23 hissə

479 73 7
                                    


Artıq xəstəxanadan çıxdığımız bir həftə olmuşdu. Əvvəlkinə nisbətən Ayaz daha yaxşı idi. Sol ayağında ara-ara keyimələrdən savayı bir narahatçılıq yox idi. Düzü, həkim gəzməyi hələki ona qadağan etmişdi. Aldığı beyin travmasına görə tez-tez başı döndüyündən yıxılıb bir yerini əzə bilərdi. Ancaq həkimi dinləyəm kim. Ayazdı bu! Başındakı sarıq dünən açılmışdı. Sol qolunu isə hələdə hiss etmirdi. Yenədə ümidli idim. Hər gün fizioterapiyaya birlikdə gedirdik. Sonda bir nəticə alacağımızı bilirdim.

Xəstəxanadan çıxdığımızda Arif bəy nə qədər Ayazı öz yanına aparmaq istəsə də Ayaz istəməmişdi. Tutmuşdu bir kərə tərs tərəfi. Öz evim ki, öz evim!

İndi isə Ayazla Ərşad qonaq otağında qızğın söhbətdi idilər. Mən də onları yalnız buraxıb Zöhrəyə kömək üçün mətbəxə gəlmişdim. O yemək hazırlayır, mən isə çay dəmləyirdim.

"Suay xanım, əziyyət çəkməyin mən həll edərəm hər şeyi". Bir tərəfdən soğan doğrayır, digər tərəfdən mənə əngəl olmağa çalışırdı.

"Xanım söhbətini həll etdiyimizi düşünürdüm" - qaşımın birini eyhamla havaya qaldırdım. Pərt olmuş tərzdə dodaqlarını bir-birinə sıxdı.

"Dilim öyrəşib. Üzr istəyirəm, Suay xa- Suay!" - ikimizdə rahatlıqla nəfəsimizi buraxdıq. Axır ki alınmışdı!

"Mən çayları aparım" - deyib sinini əlimə aldım. Mətbəxdən çıxıb qonaq otağına girəcəyim zaman eşitdiklərimlə ayaq saxlamalı oldum.

"Gedəndə Suayıda apar. Sənə onu bura gətirmə demişdim". Hirslə əlimdəki sinini bərk-bərk sıxdım. Ayaz divanda arxası mənə dönük, Ərşad isə kresloda üzü mənə tərəf əyləşmişdi.

"Sənin yanında olmağa çalışır. Bunu ona etməyə haqqın yoxdu" - dedi Ərşad onu yola gətirmək üçün. Sonra gözlərini mənə çevirdi.

"Sözümü mənə təkrarlatma. Suayı apar, birdə gətirmə!" - çıxan duyğusuz səs Ayaza aid idi. Dodaqlarımı bir-birinə sıxmış, ağlamamaq üçün dirənirdim. Dayana bilmirdim artıq mənə belə davranmasına! Özünü məndən uzaq tutması o qədər əzab verir ki! Ərşadın mənə atdığı təəssüf dolu baxışlara əhəmiyyət vermədən geriyə çevrilib yenidən mətbəxə qayıtdım. Sinini masaya qoydum və stulu çəkib əyləşdim.

"Suay, yaxşısan?". Zöhrə təlaşla qaçıb yanıma gəldi. Əlimi salladım eləcə.

"Yaxşıyam, narahat olma. İşində ol sən". Başımı əllərim arasına alıb gözlərimi qapadım.

O andan sonra dəyişmişdi sanki. Tam bir həftə əvvəl baş verənlərdən sonra...

Ayazın əllərim arasından sürüşən əli nəyinsə düz getmədiyini xatırlatmışdı mənə. Həkim qabaqcadan xəbərdarlıq etsə belə pisi düşünmək istəməmişdim heç vaxt. Sadəcə Ayazın oyanmağına yönəltmişdim bütün diqqətimi. İndi isə heç gözləmədiyim yerdən bir daha vurulmuşdum. 

Ayaz bir daha həkimi çağırmağımı söyləyincə cəld qaçaraq həkimi tapıb geri gəlmişdim. Lakin Ayaz çöldə gözləməyimi istəmişdi. Həmin an o qədər qorxurdum ki. İstəməsəm belə dəhlizdə gözləməli olmuşdum. Keçmək bilməyən dəqiqələrdən sonra otaqdan çıxan həkimin boğazına çökmüşdüm anındaca. Məni sakitləşdirməyə çalışsa da istədiyim o deyildi. Cavab gözləyirdim və sonda almışdım da.

Sizə aylar öncə də dediyim kimi Ayaz bəy ağır beyin travması yaşayıb. Buna görə hər hansı duyğu orqanını itirmə təhlükəsinin yüksək olduğunu bilirdik, ancaq oyanmadan öncə dəqiq diaqnoz qoya bilmirdik. İndi oyandığı üçün tam dəqiqliyi ilə aydın oldu hər şey. Təəssüf ki, Ayaz bəyin beyninə aldığı ağır zərbədən sol tərəfi iflic vəziyyətə düşüb. Sol qolunu təmamilə, sol ayağını isə qismən hiss etmir. Ancaq ümidinizi itirməyin. Bu gündən müalicəyə başlayacağıq. Fizioterapiyanı da axsatmasanız tez bir zamanda düzələcəyini ümid edirik

Qırmızı (Tamamlandı)Where stories live. Discover now