Epiloq

802 99 84
                                    

Günəşin şəfəqləri çobanyastığının ləçəklərini daha parlaq göstərirdi sanki. Bəlkə elə çobanyastığı ağ şəfəqli günəş idi? Bilmək olmaz. İncə barmağını  çobanyastığının ləçəyinə toxundurduqdan sonra mavi gözləri ilə lələkvari buludlarla dolu səmaya baxdı. Əsl yaz havası olduğundan hava da gözəl idi, günəş öz şəfəqlərini paxıllıq etmədən hər yerə saçırdı. Birdən Səma tək olmadığını xatırlayıb gözləri ilə Ağpəncəni axtarmağa başladı və onu digər itlərlə oynayan halda görəndə narahatlığı itərək gülümsədi. Bayaqdan oturaq vəziyyətdə olduğundan ayaqları ağramağa başlamışdı, ona görə otluğun üstündən duraraq üst - başını düzəltdi və çantasından telefonunu götürərək buraxılmış zənglərə baxdı. Biri ifaçı kimi işlədiyi restoranın müdirəsindən, biri isə Xədicədən idi. Xədicə yazısını görər - görməz ona zəng vuraraq götürməsini gözlədi. Çağıran müddətdə də beynində müxtəlif suallar dolaşırdı. Həmin hadisədən sonra Səma yenə qaçmış, yenə həyatına ağ səhifə açmaq, daha doğrusu qara mürəkkəblə dolu səhifənin kənarındakı ağ yerdən həyatına davam etmək istəmişdi və bu dəfəki ümidi Türkiyənin İstanbul şəhərinə idi. Artıq bir il yarım idi ki, bu şəhərdə qalır, adi bir restoranda canlı səhnədə ifa edərək dolanışığını idarə edirdi. Düzdür, bu müddətdə Xədicə bir - iki dəfə zəng vurmuşdu, lakin Səmanın soyuq danışığı onun hələ özünə gəlmədiyinə işarə olurdu.

Sema, nəhayət, zəng vurdun, necəsən? -  Xədicənin incə avazlı səsi Səmanın qulağına dolan an dodaqlarında gülümsəmə, içində kiçik bir həsrət yarandı.
- Salam, Xədicə, səssizə qoymuşdum, ona görə zəngini eşitməmişdim, yaxşıyam, siz neyniyirsiniz? - "siz" sözünü xüsusi bir vurğuyla dedi Səma. Axı artıq Xədicə tək deyildi, sevib sevilirdi.
- Ah, əlayıq, elə sənə bəzi xəbərləri demək üçün zəng vurmuşdum,- səsini bir az alçaldaraq,- həm pis, həm də yaxşı xəbər var. Hansından başlayım?

Səma "pis xəbər" birləşməsini eşidən kimi duruxdu. Çoxdandır, pis xəbər eşitmirdi ya da uzaqda olduğundan ona deməmişdilər. Nə pis xəbər ola bilər ki? Hansısa yaxını bəlkə rəhmətə gedib? Yox, onun qohumları yox idi. Yaxın.. yaxın insan. Səmanın qəlbində hələ də ona yaxın insan qalıb?

- Pis...pis xəbəri de,- Səmanın səsi titrədi yoxsa ona elə gəlir?
- Yox, ən yaxşısı pis xəbəri sən gələndə deyim. Biz..
- Mən gələndə? Hara? - Səmanı maraq bürüdü.
- Of Səma bu nə səbirsizlikdir, dinlə də. Biz Ayxanla evlənməyə qərar verdik, nəhayət. 2 gün sonra toyumuzdur və səni də bu xoş günümüzə dəvət edirik,- dedi Xədicə hər sözü bir ayrı sevinclə vurğulayaraq.
- Ah canım, adınıza çox sevindim, həqiqətən, mütləq gələcəm, - Səma bir anlıq hələ eşitmədiyi pis xəbəri unudub rəfiqəsinə görə sevindi, lakin qısa müddətlik, "pis xəbər" sözünün həyəcanı yenidən oyandı,- bəs ikinci xəbər?
- Onu da sən gələndə deyəcəm,- və Səma daha bir söz deməyə macal tapmamış Xədicə "sağol" deyib telefonu söndürdü.

Səma ofuldayıb yenidən otlağa oturdu. Heç də xoşa gəlməyən xatirələr başına dolmamış müdirəsinə zəng vurmalı idi, həm onun niyə zəng vurduğunu soruşmaq, həm də 3 günlük toya görə işdən icazə almaq üçün.

- Alo, Ayşə xanım, günortanız xeyir, deyəsən zəng vurmuşdunuz,- Səma bayaqki danışıqdan sonra yaranan bütün gərginliyi daxilinə sığışdırıb şən əhval - ruhiyə ilə sözə başladı. *
- Yaxşı ki, zəng vurdun, Səma, yoxsa işi başqasına tapşıracaqdım. 2 gün sonra restoranımızda möhtəşəm konsert olacaq və əsas ifaçı kimi səhnədə mən səni görmək istərdim. Razısan?
- Ah, Ayşə xanım, çox istərdim, lakin 2 gün sonra rəfiqəmin toyu olacaq və mən sizdən 3 günlük xaricə getmək üçün icazə istəyəcəkdim.
- Səma, nə danışırsan?! Belə konserti heç əldən vermək olar? O bizə də, sənə də böyük şöhrət gətirə bilər!

Sənə İnanıramWhere stories live. Discover now