28 hissə

435 64 3
                                    

Salamlar, əziz oxuyucularım. Dərslərə görə hekayə gecikir biraz. Bunun üçün üzr istəyirəm hər birinizdən. Ancaq siz aktivliyinizi itirməyin. Həm, finala da az qalıb. Sevirəm hər birinizi ❤️❤️❤️

28 hissə

Frankfurt beynəlxalq hava limanında passport yoxlanışı üçün sırada gözləyirdik. Bu artıq bir gün ərzində ikinci təyyarə uçuşumuz olacaqdı. Yanımda son bir ayda mənə cənnəti yaşadan adam var idi. Bir ömür boyu həyatımı birləşdirdiyim adam. Sevdiyim adam...

Yenidən geniş gülümsəməsini mənə bəxş edib iri əlləri arasındakı əlimi dodaqlarına götürdü. Üzümdən yenicə sildiyim gülüş yapışdı yenidən dodaqlarıma. Ona olan sevgimə gücüm çatmayacaq kimi hiss edirdim bəzən. Və bunun da tək çarəsi yenə o idi. Onun gülüşü, onun nəfəsi...

Dəyişmişdi. Son bir ay həm onu dəyişmişdi həm məni. Sanki o buz kimi sərt adam qeybə çəkilmişdi. Başqa Ayaz kəşf etmişdik birlikdə. Əyləncəli Ayaz, sevimli Ayaz. Məsələn, indi əynində hər zamankı qara kostyum əvəzinə sport qara şalvar, yaşıl rəngli qısa qol köynək var idi. Ayağında isə klassik parpar parıldayan ayaqqabı əvəzinə ağ rəngli idman ayaqqabısı...Mən də ona uyğunlaşaraq qırmızı rəng şort, ağ rəng mayka geyinmişdim. Demək olar ki, bütün bir ayı belə gəzmişdik.

Bal ayına çıxmaq çox yaxşı gəlmişdi bizə. Birlikdə ələk-vələk etmişdik bütün Amerikanı. Yalnız ikimiz var idik. O və mən. Nə bir mühafizəçi nə bir iş zəngi...

Sıra bizə gəlincə passportları uzatdıq bu iş üçün ayırılmış xüsusi formalı şəxsə. Bir dəqiqə çəkən yoxlanışdan sonra birlikdə gözləmə salonuna keçdik. Təyyarənin qalxmasına daha bir saat var idi. Dəmir oturacaqlarda oturduq.

"Nəsə istəyirsən?" - deyə soruşdu Ayaz. Etiraz edərcəsinə səs çıxarıb başımı salladım iki yana. Stulda yerini rahatlayıb bir qolu ilə məni sarıb özünə çəkdi. Başımı söykədim iri sinəsinə. Gözlərimi qapadım dincliklə. Olmaq istədiyim yer...

Yenidən həmin günə qayıtdım. Ayazın gözlərimi açdığı ana...

Çaşqın idim, xoşbəxt idim...O an hər kəsin gözləri üstümüzdə idi. Mən isə Ayaza baxırdım, sadəcə. Anlamağa çalışırdım bütün bu olanları. Saatlar öncə bu anın nə vaxt baş verəcəyini soruşmuşdum ondan və indi həmin anda idik.

Əlimi ağzıma basdırdım. Göz yaşlarımı tuta bilmirdim. Əslində, heçnə xəyal etdiyim kimi deyildi. Məsələn, əynimdə günlərlə axtarıb tapacağım gəlinlik əvəzinə düz bəyaz don var idi. Başımda yerlərə qədər sürünən fata əvəzinə qara bant keçirilmişdi gözlərimə. Nə bir xınayaxdı, nə bir xonça...Ancaq xoşbəxt idim. Xəyal etdiyim kimi olmasa belə istədiyim kimi olmuşdu. Dəniz, sevdiyim adam və mən...

"Ayaz..." - cümlənin sonunu gətirə bilməmişdim. Məni qolları arasına almışdı elə o andaca.

"Ştt...Bir şey demə" - qayğı dolu səslə dilləndi. Bir tərəfdən də saçıma sığal çəkirdi.

Özümü ələ alıb geriyə çəkildim. Buğlanmış gözlərimi bir daha ətrafda gəzdirdim. Hər kəs sevgi dolu gözlərlə bizi izləyirdi. Yenidən Ayaza döndüm. Nə deyəcəyimi, necə hərəkət edəcəyimi bilmirdim. Üzümü qavradı.

"Bundan sonra qalan həyatını bu qəddar, ancaq səni çox sevən adamla keçirməyə razısan?" - deyə mırıldandı. Gözlərimdən yaşlar süzülərkən başımı salladım.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now