7 hissə

450 68 4
                                    



"Özünü dəyərli sayma" - üzünü azca üzümdən uzaqlaşdırdı - "Yazıqlara kömək etmək savabdı, Qırmızı".

Eşitdiklərimlə sanki bədənim boşaldı. Bu sözlər onun ağzından çıxmışdı? Necə axı?! Ağlamaq istəyirdim...Hönkürərək canım çıxana qədər ağlamaq! Titrəyən alt dodağımı dişlərimin arasına aldım. O çarəsizliyi yazıqlıqla eyni mi tuturdu? Bu dəqiqə mənə dikdiyin gözlərinə lənət olsun , Ayaz! Bu...Bu o qədər ağır idi ki...İçimdə qopan fırtınadan xəbərsiz hələ də üzümə yana doğru qıvrılmış dodaqlarla baxırdı. Çox mu əyləncəli idi?! Lənətə gələsən! Birini incitmək çox mu əyləncəli idi?! Havam çatmırdı...Onun qarşında bir daha yazıq vəziyyətə düşməyəcəkdim. Gözyaşlarımı geri itələmək üçün göynəyən gözlərimi bərk-bərk sıxıb açdıqdan sonra çiyinlərimi dikləşdirdim.

"Yazıqlara kömək etmək savab ola bilər, ancaq birinin yazıq olduğunu üzünə vurmaq" - quruyan boğazıma inad udqundum - "bax, bu əsl günahdı" - dedim hardan gəldiyini bilmədiyim dəli cəsarətlə bir an belə gözlərimi qaralardan ayırmadan. Bir söz demədi ancaq üzündə çaşqınlığı sezmişdim. Üzümə vuran təmiz nəfəsinə artıq dözə bilməyib özümün belə heyrətlənəcəyim sakitliklə otağın içinə doğru addımladım. İkisinin də təəccüb dolu baxışlarına inad təmkinlə sinini masaya yerləşdirdim.

"Nuş olsun" - ölüm səssizliyi hakim olan otaqda cılız səsim eşidildi. Dabanlarımı qətiyyətlə döşəməyə basdıraraq Ayazın iri cüssəsini geridə qoyub otaqdan çıxdım.
İlahi, bu da nə idi belə? Sanki saatlardı havasızmışam kimi dərindən nəfəs aldım. Boşalan bədənimi divara söykədim. Tutmaqda çətinlik çəkdiyim göz yaşlarım yanağımı yandıraraq çənəmə doğru szüzülməyə başladı. Bayaq içəridə olan, bütün bunları yaşayan mən idim?! Sanki qabırğalarım bədənimə batır və məni nəfəssiz buraxırmış kimi hiss edirdim. Bu...Bu o qədər dözülməz idi ki...Necə bu qədər mərhəmətsiz ola bilir axı?! Necə də gözümdə böyütmüşdüm onu. Bir daha dərin nəfəs çəkdim içimə. Dodaqlarımdan qeyri-ixtiyari hıcqırıq qaçmasıyla titrəyən əlimi ağzıma basdırdım. Nə vəziyyətə gətirmisdi məni...

Nahar vaxtı olduğu üçün kiməsə bu vəziyyətdə görünmədən otağıma gəlib çıxa bilmişdim. Bəlkə də görmüşdülər... İndi bunu düşünəcək vəziyyətdə deyildim. Masanın üstündəki çantamı əlimə alıb durmaq bilməyən gözyaşlarımın bulanıqlaşdırdığı görüntünün altında telefonumu axtarmağa qoyuldum. Budur...Telefonu əlimə alıb titrəyən barmaqlarımla nömrə daxil etdim.

"Alo? Su-"

"E-evdəsən?" - titrəyən çənəm danışmağıma əngəl olurdu.

"Hə, Susi nolub?! Hardasan?!" - səsi həyəcanla dolub daşırdı.

"S-izə gəlirəm".

                                     * * *

Taksinin beşmərtəbəli binanın qarşısında dayanmağı ilə başımı dayadığım tozlu pəncərədən ayırdım. Başımdan qopan ağrıyla üzümü turşutdum. Ağlayandan sonra həmişə belə olurdu. Taksinin pulunu ödəyib sarsaq adımlarla binanın girişinə doğru irəliləməyə başladım. Mənzilin ağır qapısını var gücümlə itələyib burnuma dolan küf iyinə əhəmiyyət vermədən içəri daxil oldum. Dağılmış pilləkənlərlə ikinci mərtəbəyə qalxıb soldakı qəhvəyi qapının qarşısında ayaq saxladım. Yeni-yeni titrəməsi durmuş əlimi zəng düyməsinə basdırmağımla içəri dolan cingiltili səs beynimin içində əks-səda verdi. Uff! İçəridən gələn addım səsləri getdikcə yaxınlaşdı...yaxınlaşdı və qapının açılmağı ilə Nərminin narahatlıq dolu simasıyla qarşılaşdım.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now