Bölüm 15

121 15 99
                                    

- Ay oğlum, gətirdin? Ay çox sağ ol! Ulduz, götür bunları apar mətbəxə, cəld. Əriməsinlər!

Qapını necə açmışdımsa, elə də yerimdə donub qalmışdım. Hələ də üzümə gülümsəyən oğlan dayanıb mənə baxır, xalamsa, sevincdən şoka düşmüşəm deyə narahat olmağa başlamışdı.

Əslində isə mənim qanımı donduran başqa şey idi. Xalam mənə və valideynlərimə oğlu barəsində külliyən yalan danışmışdı, oğlu nə xaricdə oxuyurdu, nə də o deyən kimi qeyri-adi uşaq idi. Bu, mənim tanıdığım həmin tərs uşaq, adi, sadə Rəvan idi. Doğrusu, nə sevindim, nə də kədərləndim. Beynimdə milyonlarla sual bir-birini qovalayırdı. Rəvan duruxduğumu görüb içəri keçdi, ayaqqabılarını soyunub çiynimə iki dəfə şappıldatdı.

- Gəl, əridi tort, apar mətbəxə.

- Rəvan?! Dayan görüm bir. - nəhayət, özümə gələ bilmişdim. Xalam əlimdən paketləri götürüb mətbəxə keçdi. Hər halda, bu mövzunu ilk öncə xalam oğlu ilə təkbətək müzakirə etməli idik.

- Filmlərdəki kimidi, hə Ulduz? Gözləmədiyin anda vurulduğun adam qardaşın çıxır ey, lap onlar kimi, ha - ha -ha! Boy, qapını niyə bağladın? - yüyürüb təzədən açdı. - Yusif, nə durmusan, gəl keç içəri!

Narahatlıqla üzümə baxan Yusif qaşlarını çatıb Rəvanı dodaqaltı məzəmmətlədi. Görünür, o da mənim qədər vəziyyətdən heç xoşlanmamışdı.

- Xala! Hara qaçdın? Bu nə işdir? Rəvan sən nə gəzirsən burda? Yusif? Bağa getmirdiniz?

- Çiçək xala evə çağırdı, biz də gəldik. - dedi Yusif üzünü Rəvana tutub qaşlarını çataraq.

- Əşi, hər gün getdiyin bağın söhbətini edəcəksən? İkinizə də nə olub? Məni görməyinə sevinəcəyini anam dəfələrlə dönə-dönə deyirdi. Nə oldu? Yoxsa, bəyənmirsən məni?

- Ayə! Zarafat edirsən? Sən indi Çiçək xalamın oğlusan? Sən...Sən mənim xalam oğlusan? Bu nə işdir gəlir başıma. Ay Yusif! - Heç olmaya, sən olaydın xalam oğlu. - Yusif bu məqamda qulaqlarını çəkdi. - Bu pəjmürdə məramla qohum olmaq niyə mənim bəxtimə yazılıb axı?

- Ağəz, minnətin olsun!

Gözlərimi qıyıb Rəvana baxdım. Hələ üstəlik mənimlə zarafat da eləyirdi. Kefi kök, damağı çağ, ona nə var ki?

- Yaxşı görək ey! O gün sən deyildin üstümə alman ovçarkası kimi bəyirən?

- İtlər bəyirmir, Ulduz.

- Kəs! Səninlə hələ sonra danışacağam, Brutus. Məndən xəbərsiz nələr qaynatmısınız. Hələ xalama bax. Heç eybi yoxdur!

- Sən danış nə qədər istəyirsən, mən alman ovçarkası kimi acam.

- Mən də antilop ovlayan pələng kimiyəm.

Gülüşüb, məni qəşəng ələ salandan sonra dırbız boyda oğlanlar zala keçib süfrə başına əyləşdilər. Mənim ağlımda dolaşan milyon suala cavab tapan ancaq xalam ola bilərdi. Bu avaralardan söz almaq təmbəlçəni koala ilə döyüşdürməyə oxşayırdı. Dayan ey, koala hara, təmbəlçə hara?...

***

- Hə, qızım. Oğlumu görürsən, boyuna qurban olum onun. Səninlə eyni məktəbdə oxusun deyə üç il əvvəl qərara gəlmişdim. Sizin qəsəbədə kiçik bir həyət evimiz var, bu müddət ərzində ikimiz də, ana-oğul orada yaşadıq. Həm də mənim bəzi xırda işlərim vardı, yaxşı yerinə düşmüşdü. Düzdür, Rəvan səndən iki yaş böyükdür, ona da özü razı oldu. Səni ona tapşıranda çox sevinmişdi. Hə, oğlum? Arada səsin çıxsın. Yoxsa elə bilirəm, Ulduz bu saat üstümə tullanacaq.

Qanqal ÇiçəyiWhere stories live. Discover now