Qısa fraqment

339 56 2
                                    


"Qırmızı, hazırsan?!"

"Hə!" - səsimin eşidilməyi üçün qışqırmalı oldum.

"Bərk tutun" - qazı basmağı ilə yerimizdən götürüldük. Anındaca dodaqlarımdan qopan çığırı ilə qollarımı belinə doladım. Ilahi, qorxudan sanki ürəyim axıb ayaqlarıma töküldü. Yüksək sürətlə avtoparkdan çıxıb əsas yola girdik. Çox qorxurdum...Qarşıya baxa bilmirdim. Qollarımı daha da belinə sıx dolayıb başımı belinə dayadım. Bu dəqiqə düşdüyümüz yaxın vəziyyət vecimə belə deyildi. Sadəcə qorxurdum...

"Biraz yavaş, xahiş edirəm" - səsim o qədər cılız çıxmışdı ki, motordan çıxan qulaqbatırıcı səslə özüm belə güclə eşitmişdim. Ayaqlarım titrəyirdi.

"Ayaz, yavaş!" - çarəsizliklə qışqırdım. Bu qədər sürətli getmək nəyə lazım idi axı?! Ayazin  istiliyi olmasa bu küləkdə çoxdan donmuşdum.

"Suay, qaldır başını" - nə danışırdı belə?!

"Yavaş, Ayaz! Qorxuram!" - qollarımı daha da belinə sıx doladım. Başım dönürdü.

"Qorxma güvən mənə!"

Salamlar əziz oxuyucularım. Bu aralar həm başım qarışıqdı, həm də internet çox zəifdi. Sizi intizarda qoymaq istəmirəm. Ona görə gələcək hissədən qısa fraqment paylaşdım. İnşallah, bu yaxınlarda çalışacam yeni hissəni tamamlayıb göndərim. İzləməkdə olun...

Qırmızı (Tamamlandı)Where stories live. Discover now