24 hissə

393 70 7
                                    

Məndən xoşbəxti yox idi bu həyatda...İlk dəfə dərdsiz hiss edirdim özümü. İlk dəfə qayğısızca gülümsəmək gəlirdi içimdən. Həqiqətən, alınmışdımı artıq? Yaşamağı öyrənmişdim bu qədər zamandan sonra?

Qarşımda gözlərini içi gülən adam mənim idi indi? Dəqiqələr əvvəl çarəsizliklə bir-birinə baxan iki insan yox idi sanki. Sonda, təslimmi olmuşduq bir-birimizə...Hisslərimizə..?

"Ayaz..." - deyə fısıldadım. İki əli ilə üzümü qavramış eləcə gözlərimə baxırdı gülümsəyərək.

"De" - deyə fısıldaayınca hər iki əlimlə biləklərindən tutdum. Dodaqlarım birləşməməyə inad edirdi.

"Gülümsəməmi saxlaya bilmirəm". Üzümə düşən saçımı qulağımın ardına verib burnunu burnuma sürtdü.

"Sən də gül onda, sevgilim". Sanki mədəmlə ürəyim yerini dəyişdi. Yox! Yox! Bu an gerçək ola bilməzdi.

"Bu yuxudu, hə? Yenə mənə oyun oynayırsan". Əllərini üzümdən çəkmədən azca geriyə getdi.

Bir gözünü qıydı - "Əslində, pis fikir deyil" - dedi. Hirslə qoluna vurdum.

"Öküz!"

Çənəmdən tutub üzünü üzümə yaxınlaşdırdı -  "Əlin yaman öyrəşdi məni vurmağa" - bir qaşını eyhamla havaya qaldırdı.

Gözlərimi süzdüm - "Arada bir lazımdı"

Alt dodağını dişləri arasına aldı - "Hm...Demək lazımdı" - ayağa qalxdı. Mən nə oldu deyə anlamağa çalışarkən birdən bədənim havalandı.

Refleks olaraq ağzımdan qaçan çığırtı ilə qolumu boynuna doladım.

"Ayaz...! Nə edirsən yenə?! Burax məni!" - deyə qışqıraraq çırpınsam da bir işə yaramırdı.

"Ayaz, qolun! Həkimlə danışmalıyıq!"

"Sonra! İndi sakit dur!" - deyib yatağa yaxınlaşdı. Bir qolu ilə məni bərk-bərk sarıb biraz əyildi və yatağın üstündəki adyalı kənara çəkdi.

Məni yatağa qoyub özü də yanıma uzandı.

"Nə edirsən, Ayaz?!" - gözlərimi ona dikmiş, nə etmək istədiyini anlamağa çalışırdım.

"Yatırıq, sevgilim" - qolumdan tutaraq məni sinəsinə yatırıb adyalı üstümüzə çəkdi.

"Ayaz, nə yatmağı!" - qalxmaq istəyincə daha da özünə sıxdı.

"Rahat dur" - deyib bir əli ilə belimi qavrayıb digərini başının altına qoydu.

Ah, çırpınmam boşa idi. Ona nə zaman gücüm çatmışdı ki. Həm, deyəsən olduğum yerdən məmnun idim. Hə! Hə! Bura tam da istədiyim yer idi. Ayazın güvən verici qolları...

Başımı ürək döyüntülərini eşidəcək tərzdə sinəsinə basdırdım. Eşirdirdim...Dup! Dup! Zövq aldığım ən gözəl ritm...Sevdiyim adamın ürək döyüntüləri...

Bir an beynimə sızan məmnuniyyətsiz suallar yerimdə narahatlıqla tərpətdi məni. Görəsən, daha başqa biri üçün pozulmuşdumu bu ritm?
Sevmişdimi başqa qadını?

Qırmızı (Tamamlandı)Kde žijí příběhy. Začni objevovat