21 hissə

440 74 6
                                    

Salamlar əziz oxuyucularım!!! Yeni və həyəcanlı hissəylə yenidən gəldim. Ümid  edirəm bəyənərsiniz... Dəsmalı yanınızda hazır tutun. Məndən deməsi))) Aktiv olun. Hər birinizi sevirəm...❤️

21 hissə

"A..Ayaz"

Bir şey deməsini gözləyərkən mənə doğru addımlayıb şəkili əlimdən alaraq ovucunun içində sıxdı.

"Başqalarının əşyalarına icazəsiz əl vurmamağı öyrətməyiblər sənə?!" - qəzəb dolu səsiylə duruxsunub qaldım. Bu da nə idi indi?!

"M...mən kitablara baxırdım sadəcə"

"Baxma!". Üzümə doğru qışqırarkən bir addım gerilədim. Duyğusuz adam yenə geri qayıtmışdı.

"Bu şəkil nə deməkdi?". Əlindəki büzülmüş şəkili otağın bir küncünə tulladı.

"Ayaz!"

"Bir daha özünə aid olmayan yerlərə burnunu soxma!" - deyə kükrəyib otaqdan çıxmaq istəyərkən cəld qapı ilə arasına girdim.

"Belə qışqıraraq gördüyümü ört-basdır etməyə çalışırsansa yanılırsan, Ayaz! Cavab verəcəksən mənə!". Hirslə saçını geriyə daradı. Bu qədər əsəbləşəcək nə vardı ki?

"Suay, çəkil" - səsi sakit olsa da hər an partlayacaq bomba kimi idi. Başımı cəld iki yana salladım.

"Mənə açıqlama verməyə borclusan!"

"Mən heç kimə heçnə borclu deyiləm!" - sözləri tək-tək vurğuladı gözlərimin içinə baxaraq. Geri çəkilməyəcəkdim!

"Xeyr, borclusan! Mənə görə bir-birinizi öldürəcək vəziyyətə gəldiyin adamla çiyin-çiyinə şəkilin var! Mənə açıqlama verməyə borclusan!". Başını əlləri arasına alıb geriyə çevrilərək dəli kimi ətrafda dönməyə başladı.

Nəfəsimi tutmuş, bu işin sonunu gözləyirdim. Anlamaq o qədər çətindi ki...Ayazla Sənan eyni kadrda və gülümsəyirlər. Əgər öz gözlərimlə görməsəydim ömrüm boyunca inanmazdım.

Keçən bir neçə gərgin saniyələrdən sonra mənə tərəf çevrildi.

"Yaxşı" - dedi və dəri divana əyləşdi. Mən hələ də qapıya söykənmiş, nəfəs almağı unutmamağa çalışırdım.

"Bu şəkil illər əvvəl çəkilib" - qəzəb dolu lakin sakit səsi bədənimi ürpərdirdi. Qulaqlarımı şəkləmiş gerisini gözləyirdim. Saçını qaşıdı necə gəldi.

"Şəkildə özün də gördün. Dost idik. Yaxın..." - sona doğru səsi eşidilməyəcək dərəcədə qısıldı. Səs tonu həmin vəziyyətdən heç də məmnun olmadığını göstərirdi.

Başını qaldırıb mənə baxdı - "İndidə gördüyün kimiyik. Bu qədər. Gedib yemək yeyək" - ayağa qalxdı. Elə bu?! Bir anlıq çaşqınlıq yaşasam da cəld özümü ələ alıb qapını kilitləyib açarı cibimə atdım.

"Sən hər şeyi danışana qədər heç yerə getmirik". Hardan gəldiyini bilmədiyim cəsarətim başıma bəla olmasa yaxşıdı. Qaşları eyhamla havalandı.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now