13 hissə

495 76 5
                                    

"Heç də məsuliyyətli olduğun sayılmaz. Gedib yenidən işlə!". Bir, duyğusuz gözlərinə, bir yerdəki kağız parçalarına baxırdım. Məhv etmişdi layihəmi...Bir damla yaş çənəmdən süzülüb havadakı əlimə damladı...

Bunu necə edə bilmişdi axı?! Nə ümidlər bəsləyərək əziyyət çəkmişdim bunun üzərində. Bu qədər asan idi?! Boğazımda düyünlənib qalan yumru nəfəs almağıma imkan vermirdi.

"S-izə bir sualım olacaq" - titrəyən çənəm danışmağıma əngəl törədirdi.

"Niyə?" - titrək nəfəs çəkdim içimə.

"S-adəcə bir səbəb deyin. Bunu etdiyiniz üçün sadəcə bir səbəb" - içimə axıtdığım hər göz yaşı boğazımda daşlaşıb qalırdı.

Bir cavab vermədən üzünü əlləri arasına aldı. Bir səbəbi olmadanmı etmişdi bunu?! Kefi belə istədiyi üçün?!

İstəmədən ağzımdan hıçqırıq qaçmasıyla anındaca başını qaldırıb üzümə baxdı. Deyəsən, o da tam bu vəziyyətə düşməyim üçün etmişdi bunu. Burada qalıb daha da alçalmayacaqdım!

Gözlərinin içinə baxaraq iki addım gerilədim. Bayaqkı duyğusuz baxışlar indi çaşqınlıqla doluydu. Getməli idim! Cəld arxaya çevrilib otaqdan çıxdım.

Dəhlizdə irəliləyirdim. Əlimi sıxılan döş qəfəsimə qoydum. Nəfəsimi alırdılar sanki.

"Suay?!" - Sənanın səsini eşidincə ayaq saxladım. Çiyinlərimdən tutub narahatlıq dolu nəzərlərini üzərimdə gəzdirdi.

"Nə olub sənə?!" - bir cavab vermədən qollarımı boynuna doladım. O qədər çarəsiz idim ki! Göz yaşlarımı boyun boşluğuna axıdırdım. Tutunacaq yer axtardığımdan qollarımı boynuna daha da sıx doladım. Lənətə gələsən! Bu qollar Ayazkı kimi deyildi!

"Suay" - qollarımdan tutub məni geri çəkdi - "Nə olub, hə? Niyə ağlayırsan?!" - zəriflikdən uzaq tərzdə burnumu qoluma sildim.

"B-burdan getmək istəyirəm" - dedim yerə baxaraq. Kiminsə üzünə baxacaq gücdə deyildim. Çənəmdən tutub başımı qaldırdı.

"Xahiş edirəm" - dedim danışmasına icazə vermədən. Artıq getmək istəyirdim! Bir söz demədən çiynimdən tutub addımlamağıma kömək etdi. Liftə daxil olduğumuz zaman arxadan qırılma səsi eşitdim. Şirkət dağılırdı sanki.

* * *

Maşın dayanınca başımı dayadığım pəncərədən ayırıb hara gəldiyimizi anlamaq üçün gözlərimi ətrafda gəzdirdim. Ucu-bucağı görünməyən dəniz və qayalıqlardan başqa heçnə yox idi.

"Gəl" - dedi Sənan və maşından endi. Mən də arxasınca enib onun yanında irəliləməyə başladım.

"Bura mənim gizli yerimdi" - deyib köks ötürdü. Küləyin inadla dağıtdığı saçımı qulağımın arxasına verdim.

"Artıq deyil" - deməyimlə gülümsədi.

"Heç bir şey sonsuza qədər gizli qalmaz" - dərin nəfəs çəkdi içinə. Böyük qaya parçasının üstündə əyləşdik.

"Özümü yalnız hiss edən də həmişə bura gəlirəm. Bəlkə, sənə gülməli gələcək, ancaq burada dənizlə, qayalarla danışıram, hətta qum dənəcikləriylə belə danışıram" - hələ də gülümsəyirdi. Nədənsə, bu vəziyyət mənə gülməli yox, ağlamalı gəlirdi. Həqiqətən, insan cansızlarla danışacaq qədər yalnız qalarmı? Niyə təəccüblənirdim ki? Heç qalmamışmıydım?

Qırmızı (Tamamlandı)Место, где живут истории. Откройте их для себя