"Ayaz" - adı dilimdən qeyri-ixtiyari töküldü. Elə xoş səslənirdi ki...

"Nə?" - O qara gözləri sual doluydu.

"Mən getməliyəm" - nənəm orda tək idi...

"Bəs biz nə edirik?" - bezginliklə nəfəsini buraxdı.

"Özüm gedə bilərəm" - titrəməyə başlayan dodaqlarımı bir-birinə basdırdım.

"Çox çərənləyirsən, Qırmızı" - səsi sərt idi. Yenidən qolumdan tutaraq məni
arxasınca çəkişdirməyə başladı. İstəmsizcə ayaqlarım onun arxasınca gedirdi. Qara rəngli lüks avtomobilə yaxınlaşmağımızla ayaq saxladı və qapını açdı.

"Əyləş" - dedi əmrvari tonda. Mənə nə haqla belə davranırdı?! Tərpənmədiyimi gorən kimi əlini qapıya yerləşdirdi.

"Əyləş!" - dedi qəzəblə. Qürurun vaxtı deyildi. Nənəmin yanında olmalı idim. Çox düşünməyərək açıq qapıdan içəri keçib əyləşdim. Qapını bağlayaraq maşının ətrafında döndü və sükan arxasında yerini aldı.

* * *

Saatlardı ki, nənəmi gətirdikləri otağın qarşısında divara söykənmiş, tərpənmədən gözləyirdim. Doğrusu, artıq hərəkət etməyə taqətim qalmamışdı. Divarın soyuqluğu bədənimlə təmas edərkən içimdə qəribə titrəmə yaradırdı. Elə məni ayaqüstə tutan da bu idi. Sanki ruhumu çıxarıb aparmış mənə bu ölü bədəni buraxmışdılar. Sanki bədənimin bir millimini hərəkət etdirsəm tükənəcəkmişəm kimi hiss edirdim. Bəlkə də artıq tükənmişdim...

"Buyur" - gözümü zillədiyim divardan çəkib əvvəlcə Ayaza sonra mənə uzatdığı əlinə çevirdim. Su gətirmişdi. Xəstəxanaya gəldiyimizdən bu yana məni yalnız buraxmamışdı. Yanımdan sadəcə gələn zəngləri cavablamaq üçün ayrılmışdı. Nə qəribədi...Mənimlə burada sadəcə adını bildiyim biri var idi. Bax bu qədər yalnız biriydim mən. Gəldiyimizdən bəri ilk dəfə gülümsədim və əlimi uzadıb suyu götürdüm.

"Çox sağol" - dedim minnətlə. Üzündə heç bir duyğu hiss olunmadı. Ayaz...Tam da adının adamıdı. Ayaz kimi soyuq...Ayaz kimi insanın içini titrədən...
Telefonuna gələn zənglə yenidən yanımdan ayrılıb uzaq olsa belə onu görə biləcəyim tərəfə keçdi. Kiminləsə dərin söhbətdə idi. Dayandığı yerdə irəli-geri gedir, arada qara saçlarını arxaya doğru itələyirdi. Bu vəziyyətdə...o qədər diqqət çəkici idi ki...Birdən başını qaldırmağı ilə göz-gözə gəldik. Bu da nədi belə? Ürəyim sanki ağzımda atmağa başladı. Əlim ayağım bir- birinə dolaşmış şəkildə cəld gözlərimi digər tərəfə çevirdim. Lənətə gələsən! Onu izlədiyimi gördü. Suyu başıma dikib bir dəfəyə bitirdim və dərin nəfəs alıb xəstəxananın dərman qoxan havasını ciyərlərimə çəkdim. İçəridən heç kimin çıxmamağı məni daha da gərirdi. Gözlərimi qapayıb başımı soyuq divara söykəyərək qollarımı qarşımda qovuşdurdum. Mənim günahım idi...

"Burada gözləməyin mənası yoxdu. Gəl biraz hava al" - eşitdiyim səslə gözlərimi açdım. Gəlmişdi.

"Niyə heç kim heçnə demir?" - bu çarəsiz səs mənə aid idi? Susdu. Nə deyəcəkdi ki...Göz yaşlarım yenə geri qayıtmışdı.

"Mənim günahımdı...Mənim..." - burnumu çəkdim - "Onu tək buraxmamalı idim! Onunla getməli idim. Lənətə gəlmiş iş ondan vacib deyildi!" - hıçqıraraq qışqırmağıma qarşı çənəmi tutdu. Üzümü onu görəcəyim şəkildə çevirdi.

"Özünü günahlandıraraq heçnə əldə etməyəssən. Nə zaman geri qayıdacaq, nə də nənən sağalacaq" - bu adam məni yaralamaqdan həzz alırdı?! O gözlərdə həzz alınmağın qırıntısı belə yox idi. Bəs onda niyə?!

Qırmızı (Tamamlandı)Where stories live. Discover now