4 hissə

479 71 1
                                    


"Təəssüf, bu dəfə salfetim yoxdu. Burnunun suyunu qoluna silməli olacaqsan". Esitdiklərimlə sanki ayaqlarım yerə yapışdı. Bir dəqiqə, bu səsin sahibini tanımışdım...Başımı hirslə qaldırıb acı dolu gözlərimi ona dikdim. Necə bu qədər qəddar ola bilər axı?! Görmürdümü halımı? O gözəlim qara gözlər bu qədərmi kor idi?! Gözlərimi ondan ayırmadan bir addım geri atıb qollarından çıxdım. Bir an sanki buz baxışları yumuşamış kimi oldu. Çox qısa bir an...Hər iki əlimi geniş çiyinlərinə yerləşdirib var gücümlə itələdim. İri cüssəsi yerindən tərpənmədi belə.

"Çəkil!" - güclə tapdığım səsimlə dilləndim. Məni eşitməmiş kimi zülmət baxışlarını üzümdən çəkmədi. Zəhrimara qalasan! Getdikcə əsəblərim daha da gərilirdi.

"Çəkil dedim, eşitmirsən?!" - bu dəfə səsimi daha da yüksəltdim. Çənəsi gərildi. Sərt tərzdə biləyimdən tutub məni özünə çəkdi.

"Özünü ələ al, məni dəli etmə, Qırmızı!" - sıxdığı dişlərinin arasından mırıldandı. Sinəsi tez-tez enib qalxırdı. Mənə belə davranmağına icazə verməməliydim. Əlimi gözlərimə götürüb durmaq bilməyən yaşları hirslə sildim.

"Burax qolumu" - boşda qalan əlimi çiyninə qoyub özümü ondan ayırmaq istədim. Ancaq bütün çırpınışlarım boşaydı. O qədər güclü idi ki...Biləyimi daha da bərk sıxmağıyla üzümü turşutdum. İncidirdi.

"Sakit ol" - insanı ürküdəcək sakitliklə dilləndi.

Artıq gücüm qalmamışdı. Dodaqlarım arasından hıçqırığın qaçmasına əngəl ola bilmədim. Hər şey üst-üstə gəlirdi. Hönkürmək istəyimi artıq basdıra bilmirdim. Buna dözmək o qədər çətin idi ki...Arxaya dönüb getmək istəyərkən birdən özümü onun qolları arasında tapdım. Güclü qolları bir sarmaşıq kimi belimi sardı. Bu qoxu...Bu istilik...Sanki ayaqlarım yerə yapışdı. Həyatımda məni güclü qolları ilə saran adam olmamışdı ki heç. Gözlərimi qapadım. Bu qollar, gücsüz bədənimə sanki məlhəm olmuşdu. Məndən icazəsiz gözlərimdən süzülən yaşlar bəyaz köynəyini isladırdı. Qeyri-ixtiyari dodaqlarımdan hıçqırıq qopdu. Əlinin birini başıma yerləşdirib sığal çəkərkən, digərini belimə sıx şəkildə sardı.

"Şşştt...Sakit" - qayğı dolu səslə dilləndi. Bu hiss...Sanki yer ayaqlarımın altından çəkildi. Bu qədər yaxınlıq...Yox! yox! Bu düzgün deyildi. Əllərimi çiyinlərinə qoyub ondan ayrılmaq istəyirdim ki belimdəki əlləri sərtləşdi.

"Sakit dur" - bu dəfə səsində qəzəb hiss olunurdu.

"Getməliyəm" - səsim fısıltıdan fərqsiz çıxmışdı. Əllərini belimdən ayırmadan məni biraz özündən uzaqlaşdırdı. Qara gözlərini mavi gözlərimə sabitlədi. Bir söz demədən biləyimdən tutdu və liftə doğru çəkişdirməyə başladı.

"Dayan" - sözümə əhəmiyyət vermədən liftə daxil oldu və məni də yanına çəkdi. Biləyimi hələdə buraxmamışdı. Yanaşı dayanmış, dinmirdik. Gözlərini qarşıya dikmiş, sanki mən yoxmuşam kimi davranırdı. Əvvəlcə liftin xəbərdarlıq səsi eşidildi sonra qapılar açıldı. Liftdən çıxan kimi iti addımlarla çıxışa doğru addımlamağa başlamışdı və məni də arxasınca çəkişdirirdi. Sanki dodaqlarım bir-birinə kilitlənmişdi. Ona qarşı gələ bilmirdim. Gəlmirdim...

"Ayaz bəy" - qısa boy, baxımlı bir xanım əlində sənədlə bizə yaxınlaşdı.

"Sonra" - dedi özünə məxsus sərt səsi ilə və dayanmadan davam etdi. Ayaz? Adı Ayazmıydı? Necə də yaraşır...Çölə çıxmağımızla ayaq saxladım. Nə qədər belə davam edəcəkdik? Dayandığım üçün o da ayaq saxlamaq məcburiyyətində qaldı və biləyimi buraxmadan mənə doğru çevrildi.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now