Bölüm 19

68 8 55
                                    

Xalam köks ötürüb kağızı əlinə aldı. Yenə gözlərini ovuşdurdu, əsnədi, sonra kağızı burnuna tutub qoxladı.

- Bu...Mənim balam, dözümlülüyün, əzmin müqavimətin, gücün və sədaqətin rəmzidir. - Sözünü bitirən kimi çənəsini qaldırıb düz gözlərimin içinə baxdı. - Hər ölkədə bunun namı başqadır, amma bizim tərəflərdə buna qanqal çiçəyi deyərlər...

***


Günortadan sonra xalamla həyətə düşüb həm sərin hava almaq üçün, həm də yüngülvari uşaq vaxtı elədiyim yaramazlıqlardan dəm vurmaqdan ötəri küçə aşağı gəzməyə çıxmışdıq. Xalam tez üşüyən idi. Çiyninə həmişəki kimi uzun illərdir əziz-giramı kimi saxladığı allı-güllü şalını atmışdı. Elə qəşəng isidirdi ki adamı... Mən balaca olanda da xalam həmişə məni belə gəzməyə çıxarar, öz çiyninə atdığı şalını axşamtərəfi soyuq düşdüyündən çıxarıb mənim çiynimə atardı. İndi mən də həmin vaxtı gözləməkdi idim. Bir yandan da xalamın üzünə yayılmış şirin təbəssümü izləyir, gün batana yaxın bütün göy üzünü alan həmin narıncı, çəhrayı çalarlarının əksini üzündə axtarırdım. Gözləri həmişə canlı, alov kimi parıldayan bu qadının şəfqəti xasiyyəti kimi ipisti idi. Sol tərəfimdə durub əlini qoluma keçirmiş, məğrur-məğrur addımlayırdı.

- Xalacan.

- Aycan, quzum. - cavab verdi melodik səsiylə.

- Sənin oğlun həmişə belə evdən çıxıb gedir, xəbər-ətər vermədən?

Xalam gülümsündü.

- Nədir, yoxsa darıxmısan?

- Yox əşi... Fikirləşirdim ki, kaş mən də onun kimi ola biləydim.

- Necə məgər?

- Yəni də... İstədiyim yerə, istədiyim vaxt gedə bilməyi, istədiyimi yeməyi, istədiyim vaxt yatmağı, durmağı... Belə-belə şeylər.

- Başına dönərəm, elə deyilmi bəs?

- Nə danışırsan, ay xala? Bilmirsən atamın xasiyyətini? Dağ yarılsın, onun o diktator xasiyyətinə tərs düşə bilmərəm. Səsimi çıxarmamış qapının ağzında tapıram özümü, Quran haqqı.

Xalam yenə güldü.

- Nəyə gülürsən?

- Vaxt gələcək, Ulduzum, bunların hamısı sənə şirin xatirə kimi təsir bağışlayacaq. O ki var güləcəksən. Bax elə bu dediklərinə də...

Ayaq saxlayıb xalamın qolundan sıyrılıb çıxdım.

- Heç elə şey olarmı? O kişi mənim bütün başımın ətini yeyib qurtarıb. Budur ey, əllərim əsir neçə vaxtdır əsəbdən. Sən buna yaşamaqmı deyirsən, Çiçək xala?

Xalam üzünü mənə çevirib uzun barmaqlarını yanaqlarımda gəzdirdi. Sualıma cavab tapmadım, amma xalamın məni qəfil möhkəm qucaqlamağı lap məyus elədi məni. Əlbət, xalam da bilirdi, ona hamıdan çox məlum idi mənim onlarla birlikdə nələr çəkdiyim. Gəl ki nə ovundura bilirdi, nə də çarə tapa bilirdi dərdimə.

Biz məhəllənin qurtaracağına kimi kəlmə kəsmədən sükut içində addımladıqca yanımızdan velosipedlə gülüşüb zarafatlaşan uşaqlar keçir, səkinin qırağında oturub tum çırtlayan, arada da yanındakının qulağına nəsə fısıldayan balaca qızların yoldan keçənləri tənqidlə süzməyinə baxıb xalama işarə eliyirdim. Binaların arasından sürətlə çıxıb yanımıza gələn ağ-qara pişik də canını onu bayaqdan küçə aşağı qovalayan uşaqdan qurtarmaq üçün yer axtarırdı. Bütün bunları izləmək mənə o qədər xoş təsir bağışlayırdı ki, ömrümün axrına kimi bu saniyələrə ilişib qalmaq istəyirdim. Xalamsa həmişəki kimi gülümsəyir, şalına bürünür və ətrafdakı hadisələri ən az mənim qədər hüzurla qarşılayırdı. Özlüyümdə kənddəkiylə şəhərdəki həyatı müqayisə edirdim. On yeddi ilin hansı saniyəsində mən həqiqətən yaşadığımın bu qədər fərqinə varmışdım? Saniyələrin ömrümdən sürətlə axıb getdiyini hiss eləmişdim? Bəs hanısa zamana geri qayıtmağı ürəkdən arzulamışdımmı? Mən yaşadığım bütün illərimi samballı zibil yeşiyi tapsaydım, uf demədən aparıb atardım.

Qanqal ÇiçəyiWhere stories live. Discover now