7. Moskva gəzintisi.

1K 137 17
                                    

Səma bu gün işə gedəndə daha rahat geyindi, çünki Fərhadla gəzməyə getməli idi. Biraz da saçını qaydaya salıb evdən çıxdı.
Buradakı filialda da çoxu onu tanıyırdı. Çünki atası sağ olan vaxt Səma uşaqlıqdan tez-tez bura gəlir, atasının nə iş gördüyü ilə maraqlanır, hətta bəzən ona yardımçı da olurdu. Burada da işçilərin 90%-i azərbaycanlılardan ibarət idi. Atası hər zaman Səmaya deyərdi ki, çox vaxt insana öz millətindən başqa heç kim kömək edə, dayaq ola bilməz. Amma bir söz də deyərdi ki, pul insanların gözünü kor edir, o zaman insan nəyə desən qadir ola bilər. Buna görə öz qohumlarından, dostlarından da ehtiyat et.
Səma kabinetdə işini qurtaraq gözləyirdi. Bu gün işlər çox az idi və nəzərdə tutulduğundan daha tez qurtardı. "Fərhad yəqin indi məşğuldur" deyib ofuldadı. Sıxılırdı və başını nə isə ilə qarışdırmaq istəyirdi. Kitab oxumağa qərar verdi. Çantasından tam bitirmədiyi "Prezident ovu" əsərini götürüb oxumağa başladı. Bir neçə dəqiqədən sonra qapı döyüldü və içəri bir qız daxil oldu:

- Hey, salam Sema.

Otağa girən Xədicə - Səmanın uşaqlıq dostu və şirkətin işçilərindən biri idi. Səma onun haqda heç bu günə kimi fikirləşməmişdi, çünkü bu vaxta qədər Moskvada yaşadığı hadisələr heç də ürək açan deyildi. Elə həmin gecə Səma Xədicənin evində qalmışdı. Buna görə o hadisədən sonra Səma nəinki Xədicədən, digər dostlarından da uzaqlaşıb özünə qapanmışdı. Xədicə Səmanın tam əksi olaraq sarışın və buruq saç idi. Xədicənin atası azərbaycanlı, anası isə rus idi. Səmaya rus dilindən keçmə "Se'ma" deyirdi. Səmaya adının belə tipdə deyilməsi xoş gəlməsə də, artıq hər ikisi buna vərdiş etmişdi.
Səma rəfiqəsini görərək birdən doğma insanı üçün necə darıxdığını hiss etdi və Moskvada yenidən ona yaxın olan insanı tapması onun üçün sevindirici hal oldu. Rəfiqələr qucaqlaşdılar, öpüşdülər, hətta kövrəldilər də.

- Səni görməyimə o qədər sevinirəm ki, Sema,- yanağındakı göz yaşını silərək Xədicə söylədi,- sandım ki, məni unutmusan və daha buralara qayıtmayacaqsan.

- Mən... Mən sadəcə o hadisədən sonra sarsılmışdım və hamıdan uzaqlaşdım. Bu hərəkətimə görə bağışla məni, Xədicə,- boğuq və tutulmuş səslə Səma dedi.

- Eybiyox canım, əsas odur ki, indi birlikdəyik. Mən sənlə həvəslə söhbət edərdim, amma bir - iki iş görməliyəm. Səni görməyə gəlmişdim elə, sabah yenə gələcəm,- bunu deyib Xədicə havada öpücük göndərib getdi.
" Gərək, Xədicəyə də bu hadisələr haqda danışım, o, mənə kömək edə bilər." deyə düşündü Səma. Bir müddətdən sonra sonunda Fərhad gəldi.

- Salam Səma xanım, getməyə hazırsınız?... Ey, ağlamısan sən?
Səma Fərhadın gözündə güclə sezilən narahatçılıq hissini gördü, biraz gülümsünüb:

- Narahat olma, hər şey yaxşıdır. Sadəcə neçə il görmədiyim rəfiqəm yanıma gəlmişdi. Biraz kövrəldim.

- Heç bilməzdim ki, sən bu qədər duyğusalsan,- Fərhad gülümsündü,- eybiyox, mən sənin əhvalını açacam. Gəl, getdik.

Dəhlizdə heç kim yox idi, görünür, çoxu artıq evlərinə getmişdilər. Küçəyə çıxanda Fərhad maşının ön qapısını açaraq Səmaya yer verdi. Daha sonra özü də oturub yola düşdülər. Maşını şəhərin mərkəzinə yaxın yerində saxlayıb mərkəzə doğru piyada getməyə qərar verdilər. İlk öncə "Qırmızı meydan"dan keçib möhtəşəm və qədim memarlıq abidələri hesab olunan "Moskva Kremli", "Vasili Blajenni kilsəsi" və digər əraziləri gəzdilər. Fərhad gəzərkən zarafatlar edir, lətifələr danışır və bu da hər ikisinin küçənin ortasında səsli gülməsinə səbəb olurdu. Yanlarından keçənlərin isə bəziləri onlara baxıb gülümsünür, bəziləri isə dəli bilib yanlarından uzaqlaşırdılar. Doğrusu, ətrafdakıların onlar haqda nə düşündükləri onları qəti maraqlandırmırdı, çünki bu iki gənc öz dünyalarında özlərindən başqa heç kimi görmürdülər.
Yorulub ayaqları ağrayanda Fərhadla yaxınlıqda yerləşən kafeyə girdilər. Kafe sadə və rahat idi. Kafedə həzin musiqi çalınırdı.
Sifarişlərlərini verəndən sonra Fərhadla yenə söhbətə başladı Səma. Əslən Qubadan olan Fərhad ADİU-da təhsil alıb hansısa şirkətdə təcrübəçi kimi işləmişdi. Fəaliyyətlərindən razı qaldıqda isə onu təcrübəli işçi kimi Moskvaya - Səmanın şirkətinə göndərmişdilər.
Kafedə hesablarını ödədikdən sonra maşına əyləşdilər. Yenə o tanış qoxu bütün salonu bürümüşdü. Axşamüstü olduğundan Səma Fərhaddan onu evə aparmağını xahiş etdi. Səma yenə başını pəncərə tərəfə tutub gözünü şəhərin küçələrinə zilləmişdi. Birdən qabaq güzgüdən arxada qara cipin onları izlədiyini gördü. Yenə bu lənətə gəlmiş qorxu hissi! Yaxşı ki, indi tək deyildi.

- Fərhad, məncə arxadakı qara cip bizi izləyir, -deyə Səma təşvişlə Fərhada baxdı.
Fərhad da güzgüyə baxaraq:

- Narahat olma, yəqin yolumuz eynidir. Yoxsa bizi niyə izləsinlər ki?!

Bu söz az olsa da, Səmanı sakitləşdirdi. Bir müddətdən sonra, həqiqətən, maşın dönərək tam ayrı istiqamətdə getdi.
Fərhad gülümsünüb:

- Axı demişdim ki, narahatçılığa ehtiyac yoxdur.

Müəllif sözü:
İlk öncə gecəniz xeyir)) Telefonumda problem olduğundan paylaşma biraz gecikdi. Multimediada isə Fərhad, Səma və Xədicə. Fərhad obrazını tapmaqda mənə kömək edən Dostuma da burdan çoxlu - çoxlu salamlar)
Xoş oxumalar ^ - ^

Sənə İnanıramDonde viven las historias. Descúbrelo ahora