15 hissə

440 72 8
                                    

Deyirlər insanlar hər zaman seçdiyini yaşayır. Bəs yaşamaq istəyibdə seçə bilmədiklərimiz necə? Ya da seçibdə yaşaya bilmədiklərimiz?

Qaranlıqdı. Çox qaranlıq...Qaçıram. Niyə bilmirəm ancaq belimə qədər uzanan kolların arasında sanki arxadan məni biri qovalayırmış kimi dayanmadan qaçıram. Üzərimdə sadəcə bəyaz rəng gecəlik var. Tikanlar hər tərəfimi cızıb bədənimi al qana bürüsə də ağrı hiss etmirəm.

"Qırmızı...". Arxadan eşitdiyim qalın səslə ayaq saxlayıb geriyə çevrilirəm. Ayaz idi bu...Başdan aşağı qara geyimdə mənə doğru gəlirdi.

Dabana qüvvət verib səbəbsizcə yenidən qaçmağa başlayıram. Nəfəs-nəfəsə qalmışdım. Arxadan səsini eşitdikcə daha da sürətlənirəm. Ürəyim yerindən çıxacaqdı sanki.

Birdən, ayağım daşa ilişincə ağzıüstə yerə çırpılıram. Ağrı yoxdu...Sadəcə qorxuram...

Qalxmağa cəhd göstərirəm, ancaq alınmır. Lənətə gələsən! Qalxa bilmirəm! Sanki bir əl məni yerə sıxır.

Qorxuyla geriyə çevrilirəm. Kollardan çıxan xışıltılı səs getdikcə yaxınlaşırdı. Bir də cəhd göstərirəm qalxmaq üçün!

"Ahhhh!" - qışqırıram avazım çıxdığı qədər. Niyə alınmır axı!

Artıq yaxınlaşırdı...! Bir daha geriyə çevrilincə burun-buruna gəlirik...

"Ayaz...!"

Yerimdən dik atıldım. Tər-qan içində qalmışdım. Əlimi  yumşaq döşəyə basdıraraq yataqda bədənimi geriyə sürüşdürüb başımı yatağın başlığına dayadım. Kəsik-kəsik nəfəs alarkən əlimi yerindən çıxacaqmış kimi atan ürəyimin üstünə qoydum. Həftələrdir eyni yuxu, eyni oyanış...Bütün bu zəhrimara qalmış dərmanlar sadəcə iki gün təsir göstərir!

Dilim boğazım qurumuşdu. Uzanıb yandakı çəkməcənin üzərindəki suyu əlimə alaraq bir dəfəyə başıma çəkdim. Oh...Biraz rahatlamışdım. Əlimlə üzümə yapışmış saçı geriyə atdım.

Sakitləşdikdən sonra üstümdəki yorğanı kənara çəkib yalın ayaqlarımı yataqdan sallayaraq döşəməyə basdırdım.

Budur...Ən çox sevdiyim hiss...Anındaca döşəmənin soyuqluğu ayaq barmaqlarımdan bütün bədənimə yayılmağa başladı.

Başımı pəncərəyə tərəf çevirdim. Günəş doğmuşdu...Bir müddət eləcə otağımdan görünən yarpaqları tökülmüş heybətli ağacı izlədim.

Artıq qış fəsli yaxınlaşmış, hava soyumağa üz tutmuşdu. Təbii, Kanadada ilin on-iki ayı soyuq idi...

Əynimdəki, tərdən nəmlənmiş gecə paltarım üzərimdə quruyunca istər-istəməz bədənim titrəməyə başlayırdı.

Ağır hərəkətlərlə ayağa qalxdım. Hamam otağına keçib, üzərimdəki paltarı çıxararaq özümü isti suyun hakimiyyətinə təslim etdim.

Suyun istiliyi içimdəki buzlaqları əritməyə qadirmiş kimi bədənimi qızdırmağa çalışırdı.

Kənardakı şampunu götürüb saçımı şampunladıqdan sonra, qıvraq hərəkətlə bədənimi sabunladım.

Sonda, durulanıb dəsmala büründüm və yenidən yataq otağına qayıtdım. Üzərimə yol üçün  hazırladığım yun, boğazlı bəyaz köynəyimlə qalın şalvar geyindim.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now