16 hissə

467 68 5
                                    

Maşın dayanan kimi qapını açıb aşağı endim.

"Buradı" - dedi Əmir çənəsi ilə qarşıdakı heybətli binanı işarə edərək. 

Başımı qaldırıb aşağıdan yuxarıya doğru nəzərlərimi gəzdirdim daş binanın üzərində. Olduqca nəhəng idi...Xarici dizaynda klassikaya üstünlük verilmişdi.

Gəlmişdim artıq. Aylardı üzərində çalışdığım işin sonuna gəlmişdim...

"Sən gedə bilərsən. Gerisini özüm həll edərəm" - dedim gözlərimi bir an belə qarşımdakı binadan ayıra bilmədən. Bir an öncə həll etmək istəyirdim bu işi. Əmirdən səs gəlməyincə ona tərəf çevrildim. Qaşlarını çatmışdı.

"Bütün işləri mənə gördürüb, indi də başından edirsən?". Bax, bax, bax...!

"Bunu danışmışdıq". Onu bu işə qarışdırmaq istəmirdim.

"Mən də sənlə gəlirəm". Ciddiydi! Etiraz etməyə cəht göstərməyə belə ehtiyac yoxdu. Onu artıq yaxşı tanıyırdım.

Bezginliklə nəfəsimi buraxdım - "Yaxşı, gedək onda" - deyincə girişə doğru irəliləməyə başladıq.

Dönən qapıdan içəri girincə ilk olaraq bizi sadə dizayn olunmuş dəhliz qarşıladı. Daha çox solğun rənglərə üstünlük verilmişdi. Krem, boz, açıq qəhvəyi...

Hər nəysə...Ətrafı daha da incələyəcək halda deyildim.

Birlikdə qəbul şöbəsinə yaxınlaşdıq. Masa arxasında əyləşmiş cavan oğlan bizi görən kimi süni gülümsəməsini taxdı incə dodaqlarına. Deyəsən, onlara bunun üçün külli miqdarda pul ödəyirlər. Hər insan oğlunun işi deyil hər gələnə dodaq qıvırmaq.

"Salam, mənim Zahid bəylə görüşüm var idi". Anındaca ayağa qalxdı.

"Suay xanım sizsiniz?". Düzü, təəccüblənmədim desəm yalan olar.

"Bəli". Əyninə tam oturmuş pencəyinin yaxasını düzəldib gülümsəməsinə davam etdi.

"Zahid bəy bu gün burda olmayacaq. Bunun üçün sizə təəssüfümü bildirməyimi istədi". Ahh! Yenə mi hər şey tərs getməyə başlayır?!

"Sizi Zahid bəyin oğlu Azər bəy qarşılayacaq". Eşitdiyimlə içimə su səpildi sanki. Oh... Əsas odu geri qayıtmayacağıq.

Cavan oğlan sual dolu nəzərlərini Əmirin üzərində gəzdirincə - "Mənimlə gələcək" - dedim hər şeyi aydınlaşdıraraq.

Yenidən gülümsədi və masa arxasından çıxdı.

"Buyurun, sizə otağı göstərim" - dedi və əliylə bizə yol göstərdi. Başımı sallayıb dəhlizdə arxasınca irəliləməyə başladıq.

Sonda, geniş liftə daxil olduq və yuxarıya qalxdıq. Aşağıdan fərqli olaraq bura qızılı rənglə bəyazın ahənginə bürünmüşdü. Geniş dəhliz, klassik əşyalar...

Hələ də adını bilmədiyim cavan oğlanın arxasınca irəliləyirdik. Qəhvəyi rəngli qapıya yaxınlaşınca ayaq saxladı və bizə tərəf çevrildi.

"Azər bəyin otağı buradı. Gələcəyinizdən xəbəri var. Sizi gözləyir" - yenə pencəyinin yaxasını düzətldi - "İcazənizlə" - deyib yanımızdan ayrıldı.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now