6. " Dəlisov " qız.

999 214 26
                                    

Səma tələsirdi, çünki Moskvadakı ilk iş gününə gecikirdi. Dünən başındakı fikir düyününə görə çox gec yatmışdı. Tez işə uyğun paltar geyinib yemək yemədən evdən çıxdı. Piyada çatmayacaqdı deyə, yolda tez taksi tutub işə getdi.
A.şirkətinin burdakı müəssisəsi Bakıdaı filialdan daha böyük və Moskvanın mərkəzində idi. Səma avtomatik açılan qapıdan içəri girərək qəbuletmə yerinə (resepşinə) tərəf getdi.

- Salam, mənə təcili müdirlə görüşmək lazımdır, - deyə o, katibəyə üz tutdu.

- Salam xanım, müdir halhazırda burda deyil, amma köməkçisi sizə kömək edər. 3cü mərtəbə, 1ci otaq.

- Aha, çox sağolun.

Səma katibənin dediyi kimi həmin mərtəbəyə qalxdı, nəzakət xatirinə qapını döydü və tanış, qalın "buyurun" səsini eşidib otağa girdi:

- Oo Səma xanım, sizi yenidən görməyimə çox şadam.

- Fərhad... Fərhad bəy, sabahınız xeyir, demək, müdirin köməkçisi siz imiş.

- Bəli, bəli, mənəm. Siz də yeni işçi olmalı sınız: Səma Paşayeva,- axırıncı kəlməni Fərhad bir qədər uca səs ilə dedi,- Sizin işlərinizdən bizə çox danışıblar və ümid edirik ki, burada da siz özünüzü göstərəcəksiniz. Gəlin, sizə kabinetinizi göstərim, - deyə o, yerindən durdu, qapını açıb ilk öncə Səmaya yol verdi:

- Aydın bəy haqda da eşitmişəm, valideynlərinizə çox üzüldüm, Allah rəhmət eləsin, onlar beləcə həlak olmamalı idilər.

- Çox sağolun, ölənlərinizə rəhmət, - Səma bu söhbəti bağlamaq istəyirdi,- yəqin soruşmaq istəyirsiniz ki, niyə bu şirkətin sahibinin qızı şirkəti idarə etmir, sadəcə işçi kimi işləyir. Bunu deyim ki, mən idarəetmə marağında və yaşında deyiləm hələlik. Buna görə şirkətin başına atamın ən yaxın dostlarını qoymuşam.

- Maraqlıdır, mən də elə bu dəqiqə sizə bu sualı vermək istəyirdim. Amma məni qabaqladınız və cavablandırdınız,- artıq onlar lift vasitəsilə 5ci mərtəbəyə qalxıb dəhlizin sonunda yerləşən otağa girdilər,- bu da sizin kabinetiniz, ümid varam, bəyəndiniz. Lazimi dəyişiklər də edə bilərsiniz.

- Oldu, çox sağolun Fərhad bəy.

- Xoşdur,- deyə cəlbedici gülümsəmə ilə Fərhad sözünə davam etdi,-Moskvada neçə il yaşadığınızı bilirdim, amma siz olmayan müddətdə olan yenilikləri, şəhərin gözəlliklərini sizə görsətmək istərdim. Necə düşünürsünüz, Səma xanım?

Bəlkə də Fərhad bunu sadəcə Səmayla biraz daha yaxından tanış olmaq üçün demişdi. Lakin Səma bu mənasız münasibətlərə girməməyə söz vermişdi. Buna görə də razılaşmadı.

İlk iş günü çox yorğun keçmişdi, Səma bütün gücüylə işlərinin hamısını bu gün etməyə çalışırdı ki, sonraya çətini qalmasın. Atalar nə deyib, "bu günün işini sabaha qoymazlar". Amma dərd orasında idi ki, Səma işdən çıxanda artıq hava qaralmışdı. Səma soyuq küçədə dayanaraq, həmin yoldan keçəcək hansısa taksini gözləyirdi. Amma lənətə gəlmiş taksi gəlmirdi ki, gəlmirdi. Səma artıq üşüyürdü, piyada evinə qayıtmağa da qorxurdu, axşam vaxtı kimsəsiz küçədə tək gedən qadının başına hər nə desən gələ bilərdi. Birdən boz 'Nissan' düz onun qabağında dayandı. Səma qorxaraq qırağa çəkildi. Maşından isə Fərhad düşdü:

- Səma, sizin bu vaxtı burda nə işiniz var axı? İş 2 saat bundan əvvəl qurtarıb,- söyləyərək Fərhad tərs-tərs Səmaya baxdı,-əyləşin maşınıma, lap payız yarpağı kimi tir-tir əsirsiniz.

Səma bir maşına, bir Fərhada baxdı, onda hələ də Fərhada qarşı güvən hissi yaranmamışdı:

- Yox, harada olsa, taksi gələcək. Sizi narahat...

Fərhad onun sözünü kəsdi:

-Xahiş edirəm, tərslik və naz etməyin. Bilirəm, bu bütün qızların adətidir, amma indi onun heç yeri deyil, əyləşin maşına.

Səma, həqiqətən, əsirdi. Əlacsız "Nə olar, olar" deyib maşına oturdu. Maşın isti idi, maşından kişi ətiri (odekalonu) və nanəli saqqız iyi gəlirdi. Bunların iyi qarışaraq, çox xoş iy bəxş edirdi. Fərhad da maşına oturdu, mühərriki işə saldı. Yola düşdülər. Səma çalışırdı ki, Fərhad tərəfə baxmasın, çünki Fərhadın tez-tez və tərs baxışlarından sıxılırdı. Başını pəncərə tərəfə tutub Moskvanın gecə mənzərəsinə tamaşa edirdi.

- Sən ünvanını deyəcəksən yoxsa mənim evimə getməyə fikrin var?- Fərhad yarı ciddi, yarı zarafat dedi.

Artıq Fərhad "sən"ə keçmişdi. Səmaya, əslində, belə rahat idi, çünki rəsmi söhbətləri heç sevməzdi. Biraz Fərhada ciddiyana baxıb:

- Burdan sağa dönərsiniz. Qalan yolu deyəcəm.

- Sən fikrindən daşınmamısanki? Bəlkə deyirəm, tərsliyi qırağa qoyub gəzməyə çıxaq? Ciddi bir şey yoxdur. Sadəcə gəzmək.

- Sən məndən əl çəkməyəcəksən? - deyə Səma zarafatla söylədi. Əslində, kiminsə ondan da tərs olması xoşuna gəlirdi. Bəlkə Fərhadla getsə, başı qarışar?

- Yaxşı, mən razı, sabah işdən sonra olar?

- Əla, söz verirəm, məyus olmayacaqsan. Sabah özüm sənin kabinetinə gələcəm.

5 dəqiqəyə artıq Səmanın evinə çatmışdılar. Səma sağollaşıb maşından düşdü. Tanış olduğu bu yeni insan onda xoş təəssüratlar yaratsa da, onunla gəzməyə razılaşsa da, Səma ondan ehtiyat edəcəyini də unutmamışdı.

Evə girəndə həmişə ki kimi Ağpəncə onu qarşılamadı. "Yəqin otağımda yatıb" deyə düşünərək mətbəxə keçdi. Yüngülvari bir şey atışdırıb otağına keçdi. Güzgüdə yenə özü ilə qarşılaşdı. Belə qısa saçlar ona yaraşırdı sanki o sakit Səma bu saçlarla "dəlisov qız" tipi yaratmışdı. Səma başındakı qəribə fikirlərə gülümsündü. Yatağına girəndə isə yeni tanış olduğu Fərhadı xatırladı. İstər-istəməz dodağına gülüş qondu. Sonra bu mənasız uşaq fikirlərini başından qovub qırıq çərçivəni, naməlum adamı yadına saldı. Dərhal qaşları çatdı, bədəninə titrəmə düşdü. Bu məsələni Səma belə qoymayacaqdı. Onlar Səmanın dayağını məhv etsələr də, Səmanı əzsələr də, Səma heç kimə baş əyməyəcəkdi.

***
Naməlum adamın baxışları Səmanın evinə zillənmişdi. Birdən telefonuna zəng gəldi:

- Hə, eşidirəm. Planın hər iki mərhələsi yerinə yetirilib. Narahat olmayın, "bülbül" bir müddətdən sonra əlimizə keçəcək. Onda qanadlarını rahatlıqla qırarsınız. Siz sadəcə səbr edin.

Müəllif sözü:
Hekayəm get-gedə maraqlı hissələrə çatır. Baxıram ki, baxış sayı bəyən sayından lap çoxdur. Tənbəllər heç)) amma bilməyənlər üçün əgər bəyəndinizsə, →★←bu işarəni qoyun. Kritikanızı da dinləməyə hazıram, sadəcə dediyim kimi ilk hekayəmdir və bu sadəcə mənim hobbimdir. Yazıçı filan olmaq niyyətində deyiləm :))

Sənə İnanıramHikayelerin yaşadığı yer. Şimdi keşfedin