmişəm..

Əllərimdə papatyalar solmadan, gəl...

🌙

"Çox sevirəm"

Dualarımda sənWhere stories live. Discover now