9 hissə

363 94 3
                                    


"Nənə, aparacaqların elə budu?!"

"Qızım, narahat olma hər şeyi götürmüşəm" - deyə nənəm otağa daxil oldu.

Səhər açılandan evdə izdiham var idi. Bu gün nənəm kimyaterapiyaya başlayacaqdı.

"Elə bil nəyisə unutmuşuq" - dikəlib əlimi belimə quydum. Özümü narahat hiss edirdim. Belkə də bir həftə nənəmi görə bilməyəcəyimdən qaynaqlanır.

"Gəl otur, qızım". Nənəm yatağa əyləşib əlini yanındakı boş yerə vurdu. Nə olmuşdu ki?

"Nəsə olub, nənəm?" - yanında əyləşdim. Kiçik əli ilə üzümə sığal çəkdi. Bu, məsləhət verəcəyi mənaya gəlirdi.

"Gözəl qızım, bilirsən bir həftə ayrı qalacıq" - xırıltılı nəfəs aldı.

"Özündən muğayət ol, balam. Bilirəm təmiz qəlblisən, safsan, qoyma bunlardan istifadə edib səni incitsinlər" - səsi sona doğru cılızlaşdı. Bu söhbətin axırı hara gedirdi?

"Nənəm, niyə belə sözlər deyirsən?" - işarə barmağını qaldırdı. Bu, sus və mənə qulaq as demək idi. Kiçik əli ilə saçıma sığal çəkdi.

"İkimiz də bilirik ki, sonda yaxşı şeylər olmaya da bilər". Bilmirdim! Bilmək istəmirdim!

"Sənə deyəcəklərim var" - gözlərini qapadı - "Əgər mə-"

"Yox! Yox!  Elə şeylər demə xahiş edirəm!" - ağlamsınaraq başımı qucağına qoydum.

"Mənim səndən başqa kimim var axı! Qoyub gedə bilmərsən məni!". Buna dayana bilməzdim!

"Suay, gözəl qızım mənim" - səsi fısıltılı çıxmışdı. Saçlarıma sığal çəkdi.

"Belə etmə, gözəlim, bağrımı yarma". Başımı qaldırıb gözlərinin içinə baxdım. Ağlayırdı.

"Sən belə etmə nənə! Niyə vidalaşır kimi danışırsan?!" - burnumu çəkdim - "bir həftə sonra yenə görüşəcik". Kədərlə gülümsədi.

"İnşallah, qızım"

                                      * * *

Qapının üstündəki  Medikol onkoloq - Əmir Əli Babazadə  yazısını gördükdə doğru gəldiyimi yəqinləşdirdim. Bu həkimə məni Arif bəy yönləndirmişdi. Onun dediyinə görə xərçəng xəstəliyinin müalicəsi ilə bağlı bir çox uğurları var. Mən də son ümid buranın yolunu tutmuşdum. Bəlkə dərdimizə dəva olardı. Adəti üzrə qapıya üç dəfə vurdum.

"Girin" - deyə içəridən olduqca cavan səs gəldiyində əvvəlcə təəccübləndim.

Çox gözləmədən qapını açıb içəri daxil oldum. Masa arxsında cavan birini görməyimlə qısa şok yaşadım. Bu qədər cavan olduğunu bilmirdim. Əsmər, qara qaş-qara göz biri idi. Hardasa iyirmi-yeddi yaşında olardı.

Məni görən kimi gözündəki eynəyi çıxarıb ayağa qalxdı. Ona necə xitab edəcəkimi belə bilmirdim.

"Salam, həkim" - axırıncı sözü xüsusi vurğuladım. Bu adama həkim sözü beş ölçü böyük gəlirdi. Əl-ələ görüşdük.

"Salam, Suay xanım. Zəhmət olmasa mənə Əmir deyin" - masanın qarşısındakı stulu göstərdi.

"Buyurun, əyləşin". Gülümsədim. Demək həkim sözünün ona yaraşmadığı özü də bilir. Kresloya əyləşdim. Düzü, nənəmi belə cavan birinə əmanət etməyin doğru olub olmadığını düşünürəm. Ancaq Arif bəy məsləhət görübsə deməli bir bildiyi var.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now