2 hissə

674 90 8
                                    


Qapını açan kimi qəhvəyi rəngin hakim olduğu geniş və təravətli otaqla qarşılaşdım. İçərini incələrkən qarşıdakı geniş masa arxasında əyləşən Arif bəy olduğunu təxmin etdiyim orta yaşlı kişi görüş mərkəzimə girdi. Başını sənədlərdən qaldırıb məni görməsi ilə gülümsədi.

"Buyur, Suay" - deyə dilləndi təmkinlə.
Düzü, girdiyimdən bəri ağzımın qapanmasına əngəl olan bu möhtəşəm şirkətin sahibinin bu dərəcə səmimi olmağı qəribə gəlmişdi. Ancaq, bu rəftar qarşısında biraz da olsun rahatladım və həyəcandan yıxılıb pərt olmamaq üçün asta addımlarla Arif bəyə doğru irəliləməyə başladım. Hər addımımda dikdabanımın döşəməylə təması zamanı çıxan səs, sükutun hakim olduğu bu otaqda əks-səda verirdi. Biraz daha ona yaxınlaşdıqca üzünü daha yaxşı incələmək şansı əldə etdim. Saçına düşən ağlara inad  cavanlıqdan xatirə qalan siması zamanında əksər qızların sevimlisi olduğunu ələ verirdi. Bu düşüncəmlə gülmə hissi gəlsədə ilk gündən səhv anlaşılmamaq üçün bu istəyi içimdə basdırdım. Gözünün kənarlarındakı və alnındakı qırışlar üzündə nurani ifadə yaratmışdı. Tam qarşısında dayanmağımla yenə həminki səmimiliklə gülümsədi.

"Xoş gəlmisən, buyur əyləş"  - əli ilə masanın qarşısındakı qəhvəyi rəngli, olduqca rahat görünən dəri kreslonu işarə etdi.

"Təşəkkürlər" -  eyni səmimiliklə gülümsəyib göstərdiyi kresloya əyləşdim. Çantamı qarşımdakı kiçik masaya qoyub, oturduğum zaman qalxan paltarımın ətəyini düzəltdim. Yerimi rahatladıqdan sonra diqqətimi ona yönəltdim.

"Nəsə içmək istəyirsən?" - deyə soruşdu. Düzü dilim-boğazım qurumuşdu ancaq çəkinirdim.

"Xeyr, çox sağolun" - təklifi rədd etdiyimə indidən peşman olmuşdum. Anlayışlı şəkildə gülümsəyib əllərini masanın üzərində birləşdirdi.

"Əslində işçi qəbuluna mən baxmıram. Lakin sənin sənədlərin diqqətimi çəkdiyi üçün şəxsən özüm səni qəbul etmək istədim" -  deyə sözə başladı.

"Hələ çox cavan olmağına baxmayaraq işə müraciət sənədin olduqca zəngindi " - dedi sakit tərzdə. Can sıxıntısından iki universitet və bir neçə kursu bitirmişdim. Ancaq, hal -hazırdakı sənətimi sevirdim. Memarlıq tam da mənlik iş idi.

"Biraz çalışqan ola bilərəm" -  təvazökarlıqdan uzaq şəkildə dilləndim.

"Çalışqan insanları sevirəm və onlara hər zaman güzəştə getməyə çalışıram. Elə bunu isbat etməyin üçün səninlə müqavilə bağlayacağıq. Bunu aramıza daxil olmağın üçün bir şans düşün" - olduqca təmkinlə dilləndi. Bu sözləri ilə içimdə sakitləşmiş həyəcan yenidən baş qaldırdı. Görəsən necə bir iş olacaq? Öhdəsindən gələ biləcəm?

"Narahat olma, bacaracağına əminəm" -  dilləndi sanki düşüncələrimi oxumuş kimi. Bu sözlərinə süni tərzdə gülümsəyib həyəcandan sıxdığım əlimi sərbəst buraxdım.

"Bildiyin kimi Qəbələ artıq öndəgedən turizm mərkəzlərindən birinə çevrilib. Çox uzatmağı sevmirəm, səndən oradakı bütün otelləri geridə buraxacaq layihə hazırlamağını istəyirəm. Hər şeyi sənin xəyal gücünə həvalə edirəm. Ağlında nə çılğınlıq varsa heç çəkinmədən bunun üzərində tətbiq edə bilərsən" -  içimdən sevinc qışqırıqları atmağa başladım.İnana bilmirəm...Hər şey sıfırdan və mənim öhdəmdə...Universitet dövründə reallaşdırmaq istədiyim xəyallarımın gerçək olma ehtimalı var...!

"Üç həftə vaxtın var" -  Arif bəyin səsi ilə düşüncələrimdən ayrıldım. Üç həftə az deyil?  Etiraz etsəm mənə verilən bu şansı itirəcəkdim. Elə bir fikrim qətiyyən yox idi. Eybiyox, üç həftə dedisə, mən də üç həftəyə hazır edərdim.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now