14 hissə

483 74 8
                                    


"Yalvarıram...sakitləş indi"

Birdən, lift sarsıldı və yenidən hərəkət etməyə başladıq.

"Hərəkət edirik..." - qeyri-ixtiyari gülümsədim. Allahım, sənə çox şükür!

"Sənə demişdim" - deyə fısıldadı Ayaz. Hələ də alnı alnımda, gözü gözlərimdə idi. Hal-hazırda üzümə vuran təmiz nəfəsi ilə tənəffüs edirdim. Düşdüyümüz bu vəziyyəti indi dərk etməyə başlayırdım. Geri çəkilməyimlə gözlərimə liftin bir kənarına sığınmış Ayazla gördüyüm qadın sataşdı. İriləşmiş gözlərlə bizi izləyirdi...

"Çox sağol" - deyib Ayazın üzünə belə baxmadan sarsaq hərəkətlərlə ayağa qalxdım. Buradan ən qısa zamanda çıxmaq istəyirdim.

Bir neçə saniyə sonra liftin qapısının açılması ilə özümü çölə atıb havanı uzun-uzun ciyərlərimə çəkdim. Qorxu, həyəcan...İlahi, ilk dəfə boğulma hissini yaşamışdım!

"Bu lift niyə dayandı?!!" - Ayazın dəhlizi lərzəyə gətirən səsinə qarşı dik atıldım.

"Sizə nəyə görə maaş verirəm?! Bir işi də düzgün bacarın!!!". Hər kəs bir-birinə dəymişdi. Orta yaşlı adam nəsə izah etməyə çalışırdı, ancaq Ayaz imkan vermirdi. Sözün əsl mənasında vulkan kimi püskürüb ətrafa lava sıçradırdı. Bu vəziyyətlə o qədər ürkütücü idi ki...Toxunsan öldürəcəkdi sanki.

"Suay!" - Sənan qaçaraq mənə yaxınlaşdı - "Bu halın nədi?!" - qolumdan tutub həyəcan dolu nəzərlərini üzərimdə gəzdirdi.

"Mən...mən getməliyəm. Nənəm..." - dodaqlarımdan hıçqırıq qaçınca sözüm yarımçıq qaldı.

"Ştt...Sakit" - məni qolları arasına çəkməsiylə başımı boyun girintisinə qoydum. Güclü qollara o qədər ehtiyacım var idi ki...

Bir müddət elə qaldıqdan sonra qollarımdan tutub məni geriyə çəkdi. Nəsə dedi , ancaq Ayazla göz-gözə gəlincə onu eşitməz oldum. İlahi, o bir cüt qaralar mənə elə baxırdı ki...O baxışları ömrüm boyu unutmayacaqdım.

"Gəl, gedək" - Sənanın məni çıxışa doğru yönləndirməsinə ayaqlaşaraq irəliləməyə başladım. Bu dəqiqə, çiynimdəki əlinə o qədər minnət duyurdum ki...Yoxsa, çoxdan döşəməni qucaqlamışdım.

    * * *

İçimdə itirmək qorxusunun verdiyi sarsıdıcı hisslə qaçaraq xəstəxana qapısından içəri daxil oldum. Bir anlıq hara gedəcəyimi unudaraq çaşqınlıqla ətrafa baxmağa başladım.

"Suay, buradan" - dedi Sənan pilləkənləri göstərərək. Off! Tamam başımı itirmişdim. Cəld pilləkənlərlə Əmir bəyin oturduğu mərtəbəyə qalxdım. Hər şeyi tam dəqiqliyi ilə, ancaq ondan öyrənə bilərdim.

Otağa çatan kimi xəbərdar edərcəsinə qapıya vurub cavab gözləmədən içəri daxil oldum.

Məni görən kimi gözündəki eynəyi çıxarıb ayağa qalxdı.

"Nənəm...O necədi?!". Bir an belə vaxt itirmək istəmirdim.

"Sakit olun, Suay xanım. Sizə Təranə xanıma bir şey olmadığını demişdim". Məndən necə sakit olmağımı gözləyərdi axı?! Həkim olan o idi mən yox!

"Xahiş edirəm, düzünü deyin!" - dedim ağlamsınaraq.

"Buyurun, əyləşin" - deyə stulu işarə edib özü də əvvəlki yerinə əyləşdi. Məndən fərqli olaraq o qədər təmkinli idi ki...Ah, dəli olacaqdım!

Qırmızı (Tamamlandı)Where stories live. Discover now