22 hissə

427 74 4
                                    

22 hissə

Qaranlıqdı...Zülmǝt qaranlıq...Qulağıma uzaqdan sǝslǝr dǝyir. Çox uzaqdan...Sızıltı var. İncǝ, dǝrin...Nǝ olub mǝnǝ? Ayaqlarımı hiss etmirǝm...Udqununca boğazımdan başlayaraq bütün bǝdǝnimǝ ağrı dalğası yayıldı. Uğultulu sǝs getdikcǝ yaxınlaşır. Anlamadığım qǝdǝr keçǝn zamandan sonra, sonda mǝnim idarǝmǝ dönǝn göz qapaqlarımı aralaya bildim. Qaranlıq yavaş-yavaş aydınlanmağa başlayınca bulanıqlaşmış görüntünün altında yalnız ağ rǝngi seçǝ bildim. Göz bǝbǝklǝrimi göynǝdǝn parlaq ağ rǝngdǝn başqa hǝr şey dumanlı idi. Ağırlaşmış göz qapaqlarımı qapayıb bir daha açdım. Bu dǝfǝ biraz daha aydınlandı hǝr şey. Baş ucumda ağ xalatlı iki adam dayanmışdı. Qadın ya kişi olduqlarını aydınlaşdıra bilmirdim. Gözlǝrimi ǝtrafda gǝzdirdim mümkün olduğu qǝdǝr. Buranın hara olduğunu anlaya bilmirdim.

"Suay, mǝni eşidirsǝn?"

Ağ xalatlı adamın sǝsi uzaqdan gǝlǝn uğultu kimi dǝydi qulağıma. Əslindǝ, tanıyırdım bu sǝsi, ancaq üzünü seçǝ bilmirdim. Ağzımı açacaq gücüm olmadığından, sadǝcǝ, gözlǝrimi qapayıb açdım. Gülümsǝdi sanki.
Sıra ilǝ hǝr iki gözümǝ tutduğu işıq daha da bulanıqlaşdırdı görüş mǝrkǝzimi.

"Danışa bilǝrsǝn?"

Bu dǝfǝ sǝsi biraz daha yaxından gǝlirdi. Qurumuş dodaqlarımı zorluqla araladım, ancaq sǝsimi tapa bilmǝdim. Bir daha cǝht göstǝrdiyimdǝ qarın boşluğumdan qopan sancıyla üzümü turşutdum.

"Yaxşı, mǝcbur etmǝ özünü"

Sızıltının mǝrkǝzini tapmışdım. Qarın boşluğum...Ancaq yenǝ sızıltı var idi. Hara olduğunu aydınlaşdıra bilmirdim.

"Mǝni tanıdın?"

Tanış sǝs artıq daha aydın idi. Zorluqla açıq saxladığım gözlǝrimi üzündǝ gǝzdirdim. Bulanıq idi...Seçǝ bilmirdim. İnkar edǝrcǝsinǝ mırıltılı sǝs çıxardım.

"Bǝs, olanları xatırlayırsan?"

Gözlǝrimi bağladım. Beynimdǝ qǝribǝ sǝslǝr var idi. Qışqırıqlar...Ağlama...
Nǝ olmuşdu axı mǝnǝ?! Niyǝ buradaydım?! Görǝ bilmirdim! Xatırlaya bilmirdim! Bǝdǝnim, beynim sanki mǝnim idarǝmdǝ deyildi. Bütün duyğu orqanlarım üz döndǝrmişdilǝr mǝndǝn. Hǝr biri ayrıca qǝrarlı idi işlǝmǝmǝkdǝ. Nǝfǝsim daralırdı. Gözlǝrimi bǝrk-bǝrk sıxmış, xatırlamaq istǝyirdim. Bir-birinǝ qarışmış sǝslǝr qulaqlarımda uğuldayırdı...Qorxunu hiss edirdim. Hǝyǝcan...Daha başqa duyğu da var idi. Boşluq...!

"Suay, sakitlǝş!"

Qollarım tutulunca hǝrǝkǝtsiz qaldım. Niyǝ tuturdular mǝni?! Xilas olmaq üçün etdiyim hǝr çırpınışda bǝdǝnimin fǝrqli yerlǝrindǝn qopan şiddǝtli ağrılar nǝfǝssiz buraxırdı mǝni.

"Suay! Suay! Sakit ol! Hǝr şey yaxşıdı!".

Birdǝn sǝrt ağrı qopdu. İçimdǝki fǝryadın ǝksinǝ ağzımda sadǝcǝ uzun mırıltı çıxara bildim.

"Tikişi partladı! Vur bu iynǝni!"

Nǝ edirdilǝr mǝnǝ?! Mǝni yatağa sıxan ǝllǝrdǝn xilas olmalı idim!

"Suay, sakit!"

Ardarda adımı sǝslǝmǝsi ǝsǝblǝrimi pozurdu! Hǝr çırpınışımda son nǝfǝsimi verirdim sanki.
Sonda...İncǝ sızıltı...Ağrı sonlanmışdı. Qollarımdakı ǝllǝrin geri çǝkildiyini hiss etdim. Gücüm yox idi. Dibsiz qaranlıq mǝni özünǝ çağırırdı. Dirǝnǝ bilmirdim. Çǝkirdi mǝni...Sanki ruhum bǝdǝnimi tǝrk edirdi. Uzaqlaşan sǝslǝr...Qaranlıq...

Qırmızı (Tamamlandı)Where stories live. Discover now