Salam, əziz Oxucu. Səni hər dəfə burada görmək təsəvvür edə bilməzsən məni nə qədər xoşbəxt edir. Sadəcə maraqlanmağın belə böyük qürurdur mənim üçün. Ümid edirəm ki, bura qədər gəlib çıxmağına dəyəcək və sən də bizim çoxdan yola çıxdığımız bu möcüzə, sirlər və həyəcan dolu macəramıza qatılaraq arzuladığın qədər əylənə biləcəksən. Bəlkə ucundan-qulağından nəsə götürdün, bəlkə bu macəra səni daha da həvəsləndirdi, bəlkə nələrisə xatırlayıb, əslində yaşadığın anın nə qədər əhəmiyyətli olduğunu, gələcəyin bünövrəsinin indiki gündən etibarən atıldığını anladın. Bəlkə çox keçmədən gözlərini sətirlərdən ayırıb xəyala daldın, kimlərisə xatırladın, gözlərində sevinc işıltıları parladı, ya da köks ötürüb oxumağa davam etdin. Mən sənin hansı yolu seçəcəyinə qətiyyən qarışa bilmərəm. Mən mayakam, sən dənizçi. Sahilə gəlib çıxacağın gün hansı yolla olursa olsun, mütləq gəlib çatacaq. Bizim üstümüzə düşən vəzifə isə yalnız həmin günü səbrsizliklə gözləməkdən ibarətdir. Hələlik, görüşənədək.
Sizin Zara.
· · ─────── ·𖥸· ─────── · ·
YOU ARE READING
Qanqal Çiçəyi
Teen FictionGənc Ədəbiyyatı/Slice of Life Həyatının ikinci ən vacib çağında qarşısına çıxan maneələri bir-bir aşan Ulduz, artıq divarın qurtaracağına gəlib çatmışdı. Məktəbli dövründə ailəsinin ona tətbiq etdiyi qadağalar, müəllim və şagird heyəti ilə arasında...