10 hissə

436 75 5
                                    


Masanın qarşısındakı kresloda Ayaz, onun yanındakı divanda isə Arif bəy əyləşmişdi. Onun burda nə işi var axı? Bu mənasız sual da nə idi belə?! Əlim ayağım indidən buz bağlamışdı. Hələ o qaranlıq baxışlarını üzərimdə hiss etdikcə...

"Suay, orda niyə dayandın, buyur". Ayaza baxmamağa diqqət göstərərək otağın içinə doğru addımladım.

"Buyur, əyləş" - Ayazın qarşısındakı boş kreslonu işarə etdi. Çəkingən hərəkətlə göstərdiyi yerə əyləşdim.

"Təranə xanımı yerləşdirdiz?" - qayğıyla soruşdu. İstəmədən də olsa gözüm Ayaza tərəf sürüşdü. Qaranlıq baxışları ilə qarşılaşınca cəld Arif bəyə tərəf çevrildim. Mənə lazım idi?!

"Bəli, yerləşdirdik"

"Əmir savadlı həkimdi, ürəyini buz kimi tut" - gərginlik dolu minnətlə gülümsədim. Gözlərini üstümdən çək, Ayaz!

"Təşəkkür edirəm hər şeyə görə"

"O nə sözdü, borcumuzdu" - dedi, sonra nəyisə xatırlamış kimi yerində dikəldi.

"Səni başqa məsələ üçün təcili çağırmalı oldum. Layihəylə bağlı deyəcəklərim var". Nə olmuşdu ki, layihəmə?!

"Nəsə problem var?" - yerimdə narahatlıqla tərpəndim.

"Yox, yox bir problem yoxdu, narahat olma" - Ayaza qısa baxış atıb yenə mənə tərəf çevrildi. Ohh...İçimdəki rahatlamayla nəmli əllərimi yumşaq üzlüyə basdırdım.

"Layihən digər nüfüzlu şirkətlə aramızdakı bağlantıda böyük rol oynayacaq". Necə yəni? Mənim layihəm?!

"Ona görə də Ayaz bu layihəni öz nəzarəti altında saxlamaq istəyir. Əgər sən də razısansa". Nə?! İçimdən atdığım sevinc qışqırıqları fəryadla əvəzləndi. Ayazla işləmək?! Udqundum. Bu...bu ola bilməz!

"Axı Sənan, yəni Sənan bəy nəzarət edir mənim işimə"

"Bundan sonra Sənan yoxdu" - səssiz otağı Ayazın qalın səsi doldurdu. Çaşqınlıqla gözlərimi ona dikdim. Bu da nə demək idi?

"Ayaz" - Arif bəy xəbərdar edici tərzdə dilləndi.

"Suay, sən narahat olma mən özüm Sənanla danışacam". Axı mən buz baxışlı adamın qarşısında nəfəs belə almağa çətinlik çəkərkən onunla necə işləyəcəkdim?

"Üzr istəyirəm, ancaq mən özüm Sənan bəyə xəbər vermək istəyirəm". Bunu ona borclu idim.

"Sən öz işinə bax!". Ayazın sərt səsinə qarşı duruxsundum. O qara gözləri elə ürkütücü baxırdı ki. Nə etdim axı mən?

"Ayazz!" - Arif bəyin səsi bu dəfə daha sərt idi.

"Nəysə" - ayağa qalxdı - "Bu dillərdən düşməyən layihəyə baxaq hələ bir" - eyhamla dillənib yuxarıdan aşağı mənə baxdı. Nə?

"Gəlmək fikrin yoxdu?". Zibil! Cəld ayağa qalxdım. Arif bəylə sağollaşıb arxasınca getməyə başladım.

Dəhlizdə Ayazın otağına doğru irəliləyirdik. Axı layihə mənim otağımda idi.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now