13. Dostla tanışlıq.

723 112 10
                                    

Səma gözlərini açanda ilk öncə harada olduğunu bilmədi, hətta qorxdu da, amma sonra tanış tavan, tanış mebel görüb elə öz otağında olduğunu anladı və rahatlaşdı. Lakin bu qısa sürmədi, çünki başındakı və bədənindəki pis ağrılar özünü biruzə verməyə başlamışdı. Dünən axşam baş verən hadisələri bir - bir xatırlamağa başladı. Kimsəsiz küçə, rus əclafları, onlardan birinin Səmaya hücumu, iyrənc öpüşlər, yerə çırpılması və O... Onu xatırlayanda dərhal yataqdan durdu, elə o saat da bunu etdiyinə peşman oldu. Gözləri qaralmış, başına sanki çəkiclə ardı arası kəsilməyən zərbələr vururdular. Yenidən məcburən yatağına uzanıb başını tutaraq düşünməyə başladı: " Yaxşı, əgər O, məni evimə gətiribsə, hələ evə necə girdiyini fikirləşmirəm. Hə, açar, yəqin çantamdan açarı tapıb açıb. Hər nə isə. Bəs məni niyə öldürməyib? Məni niyə xilas edib? Ah, bəlkə elə indi də evdədir?"

Çətinliklə də olsa, ayağa qalxıb vanna otağına girdi. Makiyajı bütünlüklə üzünə yayılmış, saçları da bir-birinə qarışıb "quş yuvası" şəklində idi, belə desək çox çirkin görünürdü. Əli ilə başının göynəyən yerinə dəyəndə başında yekə şiş və qurumuş qan olduğunu hiss edib qorxdu. Amma qan dayanmışdı, demək qorxusu da yox idi. Ağrıdan gözlərini yumub içində o əclafları söydü. "Görən onların axırı nə oldu?" deyə düşünmək istəsə də, bütün cavabsız sualları sonraya saxlamağa qərara aldı.

Əl - üzünü yuyub, makiyajdan əsər - əlamət qalmayan "makiyaj qalıqları"nı üzündən silib saçına biraz daraq çəkdi. Hə, indi az da olsa, Səmaya oxşayırdı, əlbəttə ki, ağlamaqdan şişmiş gözləri istisna olmaq şərtilə. Vanna otağından çıxanda geyiminə baxdı, amma baxmasaydı daha yaxşı olardı: toz içində, cırıq, hər yeri sürtülmüş bir geyim. Səma bu götüntünü boş verib ağraya - ağraya pilləkənlərlə aşağı düşdü. Hər tərəfə göz gəzdirib evdə heç kimin olmadığını gördü. Mətbəxə keçəndə Ağpəncənin otağın kənarında uzandığını görüb rahatlaşdı. Masaya baxdıqda isə onun üstündə bir yazı olduğunun fərqinə vararaq əlinə götürüb oxumağa başladı:

" Yəqin ki, indi niyə səni xilas etdim və öldürmədim deyə düşünürsən ;) Amma heç narahat olma, gözəlim, sənin də ölümünün vaxtı çatacaq. Sadəcə səbr et:)
Hə, bir də, çox ağıllı itin var, valeh oldum, ac idi deyə yeməyini də vermişəm, narahat olma. Heyif adının nə olduğunu bilmirəm.
Nə isə. Tezliklə görüşənədək
#Sənin xilaskarın və gələcək qatilin."

- Sən bu həyasızın dediyinə bax "Sənin xilaskarın və ... qatilin", - Səma kimliyi bəlli olmayan "xilaskar"ının ağzını əyirdi,- hələ Ağpəncəyə də yemək verib, əclaf! - Səma deyinərək qışqırıb hirsləndi, sonra da öz səsi öz başına düşərək baş ağrısının daha da şiddətləndiyini hiss edib susdu. Əli ilə hirslə vərəqi əzib qırağa qoydu.

" Ah, bəlkə Ağpəncənin yeməyinə zəhər qatıb" deyə düşünüb cəld itinə yaxınlaşdı. Amma Ağpəncə sapsağlam və şən idi, hətta Səmanı görən kimi onunla oynamağa başlamışdı.

Birdən divardakı saata baxıb günorta saatın 12 olduğunu görərək cəld çantasını axtarmağa başladı. İşə gecikmiş, daha doğrusu, yatıb qalmışdı. Qapının ağzındakı çantasından telefonunu tapıb yaxınlıqda yerləşən ştepselə (rozetka) telefonunu taxaraq enerji yığmağa qoydu. Telefonu yandıranda Xədicədən, Fərhaddan nə qədər mesaj, buraxılmış zəngləri görüb pis oldu. "Onlar yəqin indi narahat olublar, hamısı da sənin ehtiyatsızlığına görə, Səma!" deyərək özünü danladı.

Dünən götürdüyü Xədicənin nömrəsini yığıb gözləməyə başladı:

- Səma! Sən haradasan! Bayaqdan zəng vururam, telefonun sönülüdür! Nə baş verir axı? , - deyərək Xədicə telefonda çığırırdı.

Sənə İnanıramWhere stories live. Discover now