27 hissə

377 67 6
                                    

Yataqda başımı Ayazın sinəsinə dayamış, eləcə uzanmışdım. Ayazın kobud barmaqları saçlarım arasında gəzinirdi. Sonda tapmışdı ruhum axtardığı dincliyi. Bu idi tək istəyim həyatdan. Sadəcə, Ayaz. Başqa da heçnə...

Barmağımdakı üzükdən ayıra bilmirdim baxışlarımı. Bütün möhtəşəmliyi ilə tam mərkəzdə parıldayan qaş və ətrafında onun möhtəşəmliyinə şahidlik edən kiçik qaşlar.

"Ya gözünü o üzükdən ayırarsan, ya da bütün qaşlarını tək-tək qopararam" - Ayazın sərt səsi afallatmışdı məni. Başımı qaldırdım.

"O da nə deməkdi?" - dedim çaşqınlıqla.

"Mənim varlığımı unutdun" - deyincə gic gülümsəmə gəldi mənə.

"Sən...Qısqandın?" - səsim təəccüb dolu çıxmışdı. Qaşlarını çatdı.

"Bir o çatmırdı" - dedi vecsizliklə.

"Yox, yox! Sən qısqandın...!" - bic-bic gülümsədim.

"Boş-boş danışma, Qırmızı! Üzüyü qısqanmağım çatmırdı bir!" - səsi sərt idi. Nə vecimə. Çiyinlərimi çəkdim.

"Onda niyə elə dedin? Xoşuna gəlməyən bir şey olan kimi təhdid edirsən məni"

Eyhamla qaşları havalandı - "Nədi, narazısan?" - dedi maraqla. Kefi yerinə gəlmişdi bir adamın.

"Üzüyü taxdığın heç yarım saat olmayıb, artıq iki dəfə təhdid olunmuşam" - qaşlarımı çatdım - "Evlənəndə də yəqin ki, 'hə deməsən özünü ölmüş bil' deyərsən"

"Ona ehtiyac var yəni?" - deyə soruşdu yalançı təəccüblə.

"Nə bilmək olar" - dedim eyhamla.

Düşünürmüş kimi mırıltılı səs çıxardı.

"Hm...Bunu bildiyim yaxşı oldu. O vaxta bir şey düşünərəm"

Dəhşətlə ona baxdım - "Sən ciddisən?!"

Uzanıb dodaqlarıma qısa öpüş qondurdu - "Əlbəttə, gözəlim"

Üzümdə hiss etdiyim yanma ilə yenidən başımı sinəsinə dayadım. İndi niyə etmişdi ki, bunu?!

Sinəsi sarsıldı. Nədi gülümsəyirdi?!

"Hm...Saçların daha çox qırmızıdı, yoxsa yanaqların?" - istehza dolu səsinə qarşı hirslə qarnına yumruğumu keçirdim. Yalandan səs çıxarsa belə uğurlu vuruş olmadığını bilirdim.

"Əlin yaman ağırmış. Kimə oxşadın belə?"

"Öküz Ayaza" - deyincə gülüş səsi doldu otağa. Yenə ritmi pozulmuşdu sol tərəfimin. Onun qalın səsi ən gözəl musiqi idi mənim üçün.

"Öküz?" - dedi - "Buz torbasından sonra indi də öküz oldum?"

"Daha nələr olduğunu bilsən..." - eyhamla uzatdım cümlənin sonunu. Üzümdə gic gülümsəmə var idi. Onunla belə deyişməyi necə də sevirdim. Ümumiyyətlə, bu adamla olan hər şeyi sevirdim mən. Onu sevirdim...

"Bura gələndə belə olacağını düşünməmişdim heç" - deyə mırıldandım. Ondan bir səs gəlməyincə yenidən davam etdim.

"Günahım yox idi, ancaq yenədə qorxurdum. Nə bilim...Qorxurdum. Elə bilirdim yenə dağıdıb töküb qulaq asmayacaqsan mənə"

Qırmızı (Tamamlandı)Where stories live. Discover now