Bu ağrı nədir Allahım?...💔

52 7 17
                                    

Qədir qiymət bilin. Çünki bir gün hər şey dəyişə bilər...

🌙

Qəmli bir söz yazıram. Qəmli olanlar oxusun...

Fərrin ya gözlərini yumacaqdı həyata, ya da davam edəcəkdi həyatı. Bu sual altında idi...

Taqətini saxlaya bilməyən Mətin yerə çökdü. Xəstəxananın divarları dönməyə başladı bir an. Gözlərinin önündən keçdi olan-bitənlər. Yumruğunu sərt döşəməyə vurdu. Canının ağrısı vecinə də deyildi, çünki Fərrinin ruhu can çəkişirdi içəridə. Dualarını əksiltmədi dilindən, qəlbindən.

"Allahım sən özün qoru. Allahım nə olar qoru"dedi Mətin. Başını qollarının arasına aldı.

"Niyə bitmədi axı bu əməlliyyat?"dedi öz-özünə. Tam o anda telefonu çaldı.

"Bir sən əskik idin Allahın bəlası"dedi və görüntülü zəngi açdı.

"Nə var?"

"Gəlmirsən sən? Hanı yoldaydın"

Mətin "Gəlmirəm"deyə qışqırdı. Bütün xəstəxananın divarlarında səsləndi səsi.

"Qışqırma. Necə yəni gəlmirəm? Söz vermişdin"

"Səndən önəmli dərdim var burda" dedi yüksək səslə.

"Nəymiş o dərd? Həm üstündəki köynəyin halı nədir?"

Başını köynəyinə doğru əydi Mətin. Bəyaz köynək artıq bəyaz deyildi. Əllərinə baxdı sonra. Axı qan olduğunun fərqinə necə varmamışdı? Az öncə qışqıran Mətinin səsi soyudu sanki.

"Fərrin" dedi pıçıldayaraq.

"Nə?"

"Mətin nolub?"deyə ard-arda soruşan qarşıdaki səsi eşitmədi belə. Zəngi söndürdü, telefonu səssizə aldı. Sonra isə başını soyuq divara söykətdi.
Aradan 2 saat keçməsinə baxmayaraq Fərrindən heç bir xəbər yox idi.

Bu ağrı nədir Allahım? Nə olar yaxşı olsun Rəbbim. Nə olar qoru onu. Günahımdan keç Allahım. Mənəm günahkar bilirəm. Maşını o qədər sürətli sürməməli idim. Allahım nə olar qoru onu. Rəbbim nə olar. Allahım nə olar Fərrin oyansın. Rəbbim nə olar oyansın...

Amin...

İçində dualar edərkən tək ümidini Allaha bağlamışdı həmişə olduğu kimi. Bu sırada bir həkim köməkçisi yaxınlaşdı ona. Döşəmədən ayağa qalxdı.

"Siz hansı xəstə ilə gəlmisiz?"

"Fərrin"

"Fərrin?"

"Maşın qəzasında yaralanan qız"

"Aşağı gəlib imza atmalısız. 18 yaşınız tamamdı?"

"18 yaşımı çoxdan keçmişəm"dedim. Aşağıya düşdük və imzalamalı olduğum kağızları imzaladım. Sonra yuxarı qalxdım. Əməliyyatxananın önündə gözləyən həkimi görməyimlə addımlarımı sürətləndirdim.

"Həkim?"

"Həkim bir söz deyin" deyərək həkimin üzünə baxdım.

"Xəstəni itirdik" deyən həkimə ifadəsizcə baxdım. Dünya hərəkət etməyi saxladı mənim üçün o an...

"Necə yəni itir..itirdik?" deyə soruşdum çarə axtararcasına.

"Əməliyyata gücü çatmadı"dedi həkim qəmgin baxışı ilə.

"Necə yəni çatmadı? Həkim necə yəni çatmadı? Həkim ola bilməz. Həkim nə olar yalan dediyinizi deyin." dedim qarşımda çarəsizcə dayanmış həkimə. Yumruğumu divara vurdum. Başqa heç nə əlimdən gəlmirdi ,çünki.

"Allahım"

"Rəbbim bu doğru deyil elə deyilmi? Rəbbim nə olar..."

Dayanmadan yumruqlarını divara vurmağa başladı Mətin. Həkim onu dayandırdı.

"Sakit ol. Üzümə bax oğlum"dedi həkim. Sanki onu sakitləşdirməyə çalışırdı.

"Sən xəstənin yaxınısan oğlum?"deyə soruşdu.

Gözündən yaş axan Mətin başını aşağı saldı.

"Bilmirəm." dedi. "Doğurdan axı mən onun üçün kiməm?"deyə fikirləşdi özü-özünə.

"Mən sadəcə axmağın təkiyəm. Böyük bir axmaq həm də."dedi.

"Bax oğlum ölənlə-ölünməz deyə bir söz var. O getdi, amma sən yaşayırsan. Keçib gedəcək"

"Həkim sizcə mən vicdan əzabından yaşaya biləcəm?"dedi. Haqlıydı...
Həkim susdu. Nəyin vicdan əzabı olduğunu isə anlamadı. Bir anda Mətinin gözləri əməliyyatxananın önündə dayanmış, gülümsəyərək ona baxan qızı gördü. Fərrin...

"Fərrin"dedi dili. "Fərrin" dedi qəlbi. Əlini uzatdı. İki damcı ondan icazəsizcə gözlərindən süzülərkən üzü gülümsədi birdən.

"O getməz demişdim. Allah onu qoruyar demişdim. O yaşayır. O buradadı."dedi özü-özünə. Həkimdən uzaqlaşıb Fərrinə doğru addımladı. Tam onunla üzbəüz dayanmışkən Fərrin gözlərinin önündən itdi. Həkim əməliyyatxananın qapısı ilə üzbəüz dayanan bu yad oğlana baxa qalmışdı.

Bu yad oğlan isə Fərrini deyil, ya ruhunu, ya da xəyalını görmüşdü...

🌙

"Həkim sizcə mən vicdan əzabından yaşaya biləcəm?"

Dualarımda sənDär berättelser lever. Upptäck nu