Bölüm 16

129 13 95
                                    

Axşamtərəfi xalam çay içməyə qonşuya gedəndə biz də Rəvanın planına əsasən Sahilə düşüb bir müddət gəzəcək, bütün dərs ilinin yükünü bir gündə üstümüzdən atacaqdıq. Mən mavi çantamdan şəhərə geyməlik paltar seçməyə getdim, amma çox tez qayıtdım. Mənə məlum oldu ki, şəhərə geyə biləcəyim babat paltarım da yoxmuş. Elə üstümdəkilərlə çıxdım çölə.

Yusif bizi avtobus dayanacağına, oradan da metroya apardı. "26 Bakı kommisarı" adlanan stansiyada düşüb, Malakan bağına tərəf yol almışdıq. Yusif həmişəki kimi susur və bacardığı qədər yadlaşır, Rəvan isə dil-dil ötüb bütün sahil boyunca bizi gəzdirmək planından danışırdı. Dediyinə görə, qaranlıq düşməmiş sevgilisi də bizə qoşulacaqdı.

Bağa çatanda kölgəlikdə skamyaların birində oturub yoldan aldığımız tumları çırtlamağa, uzun-uzun ağacların küləyin hüzurunda xışıldamağını, uzaqdan narıncı rəngə çalan səmanı izləyirdik. Sərin meh arada Yusifin tərləmiş boynuna dəyib onu üşüdürdü.

- Axşam tərəfi sahilə çıxarıq. Xəzərin havası dəysin sənə. - dedi boynunu dəsmalla silərkən.

- Bilirsənmi, ömrümdə bircə dəfə Xəzəri görmüşəm. - sınıq təbəssümüm Yusifin gözlərindən görünürdü.

- Nə olar, nə qədər ki buradasan, istəyəndə gəlib görərsən. Dünyanın axırı deyil ki? - Rəvan təmizlədiyi tumları ovcuma basdı.

- Hamıda sənin bəxtindən ola, Rəvan. - Yusif ovcumdakı tumlardan götürüb ağzına atdı.

- Aidəyə demişəm, bizi "26-lar"ın girişində gözləsin. Təxminən, bir saata gələr. Siz oturun, mən gedim, mağazaya dəyib gəlirəm. Yaxşı, Ulduz? Yusifə göz-qulaq olarsan. - gülə-gülə tumları məktəbli ətəyimin üstünə tullayıb getdi.

Yusifin gözləri yol çəkirdi. Əlində sındırdığı tumun qabığını barmaqlarının ucuyla bərk-bərk sıxır, bir yandan da o tayda sıra-sıra gedən balaca uşaqlara baxıb gülümsəyirdi. Bir müddət beləcə susduq. Onun küləyin nəvazişiylə ləpələnən saçlarını qürub edən günəşin bənövşəyi şüaları altında qaranlığın hökm sürdüyü ümmana oxşadırdım. Titrək, uzun kirpikləri arada az qala yanağına toxunurdu. Əynindəki köynəyi...

- Sən nə üçün hazırlaşmırsan imtahana, Ulduz?

Tutub saxladığım nəfəsim məndən biixtiyar asta-asta ciyərlərimi tərk elədi. Üşüyən qollarımı qoynumda çarpazlaşdırıb mən də onun elədiyi kimi; uzaqlarda nəsə axtarmağa başladım.

- Bilirsən, Yuska, sənə nə var ki? Mən qız uşağıyam.

- Bay, başıma xeyir! Ağəz, nə fərqi var?! Niyə əsəbiləşdirirsən məni?

- Dayan görüm bir. Sözümə axıra qədər qulaq as.

- Eşidirəm.

Sözümə başlamadan qabaq dərindən köks ötürdüm. Mənim ardınca da Yusif astadan nəfəsini dərdi.

(Yazıçının notu: Hey! Sən də nəfəs dərdin, bilirəm hehe)

- Ailəmizdə üç uşaq var. Məndən böyük qardaşım - Gəray, ondan da böyük bacım - Hüsniyyə və ən balacaları mən. Sən bir düşün, nə Gəray, nə də Hüsniyyə təhsil almayıblar. Bircə Gərayın gözmuncuğu səkkizinci sinif şəhadətnaməsi var, vəssalam. Nə atam, nə anam kitab üzü açmayıblar. Sən necə fikirləşə bilərsən ki, bu cür ailədə ali təhsilli qız olsun? Oğlan da yox ha! Qız!

- Başa düşmürəm axı, qadası. Qız olmusan, sonra?

- Eh, Yuska, Yuska. Şəhər uşağısan sən, nə qanarsan kəndçilərin ideologiyasından?!

Qanqal ÇiçəyiDove le storie prendono vita. Scoprilo ora