24. "Polis"lər.

577 93 6
                                    

Bu bölümü yazıb paylaşana kimi halsız oldum, bir az qızdırmam qalxdı (indi şükür düzəlmişəm), telefonum xarabdır deyə söndü, bir neçə dəfə telefonumu zaryadkaya qoymalı oldum, bir neçə dəfə evimizdə işıqlar söndü, sonra mən bölümün bəzi yerlərində dəyişiklər etdim və nəhayət, bölüm paylaşıldı. İlk öncə özümü, hekayəmi və sizləri 3,06K olmağımız münasibətilə təbrik edirəm. Günü - gündən oxuyucularımın artması məni çox sevindirir. Ola bilər ki, hekayəm ideal, super və professional olmasın, lakin mənim təcrübəsiz, 15 yaşında və məncə, düşüncələrimin hələ tam böyümədiyini nəzərə alsaq, hekayəm normaldı. Əlbəttə, hekayəmin yaxşı olmasına çox çalışıram və oxuyucularımın da bunu görüb dəyər verməsi sevindirici haldır. Hamınız çox sağolun.
Xoş oxumalar sizlərə♥

P.S. Multimedia (mahnı) Ludovico Einaudi - Oltremare. Musiqi ilə oxumağınız daha yaxşı olardı.

Səma Ağpəncə ilə oynamaqdan doyub mətbəxə keçdi. Özünə südlü kofe hazırlayıb, telefonunu da götürüb qonaq otağındakı pəncərədən çölə baxmağa başladı. Pəncərədən 2-3 mərtəbəli, lakin dizaynına görə bir - birilərindən fərqlənən digər ev - villalar, bir az uzaqda isə Moskvanın hündür və bir - birindən möhtəşəm göydələnləri görünürdü. Qəribədir, neçə müddət idi ki, burda idi, lakin heç valideynlərini ziyarət etməyə getməmişdi. " Gərək elə işdən dərhal sonra onların qəbir üstünə gedim" deyə düşündü. Kofesindən bir qurtum da alıb yenə çölə tamaşa etməyə başladı, beynindəki fikirlər isə çox qarmaqarışıq idi. Bu fikirlər içərisində dünən gecəki kabusu düşünməməyə çalışdı, həm deyirlər yuxuda nə baş verirsə, realda onun əksi baş verəcək. Heç vaxt belə şeylərə inanmayan Səma bu dəfə bu yozmaya özünü inandırmağa çalışdı. Bəlkə də, Səma çox şeyə yaxud kimlərəsə hər dəfə bütün qəlbi ilə inanan saf bir qız deyildi, sadəcə mümkün olan şey olmasa da, yenə ümid edən, inam hissi güclü olan bir qız idi.

Hər şey bəlkə də, həmin gecə ilə başlamışdı: pəncərədən gizlin onu izləyən qara başlıqlı Fərhad ilə. Amma Fərhad olmasaydı, Səma nə rəfiqəsinin, "sevgili"sinin xəyanətini bilərdi, nə də Cəmili, əslində, sevmədiyini anlayardı. Fərhad olmasa idi, Səma qəlbinin unudulmuş pazl parçasını - əsl sevgisini tapa bilməzdi. Fərhada inanırdı, lakin əsl qatil o olarsa, Fərhad onu yenidən aldadarsa, onda necə? Yox, yenə də yox! Güvən - "O bunu etməz" demək deyil. Güvən - " O, bunu etsə də, bir bildiyi, bir səbəbi var." deməkdir, bəlkə də.

Mobil telefonu götürüb İsgəndərin nömrəsini yığdı.

- Да, я вас слушаю (Bəli, mən sizi eşidirəm) ,- İsgəndərin yorğun, yuxulu, bir az da qıcıqlanmış səsi gəldi.

- İsgəndər, mənəm Səma. Bağışla, erkən vaxtda oyatdım səni. Sadəcə Fərhad üçün narahatam. Mən...Mən əminəm ki. Musa bəyi öldürən Fərhad deyil, bütün bunları quraşdırıblar. Bizi tələyə salmaq istəyirlər. Sən dünən Fərhadı danışdırdın? İrəliləyiş var? - Səma titrəyən səsi ilə danışmağa başladı.

- Həə, Səma. Əzizim, sən heç narahat olma, mən əlimdən gələni edəcəm. Amma sənin sevgilin də saf mələk deyil, biləsən,- İsgəndər sonuncu cümləni daha sakit səslə deyib sözünə davam etdi, - İşlər yaman qarışıqdır. Hələ mən sənin işini də demirəm. Bu gün mütləq şirkətə dəyməlisən sən. Şirkətin başında səndən başqa kim ola bilər ki?!

- Doğru deyirsən. Gərək gedim. Amma şirkətə çatana kimi başıma bir hadisə gəlməsə yaxşıdır.

- Bax, elə bunun üçün mənim göndərdiyim polislərin müşayiəti ilə getməlisən. Yaxşı?

Sənə İnanıramWhere stories live. Discover now