Saxtakar..🎭

25 3 2
                                    

Kim desə ki, sevgi yoxdur inanma. Əgər sevgi yoxdursa məni bu hala salan nədir?

🌙

Fərrinin dilindən

Dinməz söyləməz eləcə çarpayıma uzanıb tavanı izləməyə başladım. Yağış hələ də dayanmamışdı, havasa xeyli qaralmışdı. Anidən telefonuma zəng gəldi.
Nömrə tanış gəlirdi, amma kimin ola biləcəyini təxmin eləmədən telefonu açdım.

-Alo?
-Fərrin
-Sən?
-Tanımadım demə,Fərrin.
-Sən nə cəsarətlə mənə zəng vurursan Mətin? Hansı üzlə?
-Heç xətrim yoxdu? Bu qədər nifrət edirsən mənə?
-Heç təxmin etmədiyin qədər.
-Bayırdayam. Yağışın altında dayanmışam. Bayıra bax xahiş edirəm.
-Yağışın altında dayanmağın qəti vecimə deyil. Nə haqla gəlmisən?
-Səni istəyirəm.
-Onu Aysuna dönmədən öncə fikirləşəcəkdin, məndən istifadə etməmişdən öncə.
-Üzr istəyirəm.
-Hər şey üzrlə düzəlmir.
-Fərrin, bu dəfə bağışla. Xahiş edirəm. Mən bu əzabla yaşaya bilmərəm. Yanımda istəyirəm səni, onun yanında yox. Axı dalğalar dənizi tərk eləməzdi. Bunu ki, sən özün demişdin.

-Araya xəyanət girməsə, dəniz dalğaları aldatmasa da demişdim xatırlayırsansa. İndi isə qal dalğasız ki, sən dalğaya başqa dənizdə xoşbəxtlik arzulamışdın, o dalğa da artıq başqa dənizə yar olar..

-"Sən gəlməz oldun" dinlə.

-Utanmaz utanmaz mahnı dinlə deyirsən?

Son sözümdən sonra telefonu üzünə söndürdüm. Pərdəni çəkib otağın işığını söndürdüm. Qıram istəmirdim onu həyatıma. Onun həyatımda olması təkcə onun mənə xəyanəti deyil, özümün özümə xəyanətim olardı.

Mətinin nə hiss etdiyi məni marağlandırmırdı. Sadəcə özümə niyə onu sevərək həyatımı xərclədiyim sualını verirdim. İlk sevgim idi, ilk düşüncəsizliyim..

Onu beynimdən bir qırağa atdım. İndi isə ağlıma xatirələr gəlirdi. Bunun nə səbəbini, nə də nə vaxtdan belə olduğunu bilmirdim. Sadəcə heç vaxt belə olacağını düşünməzdim. Yəqin ona görə silinmir beynimdən. Yenidən sevməyə qorxuram, yenidən kiməsə inanmağa, kiməsə dəyər verməyə qorxuram. Çoxsağol Mətin məni belə duyğusuz buraxdığın üçün. Məni aldatdığını öyrəndiyim gün o qədər canım yanmışdı ki, kəlimələrlə başa sala bilmərəm, amma bunu bilirəm ki, mənə sadəcə bir həftə təsir etmişdi sənsizlik. Sonrası isə sadəcə nifrətdən ibarət idi.

Bəzən özüm-özümə sənin elə biri olduğunu bildiyimi xatırladıram. Bunu bilməyimə rəğmən yenə sevmişdim səni. Məni unutmayacağını, məni aldatmayacağını sanmışdım. Bəlkə də sənin üçün fərqli olacağımı, gözündə digər aldatdığın qız kimi olmayacağımı sanmışdım. Çox saf olmuşam. Aysunu unutmaq üçün daha neçə qızın qəlbini qırmışdın görəsən?

Səninlə mənim aramdakı fərq də bu idi. Mən səni sevərkən sən məni sevməsən də səndən başqa heç kimə ümid verməmişdim. Heç kimi aldatmamışdım, yalandan sevirəm deməmişdim, heç kimi ümidləndirməmişdim, amma sən bunların hamısını eləmişdin. Mən bunu bilə-bilə aldanmışdım sənə. Amma doğurdan da təqdirə layiqsən, hər adam bu cür ikiüzlülüyü,saxtakarlığı bacarmaz.

Lakin, dözmədi ürəyim. Getdim götürdüm qulaqcığı,saldım o mahnını və sərbəst buraxdım gözyaşlarımı. Onun üçün...

🌙

"Təqdirə layiqsən"

Dualarımda sənWhere stories live. Discover now