Qırmızı (Tamamlandı)

By _Nargiza_

17.3K 2.5K 286

Həyatmı? Nəfəs alarkən yaşamağı unutduğum andanmı bəhs edirsən, yoxsa yaşayıb da nəfəs ala bilmədiyim? Öz m... More

QIRMIZI
1 hissə
2 hissə
3 hissə
5 hissə
6 hissə
7 hissə
8 hissə
9 hissə
10 hissə
Qısa fraqment
11 hissə
12 hissə
13 hissə
14 hissə
15 hissə
16 hissə
17 hissə
18 hissə
19 hissə
20 hissə
21 hissə
22 hissə
23 hissə
24 hissə
25 hissə
26 hissə
27 hissə
28 hissə
29 hissə
30 hissə
Finaldan fraqment
Son
Yeni Hekayə !!!
Sürpriz!

4 hissə

480 72 1
By _Nargiza_


"Təəssüf, bu dəfə salfetim yoxdu. Burnunun suyunu qoluna silməli olacaqsan". Esitdiklərimlə sanki ayaqlarım yerə yapışdı. Bir dəqiqə, bu səsin sahibini tanımışdım...Başımı hirslə qaldırıb acı dolu gözlərimi ona dikdim. Necə bu qədər qəddar ola bilər axı?! Görmürdümü halımı? O gözəlim qara gözlər bu qədərmi kor idi?! Gözlərimi ondan ayırmadan bir addım geri atıb qollarından çıxdım. Bir an sanki buz baxışları yumuşamış kimi oldu. Çox qısa bir an...Hər iki əlimi geniş çiyinlərinə yerləşdirib var gücümlə itələdim. İri cüssəsi yerindən tərpənmədi belə.

"Çəkil!" - güclə tapdığım səsimlə dilləndim. Məni eşitməmiş kimi zülmət baxışlarını üzümdən çəkmədi. Zəhrimara qalasan! Getdikcə əsəblərim daha da gərilirdi.

"Çəkil dedim, eşitmirsən?!" - bu dəfə səsimi daha da yüksəltdim. Çənəsi gərildi. Sərt tərzdə biləyimdən tutub məni özünə çəkdi.

"Özünü ələ al, məni dəli etmə, Qırmızı!" - sıxdığı dişlərinin arasından mırıldandı. Sinəsi tez-tez enib qalxırdı. Mənə belə davranmağına icazə verməməliydim. Əlimi gözlərimə götürüb durmaq bilməyən yaşları hirslə sildim.

"Burax qolumu" - boşda qalan əlimi çiyninə qoyub özümü ondan ayırmaq istədim. Ancaq bütün çırpınışlarım boşaydı. O qədər güclü idi ki...Biləyimi daha da bərk sıxmağıyla üzümü turşutdum. İncidirdi.

"Sakit ol" - insanı ürküdəcək sakitliklə dilləndi.

Artıq gücüm qalmamışdı. Dodaqlarım arasından hıçqırığın qaçmasına əngəl ola bilmədim. Hər şey üst-üstə gəlirdi. Hönkürmək istəyimi artıq basdıra bilmirdim. Buna dözmək o qədər çətin idi ki...Arxaya dönüb getmək istəyərkən birdən özümü onun qolları arasında tapdım. Güclü qolları bir sarmaşıq kimi belimi sardı. Bu qoxu...Bu istilik...Sanki ayaqlarım yerə yapışdı. Həyatımda məni güclü qolları ilə saran adam olmamışdı ki heç. Gözlərimi qapadım. Bu qollar, gücsüz bədənimə sanki məlhəm olmuşdu. Məndən icazəsiz gözlərimdən süzülən yaşlar bəyaz köynəyini isladırdı. Qeyri-ixtiyari dodaqlarımdan hıçqırıq qopdu. Əlinin birini başıma yerləşdirib sığal çəkərkən, digərini belimə sıx şəkildə sardı.

"Şşştt...Sakit" - qayğı dolu səslə dilləndi. Bu hiss...Sanki yer ayaqlarımın altından çəkildi. Bu qədər yaxınlıq...Yox! yox! Bu düzgün deyildi. Əllərimi çiyinlərinə qoyub ondan ayrılmaq istəyirdim ki belimdəki əlləri sərtləşdi.

"Sakit dur" - bu dəfə səsində qəzəb hiss olunurdu.

"Getməliyəm" - səsim fısıltıdan fərqsiz çıxmışdı. Əllərini belimdən ayırmadan məni biraz özündən uzaqlaşdırdı. Qara gözlərini mavi gözlərimə sabitlədi. Bir söz demədən biləyimdən tutdu və liftə doğru çəkişdirməyə başladı.

"Dayan" - sözümə əhəmiyyət vermədən liftə daxil oldu və məni də yanına çəkdi. Biləyimi hələdə buraxmamışdı. Yanaşı dayanmış, dinmirdik. Gözlərini qarşıya dikmiş, sanki mən yoxmuşam kimi davranırdı. Əvvəlcə liftin xəbərdarlıq səsi eşidildi sonra qapılar açıldı. Liftdən çıxan kimi iti addımlarla çıxışa doğru addımlamağa başlamışdı və məni də arxasınca çəkişdirirdi. Sanki dodaqlarım bir-birinə kilitlənmişdi. Ona qarşı gələ bilmirdim. Gəlmirdim...

"Ayaz bəy" - qısa boy, baxımlı bir xanım əlində sənədlə bizə yaxınlaşdı.

"Sonra" - dedi özünə məxsus sərt səsi ilə və dayanmadan davam etdi. Ayaz? Adı Ayazmıydı? Necə də yaraşır...Çölə çıxmağımızla ayaq saxladım. Nə qədər belə davam edəcəkdik? Dayandığım üçün o da ayaq saxlamaq məcburiyyətində qaldı və biləyimi buraxmadan mənə doğru çevrildi.

"Ayaz" - adı dilimdən qeyri-ixtiyari töküldü. Elə xoş səslənirdi ki...

"Nə?" - O qara gözləri sual doluydu.

"Mən getməliyəm" - nənəm orda tək idi...

"Bəs biz nə edirik?" - bezginliklə nəfəsini buraxdı.

"Özüm gedə bilərəm" - titrəməyə başlayan dodaqlarımı bir-birinə basdırdım.

"Çox çərənləyirsən, Qırmızı" - səsi sərt idi. Yenidən qolumdan tutaraq məni
arxasınca çəkişdirməyə başladı. İstəmsizcə ayaqlarım onun arxasınca gedirdi. Qara rəngli lüks avtomobilə yaxınlaşmağımızla ayaq saxladı və qapını açdı.

"Əyləş" - dedi əmrvari tonda. Mənə nə haqla belə davranırdı?! Tərpənmədiyimi gorən kimi əlini qapıya yerləşdirdi.

"Əyləş!" - dedi qəzəblə. Qürurun vaxtı deyildi. Nənəmin yanında olmalı idim. Çox düşünməyərək açıq qapıdan içəri keçib əyləşdim. Qapını bağlayaraq maşının ətrafında döndü və sükan arxasında yerini aldı.

* * *

Saatlardı ki, nənəmi gətirdikləri otağın qarşısında divara söykənmiş, tərpənmədən gözləyirdim. Doğrusu, artıq hərəkət etməyə taqətim qalmamışdı. Divarın soyuqluğu bədənimlə təmas edərkən içimdə qəribə titrəmə yaradırdı. Elə məni ayaqüstə tutan da bu idi. Sanki ruhumu çıxarıb aparmış mənə bu ölü bədəni buraxmışdılar. Sanki bədənimin bir millimini hərəkət etdirsəm tükənəcəkmişəm kimi hiss edirdim. Bəlkə də artıq tükənmişdim...

"Buyur" - gözümü zillədiyim divardan çəkib əvvəlcə Ayaza sonra mənə uzatdığı əlinə çevirdim. Su gətirmişdi. Xəstəxanaya gəldiyimizdən bu yana məni yalnız buraxmamışdı. Yanımdan sadəcə gələn zəngləri cavablamaq üçün ayrılmışdı. Nə qəribədi...Mənimlə burada sadəcə adını bildiyim biri var idi. Bax bu qədər yalnız biriydim mən. Gəldiyimizdən bəri ilk dəfə gülümsədim və əlimi uzadıb suyu götürdüm.

"Çox sağol" - dedim minnətlə. Üzündə heç bir duyğu hiss olunmadı. Ayaz...Tam da adının adamıdı. Ayaz kimi soyuq...Ayaz kimi insanın içini titrədən...
Telefonuna gələn zənglə yenidən yanımdan ayrılıb uzaq olsa belə onu görə biləcəyim tərəfə keçdi. Kiminləsə dərin söhbətdə idi. Dayandığı yerdə irəli-geri gedir, arada qara saçlarını arxaya doğru itələyirdi. Bu vəziyyətdə...o qədər diqqət çəkici idi ki...Birdən başını qaldırmağı ilə göz-gözə gəldik. Bu da nədi belə? Ürəyim sanki ağzımda atmağa başladı. Əlim ayağım bir- birinə dolaşmış şəkildə cəld gözlərimi digər tərəfə çevirdim. Lənətə gələsən! Onu izlədiyimi gördü. Suyu başıma dikib bir dəfəyə bitirdim və dərin nəfəs alıb xəstəxananın dərman qoxan havasını ciyərlərimə çəkdim. İçəridən heç kimin çıxmamağı məni daha da gərirdi. Gözlərimi qapayıb başımı soyuq divara söykəyərək qollarımı qarşımda qovuşdurdum. Mənim günahım idi...

"Burada gözləməyin mənası yoxdu. Gəl biraz hava al" - eşitdiyim səslə gözlərimi açdım. Gəlmişdi.

"Niyə heç kim heçnə demir?" - bu çarəsiz səs mənə aid idi? Susdu. Nə deyəcəkdi ki...Göz yaşlarım yenə geri qayıtmışdı.

"Mənim günahımdı...Mənim..." - burnumu çəkdim - "Onu tək buraxmamalı idim! Onunla getməli idim. Lənətə gəlmiş iş ondan vacib deyildi!" - hıçqıraraq qışqırmağıma qarşı çənəmi tutdu. Üzümü onu görəcəyim şəkildə çevirdi.

"Özünü günahlandıraraq heçnə əldə etməyəssən. Nə zaman geri qayıdacaq, nə də nənən sağalacaq" - bu adam məni yaralamaqdan həzz alırdı?! O gözlərdə həzz alınmağın qırıntısı belə yox idi. Bəs onda niyə?!

"Burax məni!" - əlimi çənəmdəki əlinə yerləşdirib itələdim. Hərəkətimə qarşı gözlərində bir an çaşqınlıq yarandı, lakin cəld həminki zülmətinə büründü.

"Sənin mənim həyatım haqda nə qədər məlumatın var ki. Mənim haqqımda nə bilirsən?! Nənəmin xəstəliyi barədə nə bilirsən?! - sona doğru artıq qışqırmışdım. Dəhlizdən keçən bir-iki insan ayaq saxlamış bizə baxırdı.

"Səsinin tonunu aşağı sal!" - qıcadığı dişlərinin arasından qəzəblə mırıldandı. Gözlərindən qığılcım çıxacaqdı sanki.

"Sən də mənə necə davranacağımı demə! Heçnədən xəbərin yoxdu" - bir addım geri getdi. Dodağının kənarı cüzi şəkildə yana doğru qıvrıldı.

"Xəbərim yoxdu?" - bu mənasız sual da nə idi belə?! Nə deməyə çalışırdı?! Yoxsa...

"S-ən həkimlə...?" - baxışlarından cavabımı almışdım. Lənətə gələsən! Danışmışdı!

"Mənə niyə xəbər vermədin?! Mən burda saatlardı əzab çəkərkən. Nə haqqla?!" - səsimin yüksək çıxmasına mane ola bilmədim. Başımı itirəcəkdim. Hansı ara danışmışdı? Niyə deməmişdi? Gözlərim yumruq etdiyi əlinə sataşdı. Elə bir baxdı ki üzümə.

"Çünki həkimin deyəcəklərini artıq bilirdin. Sadəcə sənə bunu qəbul etməyə vaxt lazım idi" - susdum. Çarəsizliklə gözlərimi qapadım. Bir daha anlamışdım. Gerçəkləri inkar etmək mümkündü, ancaq yox etmək...imkansız. Qulaqlarıma dolan addım səsləri ilə getdiyini anladım.

* * *

Hava qaralmış, günəş işığını gecənin zülmətinə buraxmışdı. Quşların cıvıltısı ölüm səssizliyi ilə əvəz olunmuşdu. Gözlərimi pəncərədən görünən ağacdan çəkib yataqda səssizcə yatan nənəmə çevirdim. Solğun siması ayın işığı altında parıldayırdı. Oturduğum stulda narahatlıqla tərpənərək qollarımı qarnıma sıxdığım ayaqlarıma daha da sarıdım. Otağa sadəcə nənəmin yaşadığını göstərən alətin saniyədə bir vuran siqnal səsi hakim idi. Saatın neçə olduğu haqda heç bir fikrim yox idi. Bəlkə gecə idi. Bəlkə də artıq günəş doğacaqdı. Bilmirəm...Bildiyim tək şey Ayaz getdikdən bir neçə dəqiqə sonra həkimin gəldiyi və o zamandan bu stuldan tərpənmədiyimdi. Düzü, gələr deyə ümid edirdim ancaq gəlmədi. Kim gələrdi ki? O qədər köməyindən sonra təşəkkür eşitmək əvəzinə mənim tənqidlərimlə qarşılaşmışdı. Axmaq idim! Bu hərəkətimin başqa səbəbi ola bilməzdi. Qapının açılmağı ilə dəhlizin işığı otağı aydınlatdı. Ardınca isə otağın gözçıxaran işıqları yandı. Cəld əllərimi gözlərimə götürüb ovuşdurdum. İşıq gözümü qamaşdırmışdı.

"Üzr istəyirəm, Suay xanım, sizi görmədim" - deyə qara saçlı, təxmini mənim yaşlarımda olduğunu düşündüyüm tibb bacısı üzrxahlıq edib yatağa doğru irəlilədi. Əvvəlcə şlanqdan axan suya diqqət yetirdi, sonra əlindəki şprisi sistem torbasına keçirib içindəki maddəni buraxdı.

"Vəziyyəti necədi?" - cılızlaşmış səsim otaqda güclə eşidildi.

"Bu haqda həkimdən məlumat alsanız daha yaxşı olar" - mənim donmuş üz cizgilərimə inad səmimi tərzdə gülümsəyib otaqdan çıxdı.

"Yenə yalnız qaldıq hə, nənəm?" - alətin səsi mənim fısıltıdan fərqsiz çıxan səsimi basdırdı. Özümü yapışmış vəziyyətə gəldiyim stuldan zorla da olsa ayırdım. Çıxmadan öncə son dəfə gözlərimi solğun simasında gəzdirib, saatlardı oturduğum üçün yeni ayaq açmış körpələr kimi sarsaq addımlar ataraq otağı tərk etdim.

Gecə olmasına baxmayaraq dəhlizdə kifayət qədər insan var idi. Xəstəlik gecəyə, gündüzə baxmırdı ki. Dikdabanımla əvəz etdiyim xəstəxana ayaqqabılarına minnət duyaraq uzun, dar dəhlizdə addımlamağa başladım. Gözüm kənarda sakitcə dayanan kiçik qız uşağına sataşdı. Ağlayırdı...Dayana bilməyib ona yaxınlaşdım və tam qarşısında dayanıb dizlərimin üstünə əyildim. Məni hiss edən kimi yaşlı, mavi gözlərini mənim mavilərimə dikdi. Bir an duruxsundum. Öz uşaqlığımı görmüşdüm sanki.

"Niyə ağlayırsan?" - özümü ələ alıb soruşdum. Susdu və gözlərimə baxmağa davam etdi.

"De görüm kim xətrinə dəyib?" - danışdırmaq üçün yenə cəhd göstərdim. Burnunu çəkdi və bir şey söyləmədən sağdakı otağı əli ilə işarə etdi.

"Kim var orda?" - içimə qəribə narahatçılıq oturmuşdu. Susdu və mavi gözlərini mənə dikməyə davam etdi.

"Yasəmən, sənə deməmişəm tanımadığın insanlarla danışma?" - arxadan eşitdiyim qadın səsi ilə ayağa qalxdım. Bizə yaxınlaşdı, qəzəb dolu baxışlarını mənə göndərib uşağın əlində tutdu və iti addımlarla yanımdan ayrıldılar. Mən isə sadəcə, dodaqlarıma kədərin kölgəsi düşmüş gülüşlə onları izlədim. Heç olmazsa onu özgələrdən qoruyacaq anası var idi. Dərindən nəfəs aldım. Bunları düşünüb bitmək bilməz kədərlərimin üzərinə yenisini əlavə etmək vaxtı deyildi. Yenidən dəhlizdə irəliləməyə başladım. Həkimin otağının qarşısında ayaq saxlayıb şəhadət barmağımla qapıya ritmik şəkildə vurdum.

"Buyurun" - deyə gələn səslə heç tərəddüt etmədən qapını açıb içəri daxil oldum. Otağa girər-girməz içimə sıxıntı oturdu. Buraya da digər xəstəxana otaqları kimi bəyaz rəng hakim idi. Bəlkə də məni sıxan otaq deyil, öyrənəcəklərimin ağırlığı idi.

"Qapıda dayanmayın, buyurun, əyləşin" - həkimin səsi ilə düşüncələrimdən ayrılıb masanın qarşısındakı stulda əyləşdim.

"Həkim, nənəmin vəziyyəti necədi?" - çox uzatmadan sözə girdim. Gözündəki eynəyi düzəldib hər iki əlini masa üzərində birləşdirdi.

"Təranə xanımın leykoz olduğunu bilirsiniz yəqin ki" - başımı təsdiqləyici tərzdə salladım. Adi bir şeymiş kimi təmkinli danışığı artıq əsəblərimi tarıma çəkirdi.

"Nənənizdə bu xəstəlik olduqca irəliləyib. Ağ qan hüceyrələri artıq kifayət qədər çoxalıb" - dayandı - "Həmçinin trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə də azalma çoxdur" - bezginliklə nəfəsimi buraxdım.

"Həkim, mənə yeni bir şey deyin" - bunları artıq əzbərə bilirdim.

"Qırmızı qan bunu kompensasiya et-"

"İcazənizlə" - cəld sözünü yarıda kəsib girdiyimdən bəri məni boğan otağı tərk etdim. Cümlənin sonu məlum idi. Yeni müayinə, yeni müalicə...! Lənətə gəlmiş tibb bir işə yaramırdı! Soyuq divara söykənib başımı əllərim arasına aldım. Bir çıxış yolu yoxmuydu? Dəli olacaqdım! Artıq xəstəxana qoxusu o qədər doğma olmuşdu ki mənə. Bu düşüncəmə gülmək istədim. Həqiqətən, oturub canım çıxana qədər gülək istədim. Başımı itirirdim. Çarəsiz qalıb yenidən ölüm səssizliyinin rəqs etdiyi otağa qayıtdım. Qoyub getdiyim kimi qalmışdı. Bir millimi belə tərpənməmişdi. Baş ucunda dayandım. Onu bu vəziyyətdə görmək nəfəsimi kəsirdi. Əlimi uzadıb onu incitməmək üçün ehtiyyatlı davranaraq barmaqlarımı göyərmiş göz altlarında gəzdirdim. Sanki bədənində qan deyilən şey yox idi. Həyatda körpə nəvəsi ilə bütün çətinliklərə qarşı tək başına çırpınan, hər kəsə, hər şeyə sinə gərə biləcək gücdə olan qadını bir xəstəlik yıxmışdı...

* * *

Üzümə düşən şüa ilə əllərimi gözlərimə götürüb ovuşdurdum. Bir an məkan qavramını itirib boş baxışlarımı ətrafda gəzdirdim. Həmin yataqda həmin insanı eyni vəziyyətdə görməyimlə indiki zamana qayıtdım. Xəstəxana...Çiyinlərimdəki yükə inad yatdığım narahat divanda dikəldim.

"Offf" - belimdən qopan ağrıyla üzümü turşutdum. Hər tərəfim tutulmuşdu. Ağır addımlarla ayağa qalxdım. Bir sutka ərzində əynimdən çıxarmadığım paltarlarım qırış-qırış idi. Bunları ütünün belə açacağına şübhə edirdim. Dünəndən bəri əlimə almadığım telefonu tapmaq üçün ətrafa baxınmağa başladım. Odur...Yatağın kənarındakı tumbaya uzanıb telefonu əlimə aldım. İyirmi cavabsız zəng...

"Zibilə qalasan!" - dilimin altında hirslə mırıldandım.Səssizə nə zaman qoymuşdum ki. Tamam başımı itrmişdim. Əksəriyyəti Nərmindən idi. Zəng etmək istədim, ancaq onun deyinməsini dinləyəcək vəziyyətə olmadığımdan bu fikrimdən daşındım. Telefonu geri - həminki yerinə yerləşdirib nənəmin yanındakı stulda əyləşdim. Uzanıb kiçik, yumşaq əlini əllərim arasına aldım.

"Nənə, oyan artıq , nə olar" - ona səsləndim. Məni eşitdiyini bilirdim. Bu halı o qədər yaşamışdıq ki...

"Xahiş edirəm" - susdum və uzun nəfəs çəkdim içimə.

"Tükəndim artıq..."

Sadəcə gövdədən ibarət bitki düşünün. Köksüz, heçnə ilə qidalanmayan...Təsəvvür etməsi necə də mümkünsüzdü. Özümü tam da elə hiss edirəm. Köksüz...Yoxmuş kimi...

Continue Reading

You'll Also Like

3.2M 271K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
389K 69.3K 74
Title: Death Progress Bar "生存进度条" Author: Can't Play Chess(不会下棋 ) ရဲဝန်ထမ်းတစ်ဦးဖြစ်သည့်ရှီကျင်းသည် သူခိုးနောက်သို့လိုက်ရင်း ကုန်တင်ကားတိုက်မိကာ... သ...
3.7K 704 9
එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත් ඒක අහම්බයක් නෙමෙයි ඒක දෛවය.. මේ දෙන්නට...
1.5M 90.5K 40
နေမင်းတမာန်-"ခုလောဆယ်ကိုယ်က ဒုတိယူလူဖြစ်နေပေမဲ့ လျမ်းထက်မောင်ဆိုတာ အစောထဲကကိုယ်ဟာပါ~" -------------------------- လျှမ်းထက်မောင်-"နေမင်း ကငါအတွက်အရံ~...