Təsadüf..✨

28 5 1
                                    

Təsadüf deyə adlandırdığımız şey, taleyin bizə anlatmağa çalışdığı bir oyundu.

🌙

Fərrinin diilindən

Həyatda nəyin nə vaxt olacağını bilməzsən, qarşına kimi çıxacağını da.

Çox keçmişdi Mətinin canımı yandırıb, başqasını sevməsindən. Aldatmaq sayılmır bu? Sevirmiş kimi davranmaq,amma ağlındakı insanı unuda bilməmək. Düşünürəm ki, Mətini onca hadisələrdən sonra bağışlamağım belə doğru deyildi, oysa ki mən onun böyük səhvlərinə belə göz yumurdum. Bəlkə indi də bağışlayardım,amma artıq o səhvi etməyəcəm, çünki dəyişən bir şey var. Onda onu sevirdim,artıq sevmirəm.

İdmandan çox yorulmuşdum, amma hələ də qaçış lentinin üzərindəyəm. Niyə deyə soruşsaz səbəbi qəribədir. Sanki beynimdəki fikirləri hər qaçışımda kənara atıram.

Telefonumdan gələn səslə bütün düşüncələrim darmadağın oldu. Lenti dayandırıb üzərindən düşdüm. İnstagramdan mesaj gəlmişdi. Yusifin adı idi,amma cavab vermədim. Daha sonra telefonu çantaya qoydum. Artıq bu qədər idman bəs edər deyə düşünüb əşyalarımı yığdım və zaldan çıxdım.
Yemək üçün bir kafedə oturdum. Sifarişi verdikdən sonra kafeyə daxil olan biri diqqətimi çəkdi.

Hər halda bu təsadüf deyildi? Yoxsa təsadüfdür?

Başımı aşağı saldım və Yusifi görməmiş kimi davrandım. O hadisədən sonra ona qarşı özümü çəkingən aparırdım. Öyrəşməmişdim yaxşı tanımadığım insanlarla ünsiyyət qurmağa.

Biraz keçdikdən sonra hesabı ödəyib Yusifə baxmadan məkandan çıxdım. Elə evə yenicə çatmışdım ki, telefonuma mesaj gəldiyini gördüm,amma bu səfər nömrədən idi. Nömrəmi hardan tapmışdı?

-Salam. Necəsən? Yusifdi. Deyəsən bu gün gördüm səni.
-Səmada təsadüf olmur:)

Necə gözəl söz idi..
Səmada təsadüf olmur. Bəs bu sözündə nə demək istəyirdi? Bilərək gəlmişdi?

Özümə əsəbləşib hər şeyə doğurdan çox fikir verdiyimi düşündüm. Yəqinki hardasa görüb elə bir söz, eləbelə yazıb. Ola bilməz?

İçimdən bir səs 'özünü çox gözəl aldadırsan' deyərkən onu susdurdum.

Daha sonra bütün günü o söz məni yeyib bitirdi. 'Adi bir sözü niyə bu qədər düşündün?' deyə özümə sual verdiyim sırada otağımı səliqəyə salırdım. Yatağımın altından iki qutu çıxararkən, üzüm düşdü.

'Bu düşündüyüm qutu olmasın xahiş edirəm" dedim. Qutunun birini açarkən içinə bir neçə kitab qoyduğumu gördüm. Əlim titrəyərək digər qutuya gedərkən,gözlərimi yumdum. Qutunu açdığımda qarşılaşdığım şey böyük bir xəyal qırıqlığı idi. Qutunun içindən düşündüyüm şeylər çıxmışdı.

Mətinin mənə aldığı ilk və tək kitab, içinə yazıb qoyduğu vərəq, bacısının mənə verdiyi balıqqulağı, gülün içərisinə qoyduğu məktub zərfinə qədər qısaca-hər şey..

Qutunu bir göz qırpımında yerə çırpdım.

"İstəmirəm! Sənə aid olan, içində sənin xatirən olan heçnəyi istəmirəm!"

Vərəqi götürüb paramparça etdim,kitabın vərəqlərini cırdım, verdiyi hər şeyi beləcə məhv etməyə davam etdim. Hər birinə zərər yetirdikcə sanki içimdəki kin soyuyurdu. Təkrardan bütün sınmış, qırışılmış, öz vəziyyətindən əsər əlamət qalmamış xatirələri qutunun içərinə boşaltdım. Daha sonra isə zibil qutusuna..

Artıq o xatirələrin layiq olduğu yer ora idi. Bununsa qəhramanı Mətin.

Onu sevmirəm və birdə həyatım boyunca onun adını anıb, ona dəyər verməyəcəm..
Çünki o qonaq uşağı kimi kənardan sakit görünməsinə baxmayaraq, gəldi, dağıtdı, getdi. Geriyə isə mənə yığmalı olduğum dağınıq bir otaq saxladı ki, mən də onu yığdım..

Artıq həyatımda ona yer yox idi və artıq bilirəm ki, o mənə sadəcə bir sınaq idi.

🌙

"Səmada təsadüf olmur."

Dualarımda sənWhere stories live. Discover now