Geri gəl..☹️

20 2 1
                                    

Yalnızlıqdan, yoxuş aşağı...

🌙

Mətin onlar məkandan çıxarkən, sevdiyinə baxdı. Düşündü, onun yanında ola bilərdi bir zamanlar. Bu isə mümkünsüz olmuşdu artıq. Gözyaşları qarışdı yağışa, üzünü çevirdi getdi əks tərəfə. Bilirdi ki, hər şeyi korlayan onun səhvi idi, amma onunda bir yanı ağrıyırdı. Söküb ata bilmirdi Fərrini ordan. Unutmaq istəyirdi və sanki, hər olanları düşündükdə dəli olurdu. Hər dəfə daha da yanırdı canı. Bəs o buna layiq idi?

Nə istədiyini bilməyən, qəlbi qırıq bir adam, amma özünə o qədər əsəbləşirdi ki...

Dalğalar dənizi tərk etməyəcəkdi axı, etməyəcəkdi bunu dənizə..
Bəs bu dəfə qarşısını nə kəsirdi onun? Neçə dəfə xəyal etmişdi, olanların yuxu olmasını...

Uzandı yolun ortasına-yağışın altına. Fərid gəldi, qaldırdı onu. Qucaqladı bərk-bərk, qaldırdı ayağa. Mətin tutdu başını qışqırdı. Fərid sakitləşdirməyə çalışdı, amma Mətinin bu halına dayana bilməyib damlatdı gözündən bir damla yaş.

-Mətin elə eləmə
-Fərrin Fərid, onu gətir mənə. Fərid, Fərrini istəyirəm.
-Qardaş sakit ol.
-Fərrin..

Yenə qışqırdı sevdiyinin adını dəfələrlə.

"Ölənə qədər sevəcəm səni!"

Ağlamaq işə yaramır anlamalıydı artıq Mətin. Nə Fərrin gəlirdi, nə də səhvini bağışlayırdı...
Son bir dəfə sarılsaydı sevdiyinə,son dəfə tutsaydı əlini...
İmkansız saydığını istəyirdi. O heç vaxt anlamazdı oysa ki Fərrinin qədrini. Bəlkə də belə olmalıydı. Bəlkə də qırdığın qəlbə möhtac olmadan ölməməliydin.
Bu böyüklüyündə şəhər dar gəlirdi sevənlərə. Hər küçəsi bir xatirəyə açılırdı,çünki...
Sevdiyin qədər sevil...
İndi sevə bilməzdi bəs Fərrin onu?
Dona qaldı Mətin. Qarşısında gördü Fərrinin susqun halını. Eləcə baxdı Fərrin. Fərid çağırmışdı yəqin deyə düşündü. Hardan bilə bilərdi xəyal gördüyünü. Hardan anlayardı axı? Artıq sonu qoyulmalıydı bu söhbətin.
-Fərrin,dedi Mətin. Fərrinsə danışmadı heç,sanki çox mənasız gəlirdi ona Mətinin bu davranışları. Baxa-baxa qaldı Mətin. Daha sonra isə Fərrinin xəyalı itdi gözünün önündən...

Fərrinin onu tamamiylə sildiyini anlamışdı sanki. İndi isə onu unutmaq yerinə necə geri qaytarsın deyə düşünürdü. Fəridi orda qoyub getdi Fərrinin evinin önünə.
Gün keçdikcə daha da bezirdi Mətin. Hər gecə gedib otururdu Fərrinin pəncərəsinə açılan küçədə, hər gecə yandırırdı siqareti, hər gecə qırılırdı dəfələrlə qəlbi.
Bəs belə olacağını bilmirdi? Geri dönməyəcəyini bilə-bilə, onu arxada qoyan o deyilmiydi? O idi...

Anidən gözlərini çəkmədən baxdığı pəncərədə görsəndi Fərrin. Dərindən ah çəkdi.

Mətinin dilindən

Canım yanır, amma onu itirə bilmərəm. Başqasının deyil, mənim yanımdı onun yeri. Nə olsun atıb getmişəm onu? Mənimdə haqqlı səbəblərim var idi axı.
Telefonu açıb Fərrinə zəng etdim. "Sən gəlməz oldun" dinlə dedikdən sonrs telefonu üzümə qapadı. 10 dəqiqə sonra telefonu götürənə qədər dəfələrlə zəng etdim.
-Nə var?
-Geri gəl.
-Xəstəsən sən?
-Darıxmışam,bağışla məni. Səni görəndə dayana bilmirəm.
-Bilirsən nə var, gərək heç vaxt səni sevməzdim! Bu ilk deyildi Mətin. Sevdiyinin yanına göndərdim səni,çünki mən sənin kimi alçaq deyiləm bildin? İndi isə get, rədd ol həyatımdan.
-Səni sevirəm mən, necə gedim?
-Sən sevmirsən, əlində olmayanların arxasınca qaçırsan!
Telefonu üzümə söndürdü. Bu belə olmayacaqdı. O başqasının olmayacaqdı. Nolar məni sev,nolar..

🌙

"O hekayə,o qaranlıq yol..."

Dualarımda sənWhere stories live. Discover now